Icma.az
close
up
RU
Ermənistanda revanşist dairələrin cəhdləri qətiyyətlə rədd ediləcək

Ermənistanda revanşist dairələrin cəhdləri qətiyyətlə rədd ediləcək

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Həm Ermənistan daxilində, həm də onun xaricində revanşist dairələrin Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi reallığını qəbul etməmək cəhdləri qətiyyətlə rədd ediləcək.

Globalinfo.az bidlirir ki, APA-nın diplomatik mənbədən əldə etdiyi xəbərə görə, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin digər vacib bir müddəası burada iki ölkə arasında münaqişənin artıq keçmişdə qaldığının və məhz münaqişənin həllindən sonra yaranmış reallıqların iki dövlət arasında qonşuluq münasibətlərinin qurulmasına şərait yaratmasının təsbit olunmasıdır.

Həmçinin oxuyun:

Azərbaycanın çoxvektorlu xarici siyasəti: Regional gücdən qlobal aktora

Beləliklə, Azərbaycan tərəfindən 2020-ci ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası ilə keçmiş münaqişənin artıq tarixdə qalması tezisi birmənalı şəkildə sənəddə təsbit edilir. Burada daha bir vacib məqam isə, münaqişənin həlli nəticəsində yaranmış reallıqların təftiş mövzusu olmadığı və heç vaxt olmayacağının birmənalı təsdiq edilməsi və bu kontekstdə, revanşist cəhdlərin qətiyyətlə rədd edilməsidir.

Bu, həm Ermənistan daxilində, həm də onun xaricində revanşist dairələrin Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi reallığını qəbul etməmək cəhdlərinin qətiyyətlə rədd ediləcəyinə dair siyasi məsuliyyət və öhdəliyi təcəssüm etdirir. Beləliklə, sözügedən müddəa bir tərəfdən münaqişənin keçmişdə qaldığını, Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla, bütün ərazisi üzərində suveren nəzarətinin bərpa etdiyi reallığının Ermənistan tərəfindən qəbul edilməsinə dair siyasi öhdəliyi təsbit edir. Digər tərəfdən isə, bu reallığı hər hansı bir formada sual altına almaq cəhdlərinin indi və gələcəkdə rədd və istisna edilməsinə dair Ermənistanın dövlət məsuliyyətini özündə ehtiva edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri