Icma.az
close
up
RU
Ermənistan ya Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracaq, ya da yox olacaq

Ermənistan ya Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracaq, ya da yox olacaq

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, viza möhürlərindən Ağrıdağın təsvirinin çıxarılması Türkiyənin tələbi ilə deyil, dövlətçiliyi möhkəmləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Ermənistan öz ərazi bütövlüyünü tanımalı və beynəlxalq qaydalara uyğun məsuliyyətli dövlət kimi fəaliyyət göstərməlidir. Bundan sonra ölkəyə giriş-çıxış möhürlərində Ağrıdağ təsviri yer almayacaq.

Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, bundan əvvəl dəfələrlə müxtəlif platformalarda Paşinyan bildirib ki, onların hədəfi indiki mövcud Ermənistanı dirçəltməkdir.

"Ona görə də xəyali, fantastik, “dənizdən-dənizə”, neçə qitəni əhatə edən "böyük Ermənistan" haqda danışıqları bir kənara qoyub real mövzulara, real Ermənistana yönəlməlidirlər: onun inkişafı, qorunması, təhlükəsizliyi və s. ilə məşğul olmalıdırlar. Təəssüf ki, bu, erməni cəmiyyəti üçün çox çətin görünür, çünki erməni cəmiyyəti müəyyən dərəcədə şovinist və faşist ruhlu tərbiyə olunub, irredentizm və revanşizm orada güclüdür. Buna görə də vəziyyət çətin görünür. Amma Paşinyan buna çalışır".

Politoloq qeyd etdi ki, Ermənistanın 90 milyonluq Türkiyə və ya 10 milyonluq Azərbaycan kimi qonşularla düşmən kimi yaşamaq şansı yoxdur:

"Yəni iki milyonluq bu kiçik dövlətin daim düşmənçilik kökündən fəaliyyətini davam etdirməsi mümkün deyil. Ona görə də Ermənistan ya Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracaq, yoxsa yox olacaq. Paşinyan bunu çox yaxşı bilir. Ona görə qonşularla münasibətləri normallaşdırmağa çalışır, Azərbaycanla sülh müqaviləsi bağlamağı hədəfləyir, Qarabağı Azərbaycanın tərkibi kimi tanımağa çalışır, Türkiyə ilə dialoq aparmağa çalışır və s. Təəssüf ki, ermənilərin çoxu bunu başa düşmür və müxalifət bundan sui-istifadə edərək hakimiyyətə qarşı “xəyanət etdi”, “xalqın, dövlətin maraqlarını satdı” kimi ifadələrlə çıxış edir. Amma reallıq odur ki, əslində Paşinyan ölkəsini bu cür xilas etməyə çalışır. Ermənistan öz ərazisində faktiki və beynəlxalq səviyyədə mövcud olan imkanlardan istifadə etməli, qonşularla münasibətlərə üstünlük verməlidir. Məncə, Paşinyan məhz bunu demək istəyir: indiki, real Ermənistan Respublikasında mövcud olanlardan istifadə etmək və işğalçı düşüncələrə son qoymaq lazımdır", - deyə Turab Rzayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri