Ermənistanı hədələdi, İrəvanın cavabı gecikmədi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu KTMT-nin keçmiş Baş katibi Nikolay Bordyuja deyib.
Onun sözlərinə görə, KTMT-yə hazırda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Təşkilatın nizamnaməsində bu nəzərdə tutulmasa da, Ermənistan 2024-cü ildə üzvlüyünü dondurduğunu elan etdi və üzvlük haqqını ödəməyi dayandırıb.
N.Bordyujanın fikrincə, İrəvan KTMT-dən özü çıxsa daha yaxşı olardı, əgər özü bunu etmirsə Ermənistanı KTMT-dən tamamilə çıxarılmalıdır.
"Mən onları qovardım. Onlar üzvlük haqlarını ödəmirlər və təşkilatın işində iştirak etmirlər. Ciddi desəm, əgər ciddi tərəfdaşlardırsa, sadəcə çıxıb getməlidirlər. Amma onlar ikiüzlü olduqları üçün qovulmalıdırlar. Çünki onlar nə təşkilatdan çıxırlar, nə işləmək, nə də fəaliyyətində iştirak etmək istəyirlər”, - o bildirib.
İrəvanın KTMT-nin keçmiş baş katibi Nikolay Bordyujanın Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı fikirlərinə reaksiyası gecikməyib. Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan deyib ki, ölkəsi bu təşkilatda iştirakını çoxdan dayandırıb.
“Üzvlüyümüzü dondurduq. Ümumiyyətlə digər üzvlərin və ya Baş Katibliyin belə bir şərh vermək səlahiyyətinə nə qədər malik olduğunu bilmirəm. Bu, boş yerədir. Biz mövqeyimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağı düşünmürük", - nazir vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 Oktyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















