Icma.az
close
up
RU
Ermənistanda gərginlik pik həddə çatdı: “Müharibə istəyirsiz, o zaman qələbə planınızı açıqlayın” KONKRET

Ermənistanda gərginlik pik həddə çatdı: “Müharibə istəyirsiz, o zaman qələbə planınızı açıqlayın” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın mətbuat konfransında söylədikləri bəzi məsələlər öz ölkəsində geniş müzakirə olunur. Hakimiyyətdə olduğu müddətdə Qarabağla bağlı danışıqların dalana dirənməsində xüsusi pay sahibi olan Köçəryan, indi nəyin bahasına olursa-olsun ATƏT-in Minsk Qrupunun saxlanılmasının vacibliyini vurğulayb: “Biz indi sürətlə dəyişən dünya ilə qarşılaşırıq. Heç kim dəqiq nə olacağını proqnoalaşdıra bilməz. Amma istiqamət təxminən aydındır. Bunun fonunda danışıqlar prosesində qarşısıalınmaz itkilərə səbəb olacaq addımların atılması axmaqlıqdır. Minsk qrupu nəyin bahasına olursa-olsun qorunub saxlanılmalıdır. Əgər ATƏT-in Minsk Qrupu indi buraxılsa belə, yeni beynəlxalq formatın formalaşdırılması son dərəcə çətin olacaq. Minsk Qrupu  mövcud danışıqlar formatıdır, qalsa, yaxşıdır. Əgər başqa format yaradılarsa, yalnız bundan sonra onu ləğv etmək olar”, – deyə Köçəryan bildirib.

Qarabağda separatizmin qızışdırılmasında iştirak edən şəxs münaqişəsinin sülh yolu ilə həllinə hesablanmış beynəlxalq formatın səlahiyyətlərinin qorunub saxlanmasına çağırır. Amma Minsk qrupu bu missiyanıı yerinə yetirə bilmədi və nəticədə Azərbaycan özü təkbaşına ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibənin sonunda Bakı dərhal ATƏT-in Minsk Qrupunun artıq heç bir funksional əhəmiyyət kəsb etmədiyi üçün  buraxılmasının zəruriliyini vurğuladı.

Bəs Köçəryan və onun arxasında duran qüvvələr nədən narazıdır? Bu, istənilən yolla Azərbaycana və Ermənistana xarici təsir imkanlarını qorumaq və tarixə qovuşan Qarabağ məsələsini “həll olunmamış” kimi göstərmək cəhdi deyilmi? Bu halda Köçəryan konkret hansı məqsədlər güdə bilər?

Rusiyalı ekspert, “Demokratik seçim” siyasi partiyasının həmsədri, “Liberal missiya” fondunun idarə heyətinin üzvü Sergey Javoronkovun sözlərinə görə, Köçəryanın fikirləri boş və mənasızdır:

“SSRİ-də belə bir deyim var idi: Yevtuşenko kolxozların əleyhinədirsə, mən onların tərəfdarıyam. Köçəryan da belədir. O, müxalifətdədir və ona “Afərin, Paşinyan, sən hər şeyi düz deyirsən” söyləmək çətindir. Bütün Ermənistan müxalifəti Paşinyanın guya Qarabağı təslim etməsi mövzusundan sui-istifadə edir. O, haqlı olaraq cavab verir: “Müharibəni bərpa etməyi təklif edirsiniz?” Yaxşı, o zaman mənə qələbə planını danışın. Buna cavab olaraq müxalifət yüksək səslə, “bunu başqa cür etmək lazım idi” kimi ümumi sözlər səsləndirir, amma dəqiq necə olacağını heç kim göstərmir”, – deyə siyasətçi bildirib.

O qeyd edib ki, Paşinyan parlamentdə çoxluğa malikdir. Ona görə də Köçəryan nə istəsə deyə bilər, bunun vəziyyətə heç bir təsiri yoxdur:

“Etiraf edirəm ki, o, köhnə yaxşı münasibətlərdən istifadə edərək, müqavilənin imzalanmasının uzanması kontekstində özünü Putinə “satmaq” niyyətindədir. Lakin Putin başa düşməlidir ki, Azərbaycanda terrorçu kimi tanınan Köçəryanın danışıqlar apara bilməsi mümkün deyil”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Fevral 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri