Icma.az
close
up
RU
Ermənistanın çirkləndirdiyi Azərbaycanın tranzit çayları üzərində su kanallarının tikintisi planlaşdırılır

Ermənistanın çirkləndirdiyi Azərbaycanın tranzit çayları üzərində su kanallarının tikintisi planlaşdırılır

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həkəri, Bərgüşad və Araz çayları üzərində yeni su kanallarının tikilməsi planlaşdırılır. Bu üç çay Azərbaycanın tranzit çayları hesab olunur. Ermənistan isə uzun illərdir bu çayları qanunsuz və ekoloji normaları pozan dağ-mədən sənayesi fəaliyyəti nəticəsində çirkləndirir. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva parlamentin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri və su ehtiyatlarının azalması kənd təsərrüfatına, xüsusilə ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir.

O bildirib ki, son illərdə qlobal istiləşmə və artan quraqlıqlar bitkilərin inkişafını ləngidir və məhsuldarlığa ciddi zərbə vurur:

“Bu, yalnız Azərbaycanın problemi deyil, qlobal ekoloji tarazlığın pozulmasının nəticəsidir. COP29 iqlim konfransı zamanı ərzaq təhlükəsizliyi əsas müzakirə mövzularından biri oldu”.

Deputat qeyd edib ki, yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması aqrotexniki tədbirlərə baxmayaraq məhsuldarlığı və məhsul keyfiyyətini aşağı salır. Hazırda suvarma suyuna tələbatın yalnız 20 %-i daxili ehtiyatlar hesabına ödənilir, qalan 80 %-i isə tranzit çaylardan asılıdır. .

P.Vəliyeva əlavə edib ki, su ehtiyatları 15–20 % azalıb və bu vəziyyət innovativ suvarma texnologiyalarının - xüsusən damcılı suvarma sistemlərinin - tətbiqini labüd edir: "Kiçik təsərrüfat sahiblərinin də bu sistemlərdən yararlanması vacibdir".

Deputat həmçinin 2025-ci il üçün Aqrar Subsidiya Şurası tərəfindən təsdiqlənmiş subsidiya mexanizminin açıqlandığını qeyd edib: "Subsidiyalar həm pul həm də məhsul şəklində verilir. Bitkiçilik sahəsində regionlar üzrə əkin, məhsul və toxum əmsalları, toxum və ting kvotaları üzrə əkin subsidiyası hazırda torpağın hektarına görə müəyyən edilib. Belə olan halda, məhsul oldu-olmadı dövlət vəsaiti xərclənir".

Onun sözlərinə görə, bəzi fermerlər eyni sahədən 5 ton, bəziləri 1 ton məhsul götürür, amma hər ikisi eyni miqdarda subsidiya alır: "Burada daha ədalətli yanaşma tətbiq edilməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri