Icma.az
close
up
RU
Ermənistanın əks hücum hiyləsi: Həsənov ayıq sayıq olun dedi Nə baş verir?

Ermənistanın əks hücum hiyləsi: Həsənov ayıq sayıq olun dedi Nə baş verir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan ordusunun bir müddətdir Azərbaycanla şərti sərhəddə hazırlıq gördüyünə dair yayılan məlumat və görüntülər narahatlıq doğurub.

Son günlərdə Tovuz rayonu istiqamətində mühəndis-istehkam işlərinin aparıldığı bildirilir. Ərazidə yeni atəş nöqtələrinin yaradıldığı, mövqelərdə təkmilləşdirmə işlərinin görüldüyü, kəşfiyyat üçün nəzərdə tutulmuş fortifikasiya qurğularının quraşdırıldığı və yeni alternativ yolların çəkildiyi müşahidə olunur.

Mövcud vəziyyətdə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun tapşırıqları diqqət çəkir. Nazir aprelin 5-də keçirilən müşavirədə Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub və döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Mövcud gərgin geosiyasi situasiyada İrəvanın hazırlığının məqsədi nədir?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Ermənistan tərəfi artıq uzun müddətdir təxribatçı addımlarını davam etdirir:

“Bu təxribatların əsas hədəfi Azərbaycanı əks-hücum əməliyyatına təhrik etməkdir. Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə, sülhdən yayınan, sürətli şəkildə hərbiləşdirilən, təxribatları davam etdirən Ermənistan və onun himayədarlarının bu məkrli niyyətləri daha aydın olur. İrəvanın sülh danışıqları ilə bağlı “çağırışları” da məhz natamam sülh müqaviləsinin imzalanmasını hədəfləyir.


Aytən Qurbanova

Erməni tərəfi bu yolla vaxt qazanaraq yeni hərbi qarşıdurma planı üçün hazırlıqları davam etdirə bilərdi. Amma Azərbaycanın qətiyyətli mövqeyi və konkret yanaşmaları qarşısında buna nail ola bilməyəcəklərini anladıqları üçün təxribatların intensivləşdirilməsi cəhdlərinin daha çox nəzərə çarpdığını müşahidə edirik. Xüsusilə də son günlərdə şərti sərhəddə atəşkəsin pozulması hallarının artması, yeni fortifikasiya qurğularının quraşdırılması və terror qruplaşmalarının üzvlərinin peyda olması narahatlıq yaradan məsələlərdir.

Təbii ki, Azərbaycan Ordusu bütün təhdidlərə adekvat və operativ cavab tədbirlərini mütləq həyata keçirəcək. Lakin Ermənistan növbəti dəfə regional təhlükəsizliyə ciddi təhdid yaradacaq addımları ilə əsl kimliyini ifşa etməyə davam edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri