Icma.az
close
up
RU
Ermənistandakı seçkilərə Rusiya təhlükəsi Paşinyan Avropa İttifqından dəstək istəyir

Ermənistandakı seçkilərə Rusiya təhlükəsi Paşinyan Avropa İttifqından dəstək istəyir

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Avropa İttifqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ermənistan 2026-cı il parlament seçkiləri ərəfəsində zərərli xarici təsirlərə qarşı mübarizə üçün Moldovaya göstərilənə bənzər dəstək istəyib. 

Moldova 2025-ci ilin sentyabrında keçirilən seçkilər öncəsi Rusiya mənşəli dezinformasiya fonunda Aİ-dən kibertəhlükəsizlik, qeyri-qanuni maliyyə axınları və xarici informasiya manipulyasiyasına qarşı “hədəfli dəstək” almışdı.

Gununsesi.info xəbər verir ki,  Kallas bu barədə mətbuata açıqlamasında bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan isə bildirib ki, Aİ ilə hibrid təhdidlərə qarşı əməkdaşlıq yeni deyil və tərəfdaşlıq çərçivəsində demokratik və iqtisadi dayanıqlığın gücləndirilməsinə yönələn təşəbbüslər hazırlanır.

Onun sözlərinə görə, seçki proseslərinin demokratik standartlara uyğunluğunu təmin etmək üçün Aİ-nin dəstəyi də nəzərdə tutulur və qərarlar qəbul edildikdən sonra ictimaiyyət məlumatlandırılacaq.

Dekabrın əvvəlində Aİ və Ermənistan yeni strateji gündəliyini imzaladıqdan sonra Kallas hibrid təhdidlərin mənbəyi kimi “Rusiya və onun proksilərini” göstərib və Moldovada istifadə olunan eyni şəbəkələrin Ermənistanda da fəallaşdığını deyib.

XİN rəhbəri Ararat Mirzoyan Aİ Xarici İşlər Şurası çərçivəsində keçirilən görüşdən sonra Ermənistan-Aİ tərəfdaşlığında iqtisadiyyat, dayanıqlıq və təhlükəsizlik, o cümlədən hibrid təhdidlərin müzakirə edildiyini bildirib. Rəsmi Yerevan konkret ölkə adlarını çəkməsə də, son aylarda fakt-yoxlayıcılar Kremlə bağlı, eləcə də Türkiyə və Azərbaycan mənbələrindən dezinformasiyanın artdığını qeydə alıblar.

Bu ilin əvvəlində “Vedomosti” qəzeti Rusiya Prezident Administrasiyasının müavini Sergey Kiriyenkonun 2026 seçkiləri öncəsi Ermənistanda “yumşaq güc” vasitəsilə Rusiya maraqlarını irəli aparmaqla vəzifələndiriləcəyini yazmışdı. Qəzet mənbələri Moskvanın səylərinə baxmayaraq, baş nazir Nikol Paşinyanın yenidən qalib gələcəyini “ehtimal etdiklərini” qeyd ediblər.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri