Icma.az
close
up
RU
Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır Vüqar Rəhimzadə

Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır Vüqar Rəhimzadə

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsini həzm edə bilməyən Ermənistan və ona havadarlıq edən dövlətlərin ölkəmizə qarşı müxtəlif planlar hazırladıqları atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu reallıq inkaredilməzdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin ilk günündən Fransa kimi  dünyaya “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışan, amma özləri bu prinsipləri maraqlarına uyğun kobud şəkildə pozan dövlətlər Ermənistanı açıq-aşkar silahlandırmaları ilə diqqətdə oldular. Bütün hallarda məqsəd regionda vəziyyəti gərginləşdirmək, gündəmdə olan sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaqdır. Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə gündə bir arxa, dayaq axtarışına çıxması hər zaman yeni planların çızılmasına, vəziyyətin  gərginləşməsinə gətirib çıxarır.  Mühüm reallıqlardan biri Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin qarantı olması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifi etməsidir. Lakin hazırda sülh müqaviləsinin imzalanması üçün imkanlar mövcud olsa da Ermənistan yeni dəstəkçilərinin  himayədarlığı ilə ölkəmizə qarşı yeni müharibəyə hazırlaşır".

 Bu fikirləri Milli Məclisin deputatı Vüqar RəhimzadəModerator.az-a açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsi mövcuddur. Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması və yeni müharibəyə hazırlaşması diqqətdən kənarda qala bilməz. Bugünümüzün reallıqları bizə 30 illik işğal dövrünü yada salmağa çağırış edir. İşğalçı dövlətin himayədarları dəstəkləri ilə  keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına gətirib çıxardılar. Zamanında Ermənistana bu dəstəklər olmasaydı, ədalət və beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozduğuna, BMT qətnamələrinə məhəl qoymadığına görə işğalçıya təzyiqlər göstərilsəydi 44 günlük Qarabağ müharibəsi baş verməzdi. Ermənistanın imitasiya naminə danışıqlara qatılması bu güclərin dəstəklərinin nəticəsi idi. İşğalçı dövlət bununla yeni ərazilər uğrunda müharibə planı hazırlamaq üçün vaxt qazandı. Təbii ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun  belə sürətli əks-hücum əməliyyatı ilə üz-üzə qalacağını düşünmürdülər. 44 günlük İkinci Qarabağ müharibəsi nahaq yerə həqiqət anı kimi dəyərləndirilmir. İkinci Qarabağ müharibəsində bir daha kimin ədalətin, haqqın, kimin işğalçı dövlətin tərəfində olduğu  açıqlandı. Tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrə rəşadətli ordumuzun verdiyi dərslər də bəllidir. Hadisələrin gedişi ötən ilin sentyabr ayında birgünlük antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Prezident İlham Əliyevin çıxışlarında da bu çağırış əsas yer tutur ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsini, lokal antiterror tədbirlərini unutmasınlar.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa istiqamətə  yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır.

Milli Məclisin deputatı onu da qeyd edib ki, yeni müharibə planında  Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.  Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın silahlanması, Fransanın təcavüzkara silah verməsi, Hindistandan silah alınması, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək niyyəti işğalçının və onun himayədarlarının müharibə planlarından xəbər verir. Bununla yanaşı, Avropa İttifaqının  Ermənistanda hərbi missiyası, Qərbin Azərbaycan Ordusunun, hərbi hissələrimizin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də hazırkı dövrün reallıqları sırasındadır. Vəziyyətin bu şəkildə davamı regionda vəziyyətin gərginləşməsinə aparır. Dünyada və bölgədə sülhün, təhlükəsizliyin tam  təmin edilməsinə, davamlı inkişafa biganə yanaşan bəzi güclər nə zamanədək ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədəcəklər, ikili standartlara əsaslanan siyasətlərindən əl çəkməyəcəklər,  bu gərginliklər mütəmadi baş verəcək. Məhz buna görə də Azərbaycanın qazandığı uğurlarla kifayətlənməyib daim irəli baxması, dövlətimizin başçısı İlham Əliyevin “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” çağırışı ölkəmizə qarşı müxtəlif planlar hazırlayan  bəzi güclərə  ciddi mesajdır. Ölkəmizin tarixi Zəfərə, suverenliyinin tam bərpa edilməsinə nail olmasına baxmayaraq hərbi qüdrətimizin artırılması bu gün də əsas prioritetdir. Dövlətimizin başçısının bu çağırışını da xatırlatmaq istərdik: “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri