Ermənistanda Belarusla diplomatik münasibətlərin kəsilməsi məsələsi müzakirə olunur
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Ermənistanda Belarusla diplomatik münasibətlərin kəsilməsi məsələsi müzakirə olunur. Bu barədə Ermənistanın “Hraparak” qəzeti rəsmi mənbələrə istinadən yazır.
Səbəb tərəflərin sərt bəyanatlarından, xüsusən də Belarus prezidenti Lukaşenkonun baş nazir Paşinyanın “Ermənistanı məhv edəcəyi” sözlərindən sonra Yerevanla Minsk arasında münasibətlərin pisləşməsi olub. Mənbələrin sözlərinə görə, Lukaşenko bunu “Putinin icazəsi olmadan” deməzdi.
“Paşinyanla Putinlə son telefon danışığı çox sərt olub, baxmayaraq ki, Paşinyan Aİ-yə daxil olmağn Rusiya ilə münasibətləri tərk etmək demək olmadığını irəli sürərək özünə haqq qazandırmağa çalışıb. Lakin Putin çox quru şəkildə ona bildirib ki, bu, Ermənistan üçün ən yaxşı addım deyil. Ona görə də ola bilsin ki, Paşinyan Lukaşenkoya qarşı konkret addımlar atmasın, bir neçə yüngülvari bəyanatla kifayətlənsin”, deyə nəşr vurğulayır.
Ülviyyə, Hurriyyet.az
Baxış sayı:142
Bu xəbər 29 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















