Icma.az
close
up
RU
Ermənistanın “Arpaçay” planı haqda SENSASİYA: Naxçıvanı susuz qoymaq üçün nələr edilib və SSRİ büdcəsindən milyonlar necə silinib? KONKRET

Ermənistanın “Arpaçay” planı haqda SENSASİYA: Naxçıvanı susuz qoymaq üçün nələr edilib və SSRİ büdcəsindən milyonlar necə silinib? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bütün dövrlərdə Ermənistan Azərbaycana qarşı təxribatlar törədib. Bir neçə dəfə Dağlıq Qarabağı və Naxçıvanı Ermənistana birləşdirmək üçün SSRİ rəhbərliyinə müraciət edən ermənilər istəklərinə nail ola bilməyəndə, başqa yollara əl atmağa başlayıblar. Onlar Azərbaycana iqtisadi sahədə zərbə vurmaq üçün yollar axtarıblar. Bunun üçün Ermənistan ərazisindən axan bol sulu çayların məcarasını dəyişmək və Azərbaycanın rayonlarını susuz qoymaq planı üzərində iş aparıblar. Əsas plan Naxçıvan Muxtar Respublikasının əkin sahələrinin suvarılmasında geniş istifadə edilən, mənbəyini Basarkeçər dağ silsiləsindən götürən Arpaçayın istiqamətini dəyişmək idi. Çayın suyunu Azərbaycan ərazisinə buraxmamaq üçün xüsusi layihə hazırlanırdı. Bu meqalayihənin tikintisi milyardlarla manat tələb etdiyindən növbəti plan üzərində düşünmək, SSRİ rəhbərliyini razı salmaq lazım idi. Nəticədə bu planları da baş tutdu və SSRİ rəhbəri Nikita Xruşovu Arpaçayı Göyçə gölünə axtmağı razı sala bildilər.

Beləliklə, Ermənistan rəhbərliyi Azərbaycana qarşı iqtisadi sabotajlarını həyata keçirtməyə başladı. Naxçıvanı suvarma suyu ilə təmin edən Arpaçayı Azərbaycana axmayacaqdı. Bunun üçün SSRİ büdcəsindən milyardlarla vəsait ayrılmışdı. Arpa-Sevan tunelinin yaradacağı təhlükəni hesablayan Azərbaycan rəhbərliyi adekvat tədbir görməyə başladı. 1977-ci ildə Şərur rayonu ərazisində Arpaçay su anbarının tikintisinə start verildi. Bu, iki Sovet respublikasının iqtisadi mübarizəsi idi. Biri suyu kəsir, digəri qabaqlayıcı tədbirlər görürdü.

Keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov KONKRET.az-a açıqlamasında həmin tarixi yaxşı xatırladığını deyir və bildirir ki, Arpa-Sevan tunelinin tikintisi Ermənistanın Azərbaycana qarşı iqtisadi təsir mexanizmlərindən biri idi:

“Mən çox gənc yaşlarımda bu tunelin tikintisi gedən ərazilərdə yaşamışam və hətta onun dərinliklərində ola bilmişəm. Həqiqətən bu nəhəng bir layihə idi. Uzunluğu 126 km olan Arpaçayı başlanğıcını Basarkeçər dağ silsiləsində Cermuk şəhərindən 12 km şimal-şərqdə, 2.985 metr hündürlükdə yerləşən zirvədən götürür. Çay əsasən yeraltı sular, qar və qismən də yağış suları ilə qidalanır. Çayın suyundan onun axdığı ərazilər boyunca suvarmada geniş istifadə edildiyindən yayda çayın suyu o qədər azalır ki, hətta Araz çayına gəlib çatmır. Ermənilər tarix boyu əllərində olan bütün imkanlardan istifadə edərək Azərbaycana zərbə vurmağa çalışıblar. Sırada isə Arpaçayının suyunu kəsmək planı var idi və buna da nail oldular. 1961-ci ildə Sovetlər İttigaqının başında dayanan Nikita Xruşovun Ermənistana səfərini təşkil edib bu ağıldan kəm və içki aludəçisinə “Sevan gölü quruyur və bu göldə olan balıqlar bir müddətdən sonra məhv olacaq”, deyib onu bu fakta inandıra bilmiş və Arpaçayından Göycə gölünə su axıtmaq məqsədilə tunel çəklişinə razılıq almışdılar. Nəhayət, 1980-ci ildə 48.6 km uzunluğundakı tunelin tikintisi başa çatdı və Arpaçayının suyu tunel vasitəsilə Göyçə gölünə axıdılmağa başladı. Lakin çox az keçməmiş göldə yaşayan balıqlar məhv oldu. Bundan sonra hadisənin səbəblərini araşdmağa qalxan mütəxəssislər müəyyən etdilər ki, tunelin çəkildiyi ərazilərdə mövcud olan zəhərli maddələr Göyçə gölünə daxil olaraq oradakı balıqları məhv edir. Bundan sonra tunel öz fəaliyyətini bir müddət dayandırdı. Ermənilərin təhriki ilə reallaşdırılmış bu avantürüst layihəyə Sovetlər İttifaqının büdcəsindən milyardlarla manat vəsait xərcləndi. Arpaçayının Naxçıvan ərazisində kənd təsərrüfatının inkişafında rolu danılmazdır. Bu səbəbdən 1977-ci ildə Şərur rayonu ərazisində çayın üzərində su tutumu 150 mln. m³ olan Arpaçay su anbarı tikildi. Ermənilər bu anbara lazım olan səviyyədə suyun yığılmaması üçün bu gün də təxribatlar edirlər. Onlar xüsusilə də yay aylarında güclü su motorları vasitəsilə Arpaçayının Ermənistan ərazilərindən keçən hissələrində çayın suyunu dərələrə axıdırlar ki, su Arpaçay su anbarında toplana bilməsin”.

Ermənistan Azərbaycana qarşı təkcə ərazi iddiaları irəli sürməyib. Onların planlarında biri də ölkəmizi iqtisadi cəhətdən zəiflətmək idi. Bu işdə Ermənistana əsas dəstək verən isə SSRİ rəhbərliyi olub. Ermənistan SSRİ-də dotasiya hesabına yaşasa da, ərazisində fəyəri milyardlarla manatlıq meqalayihə həyata keçiririlib. Əslində Ermənistan üçün heç bir iqtisadi səmərə verməyən Arpa-Sevan tunelinin tikintisində əsas məqsəd Naxçıvan Muxtar Respublikasını susuz qoymaq idi. Hətta Dərələyəz ərazisindən axan ən kiçik çayları belə xüsusi vasitələr hesabına tunelə yönəldilir və öz məkrli planlarını həyata keçirirdilər. Deməli, ermənilərin xislətində qonşu xalqlara qarşı xüsusi düşmənçilik tarixən olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri