Ermənistana xəbərdarlıq: Pul köçürmələri iki dəfə zalacaq
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Aİİ-yə üzvlüyü dayandırılarsa, Rusiyadan bu ölkəyə pul köçürmələrinin həcmi ötənilki 3,88 milyard dollardan 1,8 milyard dollara qədər azala bilər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələrinin təqdim etdikləri “Ermənistan Respublikasına münasibətdə 29 may 2014-cü il tarixli Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin dayandırılmasının mümkün nəticələri haqqında” adlı məruzədə deyilib.
Sənədə əsasən, Aİİ-yə üzv bütün ölkələrdən Ermənistana pul köçürmələrinin ümumi həcmi 2025-ci ildəki 3,95 milyard dollardan 1,85 milyard dollara düşə bilər.
Qeyd olunub ki, 2025-ci ildə Aİİ ölkələrində çalışan Ermənistan vətəndaşlarının sayı 126,9 min nəfər təşkil edib. Onların 124,6 min nəfəri, yaxud 98,2-i Rusiyada işləyib. Ermənistanın Aİİ-yə üzvlüyü dayandırılarsa, bu ölkənin vətəndaşlarına İttifaqa üzv dövlətlərdə əmək bazarını tənzimləmək məqsədilə tətbiq olunan kvota məhdudiyyətləri şamil ediləcək. Həmçinin onların gəlirlərinə üçüncü ölkələrin vətəndaşları üçün nəzərdə tutulan vergi rejimi yenidən tətbiq olunacaq. Bu ssenaridə Ermənistandan idxal olunan mallara da üçüncü ölkələrdən gətirilən məhsullar üçün nəzərdə tutulan vergi rejimi tətbiq ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















