Icma.az
close
up
RU
Ermənistanın Azərbaycan Konstitusiyasını gündəmə gətirməsi faydasız cəhddir BMTM rəhbəri

Ermənistanın Azərbaycan Konstitusiyasını gündəmə gətirməsi faydasız cəhddir BMTM rəhbəri

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Paşinyanın çıxışında ümumən narrativin münaqişə yox, sülhlə bağlı olması müsbət haldır. Bununla belə, burda bəzi qarışıq məqamlar var: Ermənistan Konstitusiyasında (preambula vasitəsilə Müstəqillik Bəyannaməsinə) “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi”nə istinad var".

525.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistanın Baş naziri Nikol Paşinyanın normallaşma prosesi ilə bağlı səsləndirdiyi son fikirlərlə bağlı şərhində deyilir.

BMTM-nin rəhbəri qeyd edib ki, oxşar presedentlə Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı beynəlxalq təcrübə mövcuddur: “Məsələn, dəfələrlə qeyd olunduğu kimi, Böyük Britaniya ilə məsələni yoluna qoymaq məqsədilə 1998-ci ildə İrlandiya referendum keçirdi. Qeyd edək ki, İrlandiya nümunəsində referendum keçirmək öhdəliyi sülh sazişində aydın şəkildə öz əksini tapıb və ölkə sazişi imzaladıqdan sonra bir ay ərzində referendumu reallaşdırıb. Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi layihəsində belə bir bənd yoxdur, çünki Ermənistan tərəfi belə bir maddənin mətnə salınmasına qarşı çıxıb. Əvəzində sadəcə daxili qanunvericiliklə bağlı qeydlər var və bu da  problemi tam həll etmir.

Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan Konstitusiyasının gündəmə gətirilməsi faydasız cəhddir. Azərbaycan Konstitusiyasında və ya Müstəqillik Bəyannaməsi kimi hər hansı digər sənəddə Ermənistan ərazisinə heç bir iddia yoxdur. 1918-1920-ci illərin birinci respublikasına istinad da əsassızdır. Eyni qaydada, Gürcüstanın Müstəqillik Bəyannaməsində 1918-1920-ci illərin ilk respublikasına istinad edilir. Həmin dövrdə Gürcüstan Ermənistanın indiki Lori bölgəsinə nəzarət edirdi. Ermənistan hakimiyyəti heç vaxt bununla bağlı narahatlığını bildirməyib”.

Fərid Şəfiyev bildirib ki, Ermənistan-Azərbaycan məsələsində müasir münaqişənin (1987-2023) səbəbi doğrudan da Qarabağdır:

“Bundan başqa, Ermənistan Konstitusiyasının/Bəyannaməsinin “Dağlıq Qarabağ”la bağlı bəndinin praktik tətbiqi var. Robert Köçəryan ikinci prezident seçiləndə (1998-ci il) Konstitusiya Məhkəməsi onun Azərbaycanın Qarabağ bölgəsində yaşamasını Ermənistan prezident seçkiləri üçün məqbul olaraq qəbul etmişdi. Çox sayda Ermənistanın başqa rəsmi sənədləri də var.

Belə bir referendum Şimali Makedoniyada olduğu kimi Ermənistanda da qeyri-populyar ola bilər, lakin rəsmi Skopye onu keçirdi və insanlar problemin həlli naminə müsbət səs verdilər.

Minsk Qrupuna gəlincə, Paşinyan və ətrafı onun rəsmi şəkildə ləğvi üçün ATƏT-də konsensus olmasının zəruriliyini vurğulamağı xoşlayır. Lakin bu yaxınlarda, 2024-cü ilin dekabrında Maltada ATƏT Nazirlər Şurasının iclasında təkcə Ermənistan deyil, Fransa, sonra isə ABŞ-də Bayden administrasiyası Minsk Qrupunun buraxılmasının əleyhinə çıxmışdı. Ona görə də tamamilə mümkündür ki, sabah bu qrupun ləğvi məsələsi yenidən gündəmə gəlsə, Ermənistanın müttəfiqləri konsensusun olmadığını əsas gətirərək, sadəcə olaraq, yenidən qərarın qarşısını alacaqlar. Bu, tipik siyasi oyundur. Buna görə də sülh müqaviləsi naminə Minsk Qrupu rəsmi olaraq ləğv edilməlidir.

Artıq verdiyim bəzi müsahibələrdə bildirmişdim ki, bütün bu addımlar gələcəyə hesablanaraq atılır. Ermənistan rəhbərliyi 10-20 il ərzində bu problemə geri dönmə ehtimalını az da olsa saxlamaq məqsədilə bəzi mexanizm və strukturları qorumaq istəyir. Minsk Qrupu mövcud olduğu müddətcə, faktiki olaraq qeyri-funksional olsa belə, o, “davam edən münaqişə” ilə məşğul olan struktur kimi qəbul ediləcək. Eyni məsələni Ermənistan Konstitusiyasına da şamil etmək olar: orada ərazi iddiaları kimi təfsir edilə biləcək müddəalar qaldıqca, bu, gələcəkdə münaqişəni yenidən alovlandıra biləcək əlavə spekulyasiyalar üçün potensial səbəb olacaq”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri