Icma.az
close
up
RU
Ermənistana 7 ölkədən xəbərdarlıq fəlakət qaçılmazdır...

Ermənistana 7 ölkədən xəbərdarlıq fəlakət qaçılmazdır...

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

İrəvan mürəkkəb geopolitik vəziyyətlə üzləşib - onu Bakı və Ankara xilas edə bilər

“Bizi hər yerdən gözləyən fəlakətlər barədə xəbərdarlıq edilir: Bakıdan, Moskvadan, Ankaradan, Tehrandan, Minskdən, Vaşinqtondan, Parisdən... hər yerdən!” “Yeni Müsavat” bildirir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan yazıb. O, dəyişən dünya düzəni fonunda Ermənistanın tamamilə gücsüz qaldığını bildirib: “İçəridə narahat olan fiqurlar var, lakin vəziyyət dəyişməyəcək. Fəlakətin qarşısını almaq üçün nə etmək olar? Bugünkü dövlət-milli böhranının əsasında 3 amil dayanır ki, onları tez dəyişmək lazımdır.

- İdarəetmə qüsuru;

- Müqavimət təşkilatlarının yetərsizliyi;

- Məğlubiyyət sosiologiyası".

Ovannisyan ardınca bildirir: “Bizim üçün təlxək və kral bir adamda birləşib. Və bu, son dərəcə ciddi çağırışdır. Kral saraylarında bunlar müxtəlif şəxsiyyətlər olur. Təlxək təhlükəli, bəzən doğru olan bir çox şeyləri söyləmək gücünə malikdir. Bizdə "kral" (Nikol Paşinyanı nəzərdə tutur - red.) həm fəlakətlər gətirir, həm də təlxək kimi camaatın fəlakətə ehtiyatsız, xoş əhval-ruhiyyədə getməsini təmin edir. Bu, həll etməli olduğumuz ciddi problemdir". Ermənistan, onun siyasi və ekspert elitası nə vaxtsa gerçəyi dərk edəcəkmi?

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın rəhbərliyi ilə ideya dəyişikliyi etmək istəyən rəsmi İrəvan çətin geopolitik vəziyyətlə üzləşib: “Brüssellə Vaşinqtonun saxta və şirnikləndirici vədlərinə inanan Ermənistan hakimiyyəti ölkəni gərgin qütblərarası mübarizənin məkanına çevirmək üzrədir. SSRİ dağıldıqdan sonra Rusiya orbitində öz təhlükəsizlik arxitekturasını formalaşdırmağa çalışan Ermənistan, İkinci Qarabağ müharibəsindən sonra Moskvadan uzaqlaşmağa başladı. Əksər erməni siyasətçilər və ekspertlər bu addımı müstəqil siyasət anlayışı üzərindən təqdim etməyə çalışsalar da, real mənzərə tamamilə fərqlidir. Kremldən uzaqlaşan İrəvan Paris, Brüssel və Vaşinqtonun vassalı halına gəldi”.

Deputat qeyd etdi ki, Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyası və yaxın zamanda ABŞ qüvvələrinin yerləşdirilməsi məsələsi prosesin ilkin mərhələsidir: “Növbəti addım isə Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasını çıxartmaq və yaranan boşluğu qeyd etdiyim qüvvələr hesabına doldurmaqdır. Ermənilərin dəstəkçisi axtarışına çıxması və ölkə sərhədlərini kənar qüvvələrə açması region dövlətlərini narahat edir. Artıq Moskva, Tehran, Bakı, Ankara öz narahatlıqlarını ifadə edirlər. Çünki Qərbin niyyəti Ermənistanı dəstəkləmək yox, ondan bölgə dövlətlərinə qarşı plasdarm kimi istifadə etməkdir. Ermənistan hakimiyyətinin bu tip mövqe sərgiləməsi isə birmənalı qarşılanmır və mütləq şəkildə əks tədbirlər görüləcək. Lakin mövcud tələblər fonunda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq rəsmi İrəvanın yeganə çıxış yoludur”.

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə vurğuladı ki, Ermənistanın gələcək mövcudluğu İrəvandakı hakimiyyətin öz əlindədir: “Yeddi ölkənin yox, təkcə Bakının istəklərini yerinə yetirmək kifayətdir ki, İrəvan gələcəyə ümidlə baxa bilsin. Bunun üçün Zəngəzur dəhlizini açmaq və sülh müqaviləsini tezləşdirmək lazımdır. Paşinyan hakimiyyəti son bir ildə ardıcıl olaraq çox ciddi səhvlər buraxır. Əgər nəticə olmasa, bu səhvləri ona nə Rusiya, nə də Qərb bağışlayacaq. Vahe Ovannisyan keçmiş "voskanapart"çıdır. Yəni radikal-milliyyətçi düşərgədən siyasətə gələnlərdəndir. Bir müddət rus kəşfiyyatının da təsir dairəsində olanlardandır. Bu şəxsin ritorikası, siyasi dili Kremlin Ermənistana və onun hazırkı rəhbərinə baxışının ifadə formasıdır. Düşünürəm ki, Bakının şərtlərini ön plana çıxarmaqla Paşinyan Bakı və Ankara ilə münasibətlərini yaxşılaşdıracaq. İrəvan sərhədlərin açılmasına nail ola biləcək. Ovannisyan da açıqlamasında məhz buna işarə edir. Bakı ilə münasibətləri qaydasına salmaq həm də Moskva və Minsklə münasibətləri düzəltmək deməkdir. Bir sözlə, İrəvanın bütün hallarda gələcəyi Bakı ilə münasibətlərdən keçir".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Ermənistanın özünü bir müstəqil dövlət kimi təsdiq edə bilmədiyini söylədi: “Ermənistanın indiki vəziyyətə düşməsinin yeganə səbəbi özünü böyük dövlətlərin əlində alətə çevirməsidir. Ermənistandan öz məqsədləri üçün, xüsusən Azərbaycana təzyiq etmək üçün yararlanırlar. Bu günə kimi Ermənistan özünü bir dövlət kimi təsdiq edə bilməyib. Çünki 30 il Rusiya Azərbaycana qarşı Ermənistan istifadə edirdi. İndi də Ermənistandan Qərb, Amerika Qafqaz siyasətində həm Rusiyaya, həm də Azərbaycana qarşı istifadə edir. Qeyd olunan 3 amilin heç bir təsiri yoxdur. Ermənilərin yeganə çıxış yolu xəstə təfəkkürlərindən əl çəkmələridir. Qonşu ölkələrlə sülh şəraitində yaşamalıdırlar, qonşu ölkələrin ərazilərindən əl çəkməli və ən əsası qeyd etdiyim böyük dövlətlərin və güc mərkəzlərinin əlində çomaq rolu oynamaqdan imtina etməlidilər”.

N.Orduxanlı hesab edir ki, bu baş verməyincə, Ermənistan on illərlə asılı və müharibə şəraitində yaşayacaq: “Və bunun ən böyük ziyanını Ermənistan cəmiyyəti çəkəcək. Paşinyanın hakimiyyətdən getməsi və ya başqa birinin hakimiyyətə gəlməsi heç nəyi dəyişməyəcək. Ermənilər başa düşməlidir ki, həm Azərbaycanla, həm də Türkiyə ilə əbədi olaraq bir qonşu kimi yaşamalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri