Icma.az
close
up
RU
Ermənistanda din dövlət qarşıdurması

Ermənistanda din dövlət qarşıdurması

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Paşinyan II Qaregini və ruhaniliyi üzüsulu getməyə çağırır, yoxsa...

Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi, daha dəqiq desək, kilsəbaşı, bütün ermənilərin katolikosu II Qaregin arasındakı ziddiyyətlər Ermənistanda ictimai-siyasi həyatın başlıca müzakirə mövzularından biri olaraq qalır. Məlum olduğu kimi, Paşinyan əvvəlcə hökumətin iclasında dini məbədlərin standartlar əsasında fəaliyyət göstərməli olduğunu, ibadət yerlərinin əmlakına nəzarət mexanizminin formalaşdırılmasının vacibliyini vurğulamışdı. Daha sonra isə o, özünün “Facebook” sosial şəbəkəsindəki hesabında II Qaregin və onun rəhbərlik etdiyi struktur əleyhinə ittihamlar irəli sürmüşdü.

Baş nazirin bildirdikləri, eləcə də ittihamları gündəmə gətirərkən seçdiyi ifadə tərzi belə deməyə əsas verir ki, Nikolun şəxsiləşdirdiyi məqamlar var. Məsələn, Paşinyan yazıb ki, bəzilərini onun hələ də rəsmi nikahda olmaması və vətəndaş nikahına üstünlük verməsi narahat edir. “Halbuki ruhani elitanın yarısı eyni vəziyyətdədir və bu, heç kimi narahat etmir” - deyən baş nazirin erməni din xadimlərinin şəhvətə qurşandıqlarını vurğuladığı aşkardır.

Əslində, Paşinyanın dedikləri Erməni Apostol Kilsəsinin mənəvi deqradasiyaya uğradığını göstərir. Durumun müxtəlif təzahürləri - II Qaregindən tutmuş, digər din xadimlərinədək bir çoxlarının əxlaqsızlığı erməni kluarlarında geniş müzakirə olunur. Lakin burada müəyyən tabu mövcuddur. Heç kəs, loru dildə desək, dərinə getmək istəmir. Elə Paşinyanın özü də, nə qədər kilsəyə qarşı müxalif mövqe tutsa da, indiyədək vəziyyəti gərginləşdirməmişdi. Amma hazırda...

Nikol və komandasının üzvləri yaxşı bilirlər ki, II Qaregin və tərəfdarlarını susqunluqla qarşılamamaq “ölümə” bərabərdir. Ona görə də Paşinyanın jurnalist dostları və blogerləri katolikosu vaxtaşırı hədəfə alırlar. İndi isə Paşinyanın kilsə ilə qarşıdurmasının iki başlıca səbəbi var. Birincisi, erməni iqtidarı 2026-cı il seçkilərinə hazırlığa başlayıb. Hakimiyyət düşərgəsi ölkənin eks rəhbərliyini hədəfə alır, parlament tribunasından Ermənistanın ikinci prezidenti Robert Koçaryanın atasının türk, daha doğrusu, azərbaycanlı olması faktını qabardır. Yəni, hay iqtidar komandası xalqın başa düşdüyü dildə danışaraq ittihamların dozasını artırır.

Nəzərə alaq ki, Ermənistanda "ekslərin" başlıca dayağı məhz kilsə, II Qaregindir. O Qaregin ki, bu günlərdə İsveçrəyə səfər edərək paytaxt Bern şəhərində erməni icması qarşısındakı çıxışında bildirmişdi ki, Ermənistan 2020-ci ildə müharibəyə cəlb edilib, savaş nəticəsində "Artsax" əhalisi azalıb, indi isə “insanlar çoxəsrlik vətənlərindən məhrum olublar”. Katolikosun ikinci məqam kimi vurğuladığı məsələ Qarabağda guya erməni mədəni, mənəvi və tarixi irsinin məhvidir. O, eyni zamanda, Azərbaycanın suveren Ermənistan ərazilərinə təcavüz etdiyini iddia edib, ölkəmizin guya sülh istəmədiyini söyləyib, diqqəti "Azərbaycanda saxlanılan erməni hərbi əsirlər" məsələsinə yönəldib, Qarabağ ermənilərinin geri qayıdış hüququndan dəm vurub.

Bir sıra erməni ekspertlər bildirirlər ki, Nikolu qəzəbləndirən də məhz bu açıqlamalar olub. Çünki II Qareginin dedikləri kilsəyə siyasi proseslərin katalizatoru statusunu qazandırır. Axı erməni kilsəsi təkcə dini məbəd deyil, həmçinin, siyasi məsələlərin, hətta terror planlarının qurulduğu məkandır və tarixən də belə olub. Paşinyan isə 2018-ci ildən etibarən din və dövlət işlərinin ayrılmasına dair Qərbyönümlü, sekulyar mövqe tutur, kilsənin siyasi təsir imkanlarını məhdudlaşdırır. Ermənistandakı kilsə-hakimiyyət qarşıdurmasının kökündə də məhz bu amil dayanır.

Bəli, 2018-ci ildə "Qarabağ xuntası"nı devirərək hakimiyyətə gəlmiş Paşinyan yaxşı anlayır ki, həmin xuntanın, belə demək mümkünsə, müqəddəslik sığınacağını tam zərərsizləşdirə bilməyib və bu cəhət onu və tərəfdarlarını daim narahat edir. Nikol dövlətin dini məbədlərə ayırdığı vəsaiti azaltsa da, dini təhsilin dəstəklənməsində dəyişikliklər etsə də, bütün bunlar arzu olunan nəticəni vermir. Onun kilsəni keçmiş rejimlə əlaqədə və korrupsiyada ittiham etməsi də yetərli olmur.

Qeyd edək ki, II Qaregin və tərəfdarları hakim düşərgənin ittihamları qarşısında geri çəkilmirlər. Xüsusən də 2020-ci ilin 44 günlük müharibəsi onlara əlavə əsas verir. Katolikosun 2020-ci ilin dekabrında və 2021-ci ilin fevralında iqtidarı istefaya çağırdığı bəllidir. Məlumdur ki, Paşinyan 2021-ci ilin əvvəlində növbədənkənar parlament seçkilərinə getməyə məcbur olmuşdu. Çünki II Qareginin istefa çağırışlarının üsyana çevriləcəyindən ehtiyat edirdi. Bu taktiki addım baş nazirə vəziyyəti yumşaltmaq və 2021-ci ilin iyununda seçkilərdə qələbə qazanmaq imkanı yaratdı. Hər halda, kilsə amili öz sözünü deyirdi. Görünür, bu amil aktuallığını qoruyur.

Əlqərəz, Paşinyan 2023-cü ilin mayında Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdikdən sonra kilsənin ona qarşı hücumları daha da gücləndi. Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın başladığı hərəkat buna nümunədir. Həmin vaxt Nikol da anti-kilsə ritorikasını gücləndirərək bildirdi ki, “Erməni Apostol Kilsəsi dövlətin üzərində dayana bilməz”. Hətta dini quruma siyasi fəaliyyət göstərmək üçün partiya yaratmağı da məsxərə ilə tövsiyə etdi və kilsənin dövlət işlərinə qarışmasının təhlükəli olduğunu vurğuladı.

Paşinyanın anti-kilsə ritorikası 2024-cü ilin mayında özünün pik nöqtəsinə çatdı. Həmin vaxt o, parlamentdəki çıxışında kilsəni "ictimai rəyə təsir edən ən böyük agent" adlandırdı və ona qarşı sərt tədbirlərin görüləcəyini bildirdi. Hazırda isə Paşinyanın qəzəbinin isterik səviyyəyə çatdığı müşahidə olunur. Onun

“Facebook” səhifəsində beş-altı saat ərzində ardıcıl şəkildə kilsə əleyhinə ittihamlar irəli sürməsi bunun göstəricisidir. Bu ittihamlardan birini diqqətə çatdırdıq. Digər isə belədir: “Görəsən, yepiskoplardan neçəsi bakirlik andına sadiqdir? Məlum olsa ki, bakirlik andı içmiş bir ruhani bu andı pozub, onda nə baş verəcək? O, vəzifəsindən, rütbəsindən və ruhani libasından məhrum edilir. Bəs mənəvi baxımdan hansı daha dürüstdür: könüllü istefa vermək, yoxsa düşüncələr girdabına düşmək — görəsən istintaq olacaqmı, həqiqət üzə çıxacaqmı? Heç kimin şəxsi həyatı başqa birinin işi deyil. Amma xalqın kilsəyə, mənəvi və əxlaqi dəyərlərə sahib olmağa haqqı var".

Sonda bir məqama diqqət yetirək: görünən odur ki, Nikol kilsəni, ümumən erməni ruhaniliyini ən zəif yerindən vurmağa qərar verib. Leninin və digər solçuların təbirincə desək, onların “müqəddəslik maskasını” çıxarmaq istəyir. Paşinyan bildirir ki, II Qareginin və ona bağlı şəxslərin şəhvət hislərinə hakim ola bilməmələri, iradəsizlik göstərmələri şəxsi iş sayıla bilməz, çünki mənəvi məsuliyyət daşıyırlar. Görünür, erməni iqtidarı artıq onların bu məsuliyyəti hansı səviyyədə daşıdıqlarını müəyyənləşdirib. Nə bilmək olar, bəlkə Nikolun əlində ciddi kompromatlar və faktlar var. Əvvəllər II Qaregin və erməni ruhaniliyi iqtidarı istefaya çağırırdısa, bu dəfə yerlər dəyişibsə, deməli, necə deyərlər, torbada pişik var.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri