Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır

Vüqar Rəhimzadə: Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsini həzm edə bilməyən Ermənistan və ona havadarlıq edən dövlətlərin ölkəmizə qarşı müxtəlif planlar hazırladıqları atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu reallıq inkaredilməzdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin ilk günündən Fransa kimi  dünyaya “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışan, amma özləri bu prinsipləri maraqlarına uyğun kobud şəkildə pozan dövlətlər Ermənistanı açıq-aşkar silahlandırmaları ilə diqqətdə oldular. Bütün hallarda məqsəd regionda vəziyyəti gərginləşdirmək, gündəmdə olan sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaqdır. Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə gündə bir arxa, dayaq axtarışına çıxması hər zaman yeni planların çızılmasına, vəziyyətin  gərginləşməsinə gətirib çıxarır.  Mühüm reallıqlardan biri Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin qarantı olması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifi etməsidir. Lakin hazırda sülh müqaviləsinin imzalanması üçün imkanlar mövcud olsa da Ermənistan yeni dəstəkçilərinin  himayədarlığı ilə ölkəmizə qarşı yeni müharibəyə hazırlaşır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsi mövcuddur. Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması və yeni müharibəyə hazırlaşması diqqətdən kənarda qala bilməz. Bugünümüzün reallıqları bizə 30 illik işğal dövrünü yada salmağa çağırış edir. İşğalçı dövlətin himayədarları dəstəkləri ilə  keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına gətirib çıxardılar. Zamanında Ermənistana bu dəstəklər olmasaydı, ədalət və beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozduğuna, BMT qətnamələrinə məhəl qoymadığına görə işğalçıya təzyiqlər göstərilsəydi 44 günlük Qarabağ müharibəsi baş verməzdi. Ermənistanın imitasiya naminə danışıqlara qatılması bu güclərin dəstəklərinin nəticəsi idi. İşğalçı dövlət bununla yeni ərazilər uğrunda müharibə planı hazırlamaq üçün vaxt qazandı. Təbii ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun  belə sürətli əks-hücum əməliyyatı ilə üz-üzə qalacağını düşünmürdülər. 44 günlük İkinci Qarabağ müharibəsi nahaq yerə həqiqət anı kimi dəyərləndirilmir. İkinci Qarabağ müharibəsində bir daha kimin ədalətin, haqqın, kimin işğalçı dövlətin tərəfində olduğu  açıqlandı. Tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrə rəşadətli ordumuzun verdiyi dərslər də bəllidir. Hadisələrin gedişi ötən ilin sentyabr ayında birgünlük antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Prezident İlham Əliyevin çıxışlarında da bu çağırış əsas yer tutur ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsini, lokal antiterror tədbirlərini unutmasınlar.
Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa istiqamətə  yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır.
Milli Məclisin deputatı onu da qeyd edib ki, yeni müharibə planında  Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.  Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın silahlanması, Fransanın təcavüzkara silah verməsi, Hindistandan silah alınması, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək niyyəti işğalçının və onun himayədarlarının müharibə planlarından xəbər verir. Bununla yanaşı, Avropa İttifaqının  Ermənistanda hərbi missiyası, Qərbin Azərbaycan Ordusunun, hərbi hissələrimizin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də hazırkı dövrün reallıqları sırasındadır. Vəziyyətin bu şəkildə davamı regionda vəziyyətin gərginləşməsinə aparır. Dünyada və bölgədə sülhün, təhlükəsizliyin tam  təmin edilməsinə, davamlı inkişafa biganə yanaşan bəzi güclər nə zamanədək ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədəcəklər, ikili standartlara əsaslanan siyasətlərindən əl çəkməyəcəklər,  bu gərginliklər mütəmadi baş verəcək. Məhz buna görə də Azərbaycanın qazandığı uğurlarla kifayətlənməyib daim irəli baxması, dövlətimizin başçısı İlham Əliyevin “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” çağırışı ölkəmizə qarşı müxtəlif planlar hazırlayan  bəzi güclərə  ciddi mesajdır. Ölkəmizin tarixi Zəfərə, suverenliyinin tam bərpa edilməsinə nail olmasına baxmayaraq hərbi qüdrətimizin artırılması bu gün də əsas prioritetdir. Dövlətimizin başçısının bu çağırışını da xatırlatmaq istərdik: “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see196

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see174

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see130

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see120

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri