Icma.az
close
up
RU
Ermənistanda təşviş: Rusiya bazasına hər gün silah dolu təyyarələr enir

Ermənistanda təşviş: Rusiya bazasına hər gün silah dolu təyyarələr enir

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasına hərbi texnika və sursat daşınması intensivləşib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, demək olar ki, hər gün bazaya hərbi yüklə dolu bir neçə təyyarə enir. Hələlik bu tədarüklərin dəqiq məqsədi açıqlanmasa da, bir sıra fərziyyələr irəli sürülür. İddialardan birinə əsasən, Moskva bölgədə mümkün geosiyasi dəyişikliklərə qarşı hazırlıq görür.

Qəzetin yazdığına görə, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin məsələyə dair rəsmi açıqlama verməkdən çəkinir.

Xatırladaq ki, daha əvvəl Ukrayna mediası ölkənin hərbi kəşfiyyatına istinadən Rusiya tərəfinin Gümrüdəki bazaya əlavə canlı qüvvə və texnika cəlb etdiyini bildirmişdi. Kəşfiyyatın məlumatına əsasən, Kreml bu addımla Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqləri artırmağı hədəfləyir.

Qeyd edək ki, 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və Rusiya ilə Ermənistan arasında bağlanan müqaviləyə əsasən fəaliyyət göstərir. 2010-cu ildə sabiq Rusiya prezidenti Dmitri Medvedevin İrəvana səfəri zamanı sazişin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.

Son vaxtlar Ermənistan hakimiyyətinin bu bazanın fəaliyyətinə son qoymağı planlaşdırdığına dair xəbərlər də mətbuatda yer almışdı.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri