İkitərəfli münasibətlərdə yeni mərhələ...
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışında iki ölkə arasında siyasi münasibətlərin inkişafı, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, nəqliyyat, rəqəmsal transformasiya və mina təhlükəsi ilə mübarizə məsələləri əsas yer tutub.
Dövlətimizin başçısı çıxışında ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi hazırda aşağı səviyyədə olsa da, əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu məqsədlə ticarət və investisiya sahələrində praktiki məsələləri araşdıracaq birgə işçi qrupu yaradılıb. Həmçinin Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumunun qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub.
Çıxışda sənaye, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasının əhəmiyyətini vurğulayıb. Qarşılıqlı təhsil imkanlarının yaradılmasının xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyi bildirilib.
Dövlət başçısı nəqliyyat və rəqəmsal transformasiyanı da əməkdaşlığın prioritet istiqamətləri sırasında qeyd edib. Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarında mühüm rol oynadığını vurğulayaraq, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu diqqətə çatdırıb.
Prezidentin bəyanatında Azərbaycanın “ASAN xidmət” modelinin də xüsusi yeri olub. Bu sistemin Kambocada maraq doğurmasını müsbət qiymətləndirən İlham Əliyev Azərbaycan təcrübəsinin paylaşılmasının ikitərəfli münasibətlərə töhfə verə biləcəyini bildirib.
Çıxışın mühüm hissələrindən biri mina problemi ilə bağlı olub. Prezident qeyd edib ki, Azərbaycan və Kamboca bu təhlükədən əziyyət çəkən ölkələrdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Bu baxımdan təcrübə və bilik mübadiləsi, praktiki bacarıqların paylaşılması və təlimlərin keçirilməsi vacib hesab olunur.
İlham Əliyev sülh və təhlükəsizlik məsələlərinə toxunaraq, onların beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını və Böyük Qayıdış proqramının həyata keçirildiyini bildirib. Həmin ərazilərdə insanların məskunlaşması və normal həyat şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyevin çıxışı Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişaf perspektivlərini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın əhəmiyyətini və yeni təşəbbüslərin praktik nəticələrə çevrilməsinin vacibliyini əks etdirir.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















