Ermənistanın dövlət borcu kəskin artdı Fantastik məbləğ KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın dövlət borcu martın 31-nə 5 trilyon 318 milyard dram təşkil edib ki, bu da 2024-cü ilin sonundakı göstəricidən 4,4% çoxdur. Dollar ifadəsində borc 5,8% artaraq 13,581 milyard dollara çatıb.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında maliyyə naziri Vahe Ovannisyan bildirib.
Nazir qeyd edib ki, dövlət borcunun artımı dövlət büdcəsində və ortamüddətli borc strategiyasında müəyyən edilmiş parametrlərə uyğundur. Bu sənədlər həm borclanmanın həcmini, həm də vəsaitlərin mənbələrini müəyyən edir.
Eyni zamanda, dövlət borcunun ÜDM-ə nisbəti ötən illə müqayisədə 0,1% azalıb.
O, həmçinin bildirib ki, daxili borcun payı 50%-ə çatıb. O, bunu müsbət nəticə hesab edir.
2024-cü ilin sonunda dövlət borcu təxminən 5 trilyon 93 milyard dram (təxminən 12,8 milyard dollar) təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















