Neqreyra işində son şahid dindirildi, qərar 2027 ci ildə gözlənilir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın İspaniya Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişləri ilə bağlı araşdırmada şahidlərin dindirilməsi başa çatıb.
İdman.Biz xəbər verir ki, hakim Alexandra Gil qarşısında ifadə verən son şahid “Barselona B”nin sabiq baş məşqçisi Jerar Lopes olub.
2015-2018-ci illərdə komandanı çalışdıran Lopes Neqreyranın oğlu Xavyer Enrikesin hazırladığı hakim hesabatlarının faydalı olduğunu bildirib. Onun sözlərinə görə, hesabatlarda hakimlər barədə ətraflı və yenilənmiş məlumatlar, o cümlədən onların son oyunlarına dair qeydlər yer alıb. Bu məlumatlar məşqçilər heyətinə daha yaxşı hazırlaşmağa imkan verib.
“Barselona B”nin sabiq nümayəndəsi Toni Alonso da ifadəsində bəzi məşqçilərin hesabatlardan istifadə etdiyini, digərlərinin isə onlara əhəmiyyət vermədiyini söyləyib. O, Luis Enrikenin yalnız nəzarət edə bildiyi amillərə diqqət yetirdiyi üçün bu hesabatlardan istifadə etmədiyini qeyd edib.
Hakim hazırda “Barselona”dan maliyyə məlumatlarının təqdim olunmasını gözləyir. O, əvvəlcə “Real Madrid”in 2010-2021-ci illəri əhatə edən audit və maliyyə hesabatlarının tələb olunması barədə müraciətini rədd etsə də, Barselona Əyalət Məhkəməsi Madrid klubunun şikayətini qismən təmin edib.
İşə xitam verilməsi və ya onun məhkəmə baxışına göndərilməsi barədə qərarın 2027-ci ilin əvvəlində qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə üzə çıxan Neqreyra işi “Barselona”nın 17 il ərzində sabiq hakim rəsmisinə və onun oğluna etdiyi ödənişlərlə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Noyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















