Icma.az
close
up
RU
Ermənistanın atəşkəs pozuntusu və yeni mexanizm tələbi: nələr baş verəcək?

Ermənistanın atəşkəs pozuntusu və yeni mexanizm tələbi: nələr baş verəcək?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozub.

Belə ki, Ermənistan Ordusunun bölmələri aprelin 30-da günorta saatlarında Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Qədəbəy rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəfin təxribatına cavab olaraq Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Rəsmi Bakı bu cür insidentlərin Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu və bölgədə sülhə və sabitliyə ciddi təhdid yaratdığını bəyan edir. Son aylar ərzində Ermənistan tərəfinin bu istiqamətdə təxribatlarının artması, həmçinin beynəlxalq platformalarda özünü "sülh tərəfdarı" kimi təqdim etməyə çalışması Azərbaycan cəmiyyətində və ekspert dairələrində ciddi suallar doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Ermənistan tərəfi hər dəfə Azərbaycanla şərti sərhəd zolağında atəşkəsi pozduqdan sonra rəsmi Bakıya müraciət edərək atəşkəsin pozulmasını monitorinq edən xüsusi mexanizmin yaradılmasını tələb edir.

Tural Gəncəliyev: Hazırda Ermənistan və Azərbaycan arasında komissiya fəaliyyət göstərir

Deputatın sözlərinə görə, bu çağırışların arxasında Avropa İttifaqının bölgədə fəaliyyət göstərən "müşahidə missiyası" dayana bilər:

“Avropa İttifaqının müşahidə missiyası və onlara dəstək verən qüvvələr çalışırlar ki, Azərbaycanın Cənubi Qafqaz siyasətini məhdudlaşdırsınlar. Onlar guya ‘mexanizm’ adı altında Azərbaycanın bölgəyə dair siyasətini müəyyən çərçivəyə salmaq istəyirlər. Halbuki, belə bir mexanizmə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan və Azərbaycan arasında birgə sərhədin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyət göstərir”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri