Icma.az
close
up
RU
Ermənistan Xankəndidə ölən erməni sakinin cənazəsini qəbul etməyib RƏSMİ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ermənistan Xankəndidə ölən erməni sakinin cənazəsini qəbul etməyib RƏSMİ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xankəndi şəhərinin erməniəsilli sakinlərindən birinin xəstəlikdən vəfat etməsi barədə məlumat vermişdik.

AZXEBER.COM xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 20 oktyabrda vəfat edən 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovnanın cənazəsinin Ermənistan tərəfindən qəbul edilmədiyini açıqlayıb.

Bildirilib ki, V.Ağasyan 20.10.2024-cü ildə, səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib: "Bu barədə 23.10.2024-cü il tarixdə Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilib və ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılmış, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib.

Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınıb, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilib) təsdiq edilib. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılmış və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilib. Lakin, müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib.

Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olmuşdur. Belə ki, Ermənistan tərəfi ehtimal etmişdir ki, Azərbaycan tərəfi V.Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün aktuallığını itirib.

Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir. 

Azərbaycan Respublikasının həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq  Dövlət Komissiyası V.Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.

Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi V.Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycan Respublikasının ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri