Ermənistanda istehsal olunan məhsullar Azərbaycanda satıla bilər? “Əlaqələrin inkişafı Ermənistana lazımdır, nəinki bizə”
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə məlumat verib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət, o cümlədən Ermənistandan Azərbaycana ixracın da başlaya biləcəyi realdır. O bildirib ki, hazırda Azərbaycandan Ermənistana idxal həyata keçirilir və bu, ticarətin bir istiqamətidir, lakin o ümid edir ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da ixrac fəaliyyətləri təşkil olunacaq.
Bəs Ermənistandan Azərbaycana ixrac prosesi reallaşarsa, bu hansı məhsullar ola bilər?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqdisadçı Eyyub Kərimlinin sözlərinə görə, sülh sazişi imzalandıqdan sonra ciddi iqtisadi inteqrasiya prosesinə start verilməlidir:
“Artıq ilk fəaliyyətin şahidi oluruq. Ölkəmizdən Ermənistana neft məhsullarının satışı, eləcə də Qazaxıstandan Ermənistana taxılın Azərbaycan üzərindən tranzit daşınması Ermənistan–Azərbaycan iqtisadi münasibətlərində müsbət perspektivlərin formalaşa biləcəyini göstərir. Sovet dövründə də iqtisadi əlaqələrimiz olub. Azərbaycandan Ermənistana elektrik enerjisi, neft məhsulları və yaşıl enerji ixracı mümkündür. Digər tərəfdən, Ermənistandan da Azərbaycana müəyyən məhsullar idxal oluna bilər. Bunlar əsasən Ermənistanın ixrac potensialına uyğun olan kənd təsərrüfatı məhsullarıdır. Daha çox spirtli içkilərin idxalı mümkündür. Həmçinin bəzi tikinti materialları və qiymətli metal məmulatları Ermənistandan idxal edilə bilər. Bu iki ölkə arasında nəqliyyat strukturunun qurulması, həmçinin regionun nəqliyyat inkişafına müsbət təsir göstərir. İqtisadi əlaqələrin və nəqliyyat qovşaqlarının açılması daha çox Ermənistan iqtisadiyyatına fayda verəcək. Onlara daha çox lazımdır, nəinki bizə. Bu əlaqələr olmadan da illərlə biz iqtisadiyyatımızı inkişaf etdirmişik, Ermənistan iqtisadiyyatını çökdürmüşdük”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Nikol Paşinyanın bəyanatı, sadəcə, iqtisadi niyyət kimi deyil, Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələyə keçidin siyasi mesajı kimi qiymətləndirilməlidir:
“Uzun illər qarşıdurma və blokada şəraitində formalaşmış münasibətlər fonunda qarşılıqlı ticarət ideyasının səsləndirilməsi sülh prosesinin artıq abstrakt bəyanatlardan çıxaraq praktik müstəviyə keçdiyini göstərir. Paşinyanın vurğuladığı məqam, hazırda Azərbaycandan Ermənistana idxalın mövcudluğu və buna qarşı hüquqi və texniki maneələrin olmaması faktiki olaraq etirafdır ki, tərəflər arasında qeyri-rəsmi iqtisadi əlaqələr artıq formalaşmaqdadır və bu proses geri dönməz xarakter ala bilər. Bu kontekstdə ixrac məsələsi sülh prosesinin mühüm “sınaq mərhələsi”dir”.
A.Nəsirli vurğulayıb ki, Ermənistan Azərbaycana mal ixracına real olaraq başlasa, bu, iki ölkə arasında qarşılıqlı asılılıq yaradar və siyasi gərginliyin yenidən hərbi mərhələyə keçməsini daha baha və riskli edər: “Paşinyanın bu açıqlaması eyni zamanda Ermənistan daxilində ciddi siyasi ziddiyyətləri dərinləşdirir. Ümumilikdə, Paşinyanın bəyanatı göstərir ki, Ermənistan-Azərbaycan sülh prosesi artıq yalnız sərhədlər və sənədlər müzakirəsi deyil, gündəlik iqtisadi münasibətlər mərhələsinə daxil olur. Bu mərhələ daha ağrılı, lakin daha dayanıqlı nəticələr vəd edir. Sülhün taleyi isə təkcə Bakı və İrəvan arasındakı razılaşmalardan deyil, Ermənistan cəmiyyətinin və siyasi elitasının bu yeni reallığı qəbul edib-etməməsindən asılı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















