Icma.az
close
up
RU
Ermənistanı güclü erməni diasporu saxlayır, Azərbaycan diasporu da Azərbaycandan umur…

Ermənistanı güclü erməni diasporu saxlayır, Azərbaycan diasporu da Azərbaycandan umur…

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası son 30 ildə böyük miqrasiya ilə üzləşib. Azərbaycanda sosial və iqtisadi transformasiya prosesi 1985-ci ildən sonra başladı. Birinci Qarabağ müharibəsi başlamışdan əvvəl 1988-ci ildə azərbaycanlılar öz yurd yuvalarından deportasiya edildilər. SSRİ dağılandan sonra da Azərbaycanda mühacirət baş verdi. Kütləvi əmək mühacirətinin başlanması 1995-ci ilə təsadüf edir. Əmək miqrantlarının çox hissəsi Rusiyaya doğru gedirdi. ABŞ, Almaniya və Türkiyəyə yaşamaq üçün gedənlər də vardı. Bu da o deməkdir ki, Azərbaycan diasporunun yaşı çox azdır.

Bu gün 50 milyona yaxın azərbaycanlının 10 milyonu xaricdə yaşayır və Azərbaycan diasporunu təşkil edir. Dünyanın 5 qitəsində yaşayan vətəndaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətləri yaşadıqları ölkələr kimi bir-birindən fərqlənir. Son zamanların statistik məlumatlara görə, Azərbaycanlıların sayı Türkiyə və Rusiyada milyonlarla, Ukrayna, Belarus, Almaniya və Böyük Britaniyada yüz minlərlə, Norveç, Danimarka, İsveç, Macarıstan, Fransa və İtaliyada on minlərlə, Polşa, İspaniya, Avstriya, Albaniya, Finlandiya və Portuqaliyada minlərlədir. Digər ölkələrdə də azərbaycanlılar yaşayır, ancaq onların sayı azdır. Bu gün “Azərbaycan diasporu zəifdir” sözünü tez-tez eşidirik. Bunun üçün sözün əsl mənasında ciddi səbəblər də var.

Çox vaxt Azərbaycan diasporu erməni diasporu ilə müqayisə edilir və erməni diasporunun daha güclü olduğu qeyd edilir. Bu da acı həqiqətdir. Bu gün Ermənistanı sözün əsl mənasında Qərbdə aktiv fəaliyyətdə olan erməni diasporu saxlayır. Erməni diasporu o qədər güclüdür ki, hətta verilən siyasi qərarlara təsir edə bilir, deputatları və siyasətçiləri Azərbaycanın əleyhinə ayağa qaldıra bilirlər. Buna dəfələrlə şahid olmuşuq. Səbəb budur ki, Sovet İttifaqı dağılana qədər Qərbdə erməni diasporu olub. Ermənilər Qərb ölkələrində biznes və mədəniyyətə səmərəli şəkildə inteqrasiya edə bilib, eyni zamanda güclü və nüfuzlu mövqelər əldə edə biliblər. Etiraf etməliyik ki, burada dinin də böyük rolu olub. Ermənilər xristiandır və bütün xristian dünyası hər zaman qapılarını onların üzünə açıb. Qondarma soyqırımlarla ermənilər digər xristian ölkələrində özlərinə yer edə biliblər. Maraqlısı budur ki, bütün xristian dünyası erməniləri hər zaman “məzlum” xalq kimi tanıyıb. Erməni diasporu bu səbəblə güclənib və eyni zamanda qondarma erməni soyqırımın tanınması üçün əhəmiyyətli resurslar, maliyyə və insan kapitalı sərf edilib.

Ermənilərin Qərb ölkələrində güclü olması onları informasiya məkanında da güclü etdiyi üçün qondarma məlumatları tirajlamaq da onlar üçün daha asandır. Qərb ölkələrində gizli də olsa, açıq da olsa bir xristian həmrəyliyi var ki, ermənilər də bundan səmərəli şəkildə istifadə edə biliblər. Azərbaycan diaporu Sovet İttifaqı dağılandan sonra Qərb ölkələrinə çıxış əldə edə bilib. Məsələn; bu gün Azərbaycan ekspertləri və alimləri ermənilər tərəfindən uydurulan “Azərbaycanın Ermənistana təcavüzü” yalanına görə ciddi problemlərlə üzləşirlər. Çox vaxt öz perspektivlərini əldə etməkdə çətinlik çəkirlər.

2020-ci il 44 günlük müharibə dövründə də erməni diasporu Azərbaycanı mənfi işıqlandırmaq üçün xeyli səy və resurslar xərclədi. Buna bütün dünya şahiddir. Azərbaycanlıların etnik təmizləmə aparması ittihamı dillərdən düşmür, tirajlanırdı. Jurnalistikada “hər iki tərəfin mövqeyi öyrənilməldir”, qaydası olsa da, bu dövrdə bütün məlumatlar, yalan maşını Azərbaycanı təcavüzkar ölkə kimi tanınmasına çalışır, xidmət edirdi.

10 noyabrda “üçtərəfli saziş” imzalandı, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanması üçün danışıqlara başlanıldı, hələ də işğal altında qalan torpaqlarımız könüllü şəkildə geri qaytarılacaqdı. Amma bu vəd yerinə yetirilirmirdi. Çünki erməni diasporu Ermənistanın daxili siyasətinə birbaşa müdaxilə edəcək gücdə idi. 2023-cü ildə 19-20 sentyabr 1 günlük lokal antiterror tədbirlərində geridə qalan torpaqlarımız və Qarabağ düşmən tapdağından tam azad edildi. Bu hadisə erməni diasporunun fəaliyyətinə də böyük zərbə idi. Qarabağda yüzminlərlə erməninin yaşadığı iddia edilir, azərbaycanlıların etnik təmizləmə apardığı Qərb mediasında işıqlandırılırdı. Halbuki, biz qalib ölkə olmağımıza baxmayaraq, beynəxlaq hüquq sisteminin norma və qaydalarına əməl etməyimizə baxmayaraq və ən əsası BMT-nin 4 qətnaməsini öz gücümüzə reallaşdırmağımıza baxmayaraq, ermənilərə divan tutmamışdıq. Onlara su, çörək paylanır və ermənilər yenə də erməni diasporunun əmri, tələbi əsasında bölgədən könüllü şəkildə ayrılırdı. Bu da bir siyasət idi. Qərb ölkələrində olan erməni diasporunun Qarabağdan çıxan ermənilər üçün qaçqın statusu almaq siyasəti…

Azərbaycan və erməni diasporunun fərqli gücləri haqqında çox danışmaq olar. Məsələnin tək bir maraqlı tərəfini diqqətə çatdırmaq istəyirəm, yuxarıda da qeyd etdiyim kimi “Ermənistanı erməni diasporu saxlayır, Azərbaycan diasporu Azərbaycandan umur”…

Azərbaycan, qan bahasına düşmən işğalından azad etdiyi torpaqlarını bərpa etməlidir. Qarşıda görüləcək böyük işlər var…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri