Icma.az
close
up
RU
Ermənistan və Britaniya strateji tərəfdaş olmağa razılaşıblar...

Ermənistan və Britaniya strateji tərəfdaş olmağa razılaşıblar...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvan Kremldən qopmağa doğru daha bir addım atır.

...Ermənistan və Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər.

SİA xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı birgə bəyanata görə, müvafiq qərar iki dövlət arasında strateji dialoqun ikinci raundunun yekunları üzrə qəbul edilib. Sənəddə qeyd edilir ki, tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Xüsusilə, yüksək səviyyəli təmasların, hərbi attaşelərin mübadiləsi, o cümlədən kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

İqtisadi istiqamətə xüsusi diqqət yetirilir: tərəflər biznes əlaqələrinin dərinləşdirilməsinin, Ermənistanın inklüziv inkişafının dəstəklənməsinin, islahatların həyata keçirilməsinin və iqtisadiyyatın şaxələndirilməsinin, o cümlədən beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Yerevan və London hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin hazırlanmasını da müzakirə ediblər.

...Böyük Britaniya öz növbəsində Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları alqışlayaraq, onları Yerevan və Bakı arasında münasibətlərin normallaşması istiqamətində qəti addımlar adlandırıb.

Strateji dialoqun ikinci raunduna Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət katibi Stiven Douti həmsədrlik edib. Analoji formatda ilk görüş 2023-cü ildə Londonda keçirilib. Böyük Britaniya ilə yaxınlaşma fonunda Ermənistan da ABŞ-la tərəfdaşlığını inkişaf etdirir: yanvarın 14-də Vaşinqtonda iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalanıb.

Mərasimdə Amerika tərəfdən o vaxtkı dövlət katibi Entoni Blinken iştirak edib.

Müqavilə siyasi, müdafiə, iqtisadi, enerji, elmi və mədəni sahələrdə əməkdaşlığı, habelə hərbi və iqtisadi islahatların aparılmasında Ermənistana yardımı nəzərdə tutur.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri