Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Ermənistan üçün QORXUNC QEYRİ MÜƏYYƏNLİK TƏHLİL

Ermənistan üçün QORXUNC QEYRİ MÜƏYYƏNLİK TƏHLİL

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya düzənində baş verənlərin hayları təlaşlandırması, narahat etməsi və hətta qorxuya salması heç də təsadüfi deyil. Çünki rəsmi İrəvanın “güvənc yeri” olan ölkələr belə tamamilə fərqli bir mövqe sərgiləməkdədirlər və məhz buna görə hayların yuxuları qarışıb. Xüsusən də hayların dəstək “umduqları” ABŞ kimi bir ölkənin artıq heç də əvvəlki mövqedə olmadığını görən ermənilər, bunun Fransa kimi arxa saydıqları ölkənin Ermənistana münasibətində də “fərqli yanaşmaya” səbəb olduğunu da müşahidə edirlər. Onu da müşahidə edirlər ki, Amerika da, Avropa da hayların yox, öz hayındadır və Ermənistan heç də maraq dairəsində deyil. İndi artıq ermənilər görürlər və başa da düşürlər ki, ölkələrinə olan dırnaqarası “maraq” ancaq Rusiya tərəfinə məxsusdur və Amerikanın da, Avropanın da kənara çəkilməkdə olması Kremlin, xüsusən də Vladimir Putinin əl-qolunu açır, tam əminliklə addım atmağa imkan verir. Məhz buna görə də hayıar yuxularını qarışdırıblar, çünki özlərini də, ölkələrini də qorxunc bir qeyri-müəyyənlikdə görürlər.

Amerikanın “dəstəyindən” məhrum olduqları qənaətinə gələn Ermənistanın siyasətçiləri üçün “gələcək” həddindən artıq “qaranlıq” görünür

Ermənistanın hansısa bir diplomatının, məsələn, ABŞ-dakı səfirinin Pentaqonda hansısa görüş keçirməsi, formal da olsa belə, Ermənistan-ABŞ strateji tərəfdaşlığı və Cənubi Qafqaz regionunda sülh prosesi haqqında əsassız və mənasız danışması belə hayları çox “sevindirərdi”, necə ki, bu vaxta qədər boş-boşuna “sevincək” olublar. Bəli, indi ermənilər onları guya heyrətləndirən, şok edən geosiyasi qeyri-sabitlik və qeyri-müəyyənlik gördüklərinə görə kürklərinə birə düşüb və artıq etiraf da edirlər ki, bu vaxta qədər özlərini aldadıblar, yalandan seviniblər, xam xəyallara da düşüblər. Ermənistana məxsus mətbuat səhifələrinə nəzər saldıqda, görürük ki, bu vaxta qədər “yaxşı” olanın əslində, yaxşı olub-olmadığını artıq dəqiq bilmədikləri açıq şəkildə etiraf da edilir.

Sözsüz ki, haylar özlərinə məxsus şəkildə “bəzəmək”, yəni, hansısa don geyindirmək bacarıqlarına da “əl atmış” olurlar. Beləki, Ermənistan mediasında bir-birinin ardınca qeyd olunur ki, guya demokratiyanın keşiyində duran əsas qüvvə hesab edilən ABŞ-ın nüfuzunu heyrətamiz sürətlə itirməsinə bütün sivil dünya heyrətlə baxır. Belə çıxır ki, bu vaxta qədər Amerikanı özləri üçün “ideal” hesab edənlər, ağızları ətə çatmayan pişik misalında “ətin iyləndiyini” iddia edirlər. Hətta olaylara şok olduqlarını da gizlətmirlər. Məsələn, ABŞ-ın Ukraynaya silah satışını dayandırması xəbərini eşidən haylar gözlərini bərəldərək, buna heyrətləndirlərini açıq şəkildə bildirirlər. Silah satışının dayandırılması barədə Ukrayna parlamentinin Müdafiə Komitəsinin rəhbəri Roman Kostenkonin deməsi və ABŞ-dan bu xəbəri təkzib edən bir nəfərin velə olmaması ermənilərə lap “təsirli” olub. Maraqlıdır, niyə belə “təsirlənməli” idilər ermənilər? Soruşmaq ayıb olmasın, ukraynalılara silah satışının, verilməsinin dayandırılmasının haylara nə aidiyyəti var idi ki, erməni cəmiyyətində belə “rezonans” doğurmuş olub? Görünür, hansısa bir “təsiri” var imiş, amma bunu boyunlarına almaq istəmirlər. Boyunlarına almaq istəmirlər ki, Ukrayna ilə bağlı Amerikanın bu zamana qədərki mövqeyindən, imtina etdiyi məsələdən dolayı silah əldə etmək “imkanları” və xüsusən də Ermənistanın işğalçılıq siyasətinə dəstək barədə ümidlərini “basdırmalı” olublar. Həzm edə bilmədikləri məhz bu məqamdır və buna görə də özləri belə vəziyyətlərini qorxunc qeyri-müəyyənlik kimi qiymətləndirirlər. Çünki silahdan, xüsusən də dəstəkdən məhrum bir işğalçı dövlət olan Ermənistanın siyasətçiləri üçün “gələcək” həddindən artıq “qaranlıq” görünür və özlərini də, ölkələrini də bu səbəbdən dolayı qeyri-müəyyənlikdə görürlər.

ABŞ kimi bir dövlətin hazırki mövqeyi və senatorun fikirləri hayları bərk qıcıqlandırıb, hətta “soyuq duş effekti” yaradıb

Konqresin respublikaçı üzvlərinin məhz Birləşmiş Ştatların BMT-dən tamamilə çıxarılmasını nəzərdə tutan qanun layihəsi təqdim etmələri də erməni cəmiyyətində şok bir xəbər olaraq qarşılanıb. Sənəd ölkənin təşkilata və onun strukturlarına üzvlüyünün ləğvini, maliyyələşdirmənin dayandırılmasını, Senatın təsdiqi olmadan ölkəyə yenidən girişin qadağan edilməsini, sülhməramlı missiyalarda iştirakdan imtinanı tələb edir deyə haylar lap dilxor olublar. “BMT “tiranların platformasına” çevrilib və ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərir, ona görə də Vaşinqton onu maliyyələşdirməyi dayandırmalıdır”, deyə senator Mayk Linin “Fox News”-a bildirməsi də nədənsə, ermənilərə “xoş təsir” bağışlamayıb. Hər halda, haylar BMT kimi bir beynəlxalq təşkilatın “dərdini çəkmək” niyyətində deyillər və hansısa məqamın onlara “toxunduğundan” narahatdırlar. Yəqin ki, bunun da onlar üçün, bütövlükdə Ermənistan üçün bir qeyri-müəyyənlik yatadığı qənaətindədirlər deyə, senatorun fikirləri hayları bərk qıcıqlandırıb.

Moskvanın Ukraynaya təcavüzünün üçüncü ildönümünə həsr olunmuş, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və bir daha Rusiyadan qoşunların çıxarmasını tələb edən BMT qətnaməsi layihəsinin “həmmüəllifliyindən” ABŞ-ın imtina etməsi xəbərini eşitmək də ermənilər üçün yəqin ki, “soyuq duş effekti” yaradıb. Çünki Ukraynanın ən nüfuzlu Qərb müttəfiqinin mövqeyində böyük dəyişiklik hayları əməlli-başlı “silkələmiş” olub. Həmçinin “Yeddilik” ölkələrinin gələn həftə yaymağı planlaşdırdığı bəyanatda Rusiyanın təcavüzünü pisləyən ifadəyə Vaşinqton etiraz etməsi də haylar üçün şok xəbər sayılır. Xüsusən də, 2022-ci ilin fevralından bəri BMT və G7 tərəfindən müntəzəm olaraq istifadə edilən “tərzlə” razılaşmaqdan Amerikanın imtina etməsi Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında genişlənən fikir ayrılığı fonunda baş verdiyi qənaətinə gələn ermənilər üçün “tərs sillə” olub. Ona görə tərs sillə olub ki, bu qədər dəstək vədindən sonra hər şeydən Amerika tərəfindən imtina edilməsi ermənilər üçün bir “siqnal” olaraq, onları “həyəcan təbili çalmaq” məcburiyyətində qoyub.

Haylar qorxurlar ki, ölkələrini tam nəzarət altına götürəcəyi anı gözləyən Rusiya prezidenti istənilən anda istədiyini etməyə cəhd göstərə bilər

“Tamamilə aydın olmalıdır ki, Zelenskinin öz reytinqi ilə bağlı nəzarəti altında olan sorğusu etibarlı deyil!! Əgər Zelenski Ukrayna xalqı tərəfindən həqiqətən də sevilsəydi, sevimli olsaydı, o, seçki keçirərdi. O, bütün Ukrayna mediasına nəzarəti ələ keçirməsinə baxmayaraq, böyük fərqlə uduzacağını bilir və ona görə də seçkiləri ləğv etdi. Əslində, Ukrayna xalqı ona nifrət edir və buna görə də o, seçki keçirməkdən imtina edib. Mən Zelenskini seçki keçirməyə çağırıram və əgər bacarırsa, boyun qaçırmamaqla deyilənləri təkzib etsin. O, bunu etməyəcək. Ukrayna əsgərlərinin cəsədləri ilə qidalanan iyrənc, kütləvi rüşvət maşınından asılı olmayaraq, ona məhəl qoymamaqda və sülhə nail olmaqda Prezident Tramp haqlıdır”, deyə ABŞ prezidentinin müşavirlərindən biri olan milyarder İlon Maskın Vladimir Zelenski ilə bağlı tamamilə kəskin bir açıqlamasının İrəvanı yetərincə qıcıqlandırması Ermənistana məxsus mətbuat səhifələrində dərhal öz əksini tapıb.

Məhz erməni mediası yazır ki, bütün bunlar ABŞ-ın Rusiya ilə müttəfiqliyə daha çox maraq göstərərək, dünyanı yenidən bölmək kursu qurduğunun bir daha sübutudur. Haylara məxsus mətbuat səhifələri qeyd edirlər ki, yeni şərtin, daha dəqiq desək, yeni yaranan vəziyyətin fonunda Ermənistana münasibətdə Putinin əlləri tamamilə “açılmış” olacaq və onlara qarşı istədiyini artıq edə biləcək. Xüsusən də qeyd edilir ki, Robert Köçəryanın və Serj Sarkisyanın “heyrətamiz şəkildə” aktivləşməsi də məhz buna görədir. Rəsmi İrəvan daha çox Rusiyanın məhz Ermənistanın hazırki rəhbərliyini “aradan götürməyi” planlaşdırdığından çəkinir və hətta qorxur. Çünki hayların hamısı yaxşı bilirlər ki, erməni baş nazir Nikol Paşinyan Vladimir Putini yetərincə qıcıqlandıra bilib. Onu da bilirlər ki, Rusiya prezidenti gözləməyi, səbr etməyi yaxşı bacarır və Ermənistanı tam onun nəzarəti altına qaytarmağın mümkün olacağı “anı” gözləyir. Hətta qorxurlar da ki, o, Ukraynadakı müharibənin sonrakı gedişindən asılı olmayaraq, bunu etməyə istənilən anda cəhd edə bilər.

Etdikləri xəyanətkarlıqlarına görə cavab verməli olacaqlar və bu vaxt artıq çoxdan yetişib

Çoxdandır ki, ermənilər öz ümidlərinin puç olduğuna əmindirlər və hansısa təsir imkanlarına malik olmadıqlarını da yaxşı bilirlər. Təsadüfi deyil ki, erməni mətbuatı bar-bar bağırır və “bu perspektivlərə” kim və necə müqavimət göstərə biləcəyi ilə əlaqədar sualla da erməni cəmiyyətinə müraciət edir. Məsələ burasındadır ki, “heç kim” cavabını da öz-özünə vermiş olur. Çünki artıq haylar üçün də sirr deyil ki, hazırda başda ABŞ və Fransa olmaqla, hər bir tərəf öz mövqeyini, özünü qorumağa çalışır, Ermənistanı yox. Hətta indiki vəziyyətdə hayların bəzi arxa çevirdikləri ölkələrin “məsələyə” münasibət belə bildirmək istəməməsi də nə sirr deyil, nə də təsadüfi ola bilməz.

Hayları daha çox qıcıqlandıran və özlərini daha qaranlıqda, qorxulu qeyri-müəyyənlikdə hiss etdirən hadisələrin belə kəskin dönüşündən bütün Avropa ölkələri kimi Fransanın da belə şokda olmasıdır. Çünki bütövlükdə erməni cəmiyyəti yaxşı başa düşür ki, Putin Rusiyasının NATO üzvü olan ölkələrdən birinə və ya Moldovaya qarşı indi uzaq görünən hücum təhlükəsindən çoxları qorxuya düşüblər və ən çox da ermənilərə görə deyil, özlərinə görə narahatdırlar. Bəli, indi Avropanın, Amerikanın Ermənistana, ümumiyyətlə, Cənubi Qafqaza ayırmaq üçün heç vaxtı da yoxdur. ABŞ, Rusiya və Avropa artıq regiondan əl çəkərək, öz problemlərinə başlarını qarışdırdığı təqdirdə “başlarına gələ biləcək hadisələri” ermənilər yaxşı bilirlər. Yaxşı bilirlər ki, araba kölgəsində yatdığı zaman bunu öz kölgəsi bilən at misalında, bir zamanlar söykəndikləri və qədrini bilmədikləri, nankorluq etdikləri kölgəyə, daha doğqusu arxa dayağa nankorluq etməklə, öz oturduqları budağı kəsmiş olublar. Amma bunu indi bilsələr də artıq gecdir və ox yaydan çıxdığı kimi, hadisələr də öz məcrasından çıxıb. Artıq haylar başlarına gələ biləcək növbəti fəlakətləri, məhz Rusiyanın həmləsi fonunda qarşılaşacaqları arzuolunmaz halları gözləmək məcburiyyətindədirlər. Çünki bu qədər xəyanətkarlıqlarının ardınca nə edəcəklərini qətiyyən bilmirlər. Bircə onu bilirlər ki, nə vaxtsa etdikləri xəyanətkarlıqlarına görə cavab verməli olacaqlar və bu vaxt artıq çoxdan yetişib. Ona görə də mövcud durumu Ermənistan üçün qorxunc qeyri-müəyyənlik hesab edirlər və hardasa haqlı da ola bilərlər...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri