Ermənistanın ABŞ dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyan saxlanılıb.
APA “Armlur”a istinadən xəbər verir ki, səfirin qardaşı qanunsuz narkotik saxlamaqda şübhəli bilinərək tutulub.
Məlumata görə, Mkrtiç Mkrtçyan ötən gecə Parakarda narkotik və silahla saxlanılıb. Jurnalist Suzi Badoyanın sözlərinə görə, Mkrtiç Mkrtçyanın ciblərində kiçik narkotik paketləri tapılıb. Səfirin qardaşında narkotiklə bərabər silah da aşkarlanıb.
Ermənistan Daxili İşlər Nazirliyi hələlik məsələni şərh etməyib.
Qeyd edək ki, bir müddət əvvəl Lilit Makunts Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Makuntsun yerinə isə Narek Mkrtçyan Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib. Narek Mkrtçyan daha əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 04 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















