Ermənistanda 2020 ci ilin noyabrında baş verən iğtişaşlarla bağlı daha yeddi nəfər saxlanılıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Ermənistan İstintaq Komitəsi 2020-ci ildə, Qarabağla bağlı üçtərəfli bəyanatın imzalandığı gecə baş verən kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham olunan daha yeddi nəfərin saxlanıldığını bildirib.
Oxu.Az bu barədə erməni mediasına istinadən xəbər verir.
"Onlara qarşı qətimkan tədbiri kimi inzibati nəzarətin tətbiqi ilə bağlı məhkəməyə vəsatətlər təqdim edilib", - deyə məlumatda vurğulanır.
Mayın sonunda İstintaq Komitəsi istintaq çərçivəsində daha doqquz nəfərin saxlanıldığını bildirmişdi. Bu iş üzrə onlarla adamın adı hallanır. İdentifikasiya prosesi davam edir.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Qarabağda atəşkəs haqqında bəyanatı imzalamasından sonra bir qrup şəxs İrəvanda hökumət binalarına soxulmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 İyul 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















