Icma.az
close
up
RU
Ermənistanda doğum azalır, xərçəngdən ölüm artır

Ermənistanda doğum azalır, xərçəngdən ölüm artır

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin ilk beş ayında Ermənistanda 11 min 720 uşaq dünyaya gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 331 nəfər və ya 2,7 faiz azdır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eyni dövrdə ölkədə 10 min 493 nəfər vəfat edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 708 nəfər azdır.

Ölüm hallarının doğumlardan daha sürətlə azalması nəticəsində Ermənistanda təbii artım 850 nəfərdən 1227 nəfərə yüksəlib.

Statistikaya əsasən, 1 yaşınadək uşaqlar arasında ölüm halları da azalıb. Belə ki, 2026-cı ilin yanvar-may aylarında bu yaş qrupunda 60 ölüm qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 101 idi. Beləliklə, azalma 40,6 faiz təşkil edib.

4 yaşınadək uşaqlar arasında ölüm halları isə 117-dən 72-yə enərək 38,5 faiz azalıb.

Ölü doğulan körpələrin sayı da azalıb. Ötən ilin ilk beş ayında 167 belə hal qeydə alındığı halda, bu il həmin rəqəm 142 olub.

Məlumata görə, 2026-cı ilin ilk beş ayında Ermənistanda ölümün əsas səbəbi qan dövranı sistemi xəstəlikləri olub. Bu səbəbdən 5 min 486 nəfər vəfat edib ki, bu da bütün ölüm hallarının 52,3 faizini təşkil edir. Bununla belə, bu xəstəliklərdən ölüm sayı ötən illə müqayisədə 6,4 faiz azalıb.

Eyni zamanda, bədxassəli yenitörəmələrdən (xərçəng) ölüm hallarında artım qeydə alınıb. Belə ki, bu səbəbdən ölənlərin sayı 2 min 110 nəfərdən 2 min 237 nəfərə yüksəlib. Xərçəngdən ölüm hallarının ümumi ölümlərdə payı isə 18,9 faizdən 21,3 faizə çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 04:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri