Ermənistanda 8,4, Gürcüstanda 10,8, Azərbaycanda isə 12,3 dollar Mobil telefon tarifləri
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Mobil telefon tariflərinin qiymətinə görə Azərbaycan 100 ölkə arasında 70-ci sırada qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Numbeo” platformasının hazırladığı mobil telefon tarifləri üzrə beynəlxalq reytinqdə yer alıb.
Reytinq aylıq zənglər və ən azı 10 GB internet paketini əhatə edən mobil telefon tariflərinin orta qiymətləri əsasında hazırlanıb. Hesabata görə, Azərbaycanda belə bir tarifin orta aylıq qiyməti 12,3 dollar təşkil edir.
Hesabata əsasən, mobil telefon tariflərinin ən bahalı olduğu 5 ölkə Puerto Riko (72 dollar), ABŞ (61,8 dollar), Birləşmiş Ərəb Əmirlikləri (53 dollar), Qatar (43,2 dollar) və Kanadadır (42,5 dollar).
Ən ucuz mobil telefon tarifləri isə İran (2,3 dollar), Hindistan (3,5 dollar), Şri-Lanka (4 dollar), Özbəkistan (4,1 dollar) və Nepalda (4,1 dollar) qeydə alınıb.
Keçmiş SSRİ ölkələri və region dövlətlərində aylıq mobil telefon tariflərinin orta qiyməti aşağıdakı kimi olub:
Estoniya – 17,9 dollar;
Latviya – 19,1 dollar;
Litva – 15,4 dollar;
Ermənistan – 8,4 dollar;
Türkiyə – 10,3 dollar;
Rusiya – 6,8 dollar;
Moldova – 9,6 dollar;
Gürcüstan – 10,8 dollar;
Azərbaycan – 12,3 dollar;
Belarus – 8,6 dollar;
Qazaxıstan – 10 dollar;
Ukrayna – 5,9 dollar;
Özbəkistan – 4,1 dollar;
İran – 2,3 dollar.
Məlumat üçün qeyd edək ki, “Numbeo” platformasının məlumatları rəsmi statistika deyil və əsasən istifadəçilərin təqdim etdiyi qiymətlər əsasında formalaşır. Bu səbəbdən göstəricilər ölkələrin və şirkətlərin rəsmi məlumatlarından fərqlənə bilər.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Ödənişli məzuniyyət günləri: Azərbaycanda, Ermənistanda, Gürcüstanda...
19 Avqust 2026 17:03
Depozitlər Gürcüstanda 6,6, Ermənistanda 6, Azərbaycanda isə 2,1 min dollar olub
26 Dekabr 2025 15:21
Azərbaycanda ildə 4 dəfə, Gürcüstanda və Ermənistanda...
01 İyul 2026 21:53
Azərbaycanda 62, Ermənistanda 297, Gürcüstanda 140 dollar Adambaşına düşən bank mənfəəti
28 Oktyabr 2026 11:37
Baxış sayı:225
Bu xəbər 04 Avqust 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















