Icma.az
close
up
RU
Ermənistanda sülhə qarşı ittifaq genişlənir: Paşinyan revanşist qüvvələrə boyun əyməkdədir

Ermənistanda sülhə qarşı ittifaq genişlənir: Paşinyan revanşist qüvvələrə boyun əyməkdədir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Erməni İnqilabi Federasiyası -  Daşnaksutyun Partiyası  bəyanat yayaraq Paşinyan hakimiyyətinin Azərbaycanla imzalamaq istədiyi sülh sazişinə qarşı çıxıb. Partiya bununla bağlı bəyanat yayıb. Bəyanatda iddia edilir ki, Azərbaycanla sazişlər və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir, Azərbaycan silahlı qüvvələrinin “Ermənistan ərazilərindən” çıxarılmasını təmin etmir. 

Eyni zamanda daşnaklar sülh sazişinin “artsax”-la bağlı ermənilərin gözləntilərinə də cavabn vermədiyini iddia edirlər. Onların bu sözlərinə keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın rəhbərlik etdiyi Hayastan  Bloku və Respublikaçılar Partiyası da qoşulub.


Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, Ermənistanda sülhə qarşı ittifaq genişlənir. 


Ekspert bildirib ki, Hayastan Bloku və Respublikaçılar Partiyası əvvəl birlikdə fəaliyyət göstərib, eyni komandanın ortağı olublar: 

"O zaman onların müraciətinə həm də ölkədədaxili siyasi vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirə bilərik. Ancaq bu etiraz təkcə siyasilərin etirazı deyil. İlk növbədə kilsə sülhün əldə edilməsini qəbul etmək istəmir. Erməni qriqoryan kilsəsi bu günə qədər revanşizmin ən böyük dəstəkçisi olub. Ruhani idarəsi olmasına baxmayaraq erməni kilsəsində qədimdən uşaqlara "Böyük Ermənistan" barəsində nağıllar danışılır. Nikol Paşinyanın sülhü müqaviləsini imza atması kilsəsinin cəmiyyət üzərində nüfuzunun azalmasına səbəb olacaq. Buna görə  qriqoryan kilsəsi bu sülhə mane olmağa çalışır. Kilsə ilə bərabər erməni diasporu da sülhdə  maraqlı deyil. Çünki onların fəaliyyəti tamamilə "türk düşmənçiliyi" üzərində qurulub. Erməni diasporu öz fəaliyyətini bu istiqamətdə aparır. Onların diplomatik təsir mexanizmləri və yığdıqları maliyyə mənbələrinin ama qaynağı məhz bu ideyadır".


Siyasi analitik vurğulayıb ki, ordu mənsubları da sülhə qarşı çıxırlar: 

"Sülhün əldə edilməsindən sonra hökumətin ordunun sayında əsaslı azalmaya gedəcəyi, həmçinin hərbi xərcləri azalacağı barəsində gözlənti var. Bu isə korrupsiyaya bulaşmış ali zabit heyətinə sərf etmir. Buna görə onlar müharibənin davam etməsində, toqquşmaların baş verməsində maraqlıdırlar. Qarabağdan qaçıb İrəvanda gizlənən seperatçılar isə özlərini gündəmdə saxlamaq üçün revanşist çıxışlara yer verirlər. Bu xəyalpərəst toplum hələ də hansısa dövlətin onları yenidən Qarabağa qaytaracağına ümid bəsləyir. Ancaq regionda əsas söz sahibi Azərbaycandır. Rəsmi Bakı tələsik sülhə razı deyil. Sərhəddə baş verən son təxribatlar, Ermənistan ordusunun davamlı atəşkəsi pozması da göstərir ki, Azərbaycan tərəfi tamamilə haqlıdır. Paşinyan hökuməti revanşist qüvvələrə getdikcə boyun əyir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Mart 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri