Icma.az
close
up
RU
Ermənistanın dağıtdığı evinin kompensasiyasını Azərbaycandan tələb edən məcburi köçkünün HƏYASIZLIĞI…

Ermənistanın dağıtdığı evinin kompensasiyasını Azərbaycandan tələb edən məcburi köçkünün HƏYASIZLIĞI…

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bu ölkə iki müharibə yaşadı. Birinci müharibədə üzləşdiyimiz məğlubiyyəti ikinci müharibədə dəyişdirə, ərazi bütövlüyü və suverenliyimizi bərpa edə, Qarabağ yarasını sağalda bildik. Bunu Azərbaycan xalqı, bu xalqın ordusu və bu ordunun Ali Baş Komandanı İlham Əliyev etdi.
Birinci və ikinci müharibənin arasındakı üç onillik qədər müddətdə Azərbaycanın üzləşdiyi ən böyük humanitar problemlərdən biri məcburi köçkünlərlə bağlı idi. Evi, yurdu işğal edilərək dağılmış və bu işğal nəticəsində məcburi köçkün düşmüş yüz minlərlə insanın həyatını təmin etmək asan deyildi, xüsusilə müharibədən yeni çıxmış, iqtisadi imkanları məhdud bir ölkə üçün. Lakin dövlət bu problemin öhdəsindən layiqincə gəldi. Məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın ev və sosial müdafiə ilə təmin edilməsi reallaşdırıldı və torpaqlarımız işğalda olduğu dövrdə bu qayğı ildən-ilə daha da artdı. Ən əsası isə yurdlarını itirmiş bu insanların ümidsizliyə qapılmasına imkan verilmədi. 
Ali Baş Komandanın hər zaman dediyi kimi, bir gün torpaqlarımızın azad ediləcəyi ümidi daim saxlanıldı və nəhayət 2020-ci ilin 44 günlük Vətən savaşında bu hədəfə nail olduq. İndi azad olunmuş ərazilərə həyat qayıdır, yurdundan didərgin düşmüş vətəndaşlarımız üçün dövlət azad olunmuş torpaqlarda müasir standartlara uyğun evlər inşa edir. 
Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərimizi tək buraxmayan, daim onların qayğısına qalan dövlət ikinci Qarabağ müharibəsindən sonra da diqqətini onlardan əskik etmir.
Bu mənzərə fonunda Zəngilan rayon sakini Yaşar Cəfərov adlı birinin “müharibədə üzləşdiyim maddi və mənəvi zərəri dövlət kompensasiya olaraq ödəməlidir” deməsi həqiqətən absurd görünür. Təkcə ona görə yox ki, dövlət məcburi köçkünlərə bu müddətdə “kompensasiyadan” yüzlərlə dəfə çox vəsait ödəyib, həm də ona görə ki, Yaşar Cəfərovun evini, mülkini, yurdunu Ermənistan dağıdıb, o isə kompensasiyanı Azərbaycandan tələb edir.
Bu şəxs deyir ki, torpaqlar işğal ediləndə onun evi, mal-qarası, əkin sahəsi vardı, eyni zamanda, 30 il ərzində “bizə maddi-mənəvi ziyan” vurulub və bütün bunların hamısı kompensasiya olaraq dövlət tərəfindən verilməlidir. 
Birincisi, Yaşar Cəfərov da daxil olmaqla bütün məcburi köçkünlərin evini, yurdunu Ermənistan dağıdıb, mal-qarasını talayıb, Azərbaycan dövləti yox.
İkincisi, 30 il ərzində məcburi köçkünlərə maddi və mənəvi zərəri də Ermənistan vurub, Azərbaycan dövləti yox.
Üçüncüsü, Azərbaycan dövləti məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarının 30 il ərzində hər şeylə təmin edib, ev verib, sosial müdafiəsini təşkil edib, bir sıra imtiyazlar tanıyıb ki, yurdlarından, yuvalarından uzaq düşmüş bu insanlar əziyyət çəkməsin.
Yaşar Cəfərov adlı şəxs isə bütün bunları görməzdən gələrək, ona və bütün məcburi köçkünlərə maddi-mənəvi zərər vuran Ermənistandan yox, Azərbaycan dövlətindən şikayətlənir. Əslində, bu şəxsin sıradan fiqur olduğu, onun iddia və ittihamlarının məqsədyönlü şəkildə dövlətin işini kölgələmək məqsədi daşıdığı aydındır. Çünki bu şəxs 44 günlük müharibənin davam etdiyi vaxt da dövləti qaralayan çıxışlar edirdi, daha doğrusu, onu danışdırırdılar. Kimlərin danışdırdığı da sirr deyil, bunu Yaşar Cəfərovun çıxış etdiyi platformalara baxanda aydın görünür.
Həmçinin, bunu məcburi köçkün həyatı yaşamış, hazırda azad olunan torpaqlara qayıdan və qayıtmaq növbəsini gözləyən vətəndaşlarımız da yaxşı görür. Ona görə də Yaşar Cəfərovun bu çıxışına reaksiyalar kifayət qədər sərt və yerində oldu. İnsanlar onun ittihamlarını iyrənc və şəxsi mənfəət kimi qiymətləndirir, dövlətin son 30 ildə verdiyi dəstəyin kifayət qədər olduğunu bildirir, Yaşar Cəfərovu isə ədalətli və vicdanlı olmağa dəvət edirlər. Haqlıdırlar. Çünki Yaşar Cəfərovun iddiaları və ittihamlarının ünvanı Azərbaycan dövləti yox, Ermənistan olmalıdır. Ermənistanın törətdiyi əməllərə görə Azərbaycan dövlətindən “kompensasiya” tələb etmək, ümumiyyətlə bu məsələni şouya çevirmək həqiqətən də yumşaq desək, nankorluqdur və arxasındakı art niyyət aydın görünür. 
Bu bir məsələni yenidən aktuallaşdırdı. Qaçqın düşərkən itirdiyini dövlətdən tələb etmək, vuruşmaqdan, müharibə veteranı olmaqdan, şəhid ailəsi olmaqdan şəxsi mənfəət güdmək olmaz. Yaşar Cəfərovun yeganə məqsədi şəxsi mənfəət qazanmaqdır, onu ortaya atanlar isə dövlətə qarşı qarayaxma cəhdləri edir. Lakin bütün bu cəhdlər boşboğazlıqdan başqa bir şey deyil.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see276

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see249

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see221

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see207

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see202

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see184

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see150

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see147

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see144

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see141

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see138

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see136

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see135

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri