Ermənistanın eks spikeri Alen Simonyan evlənir
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan parlamentinin bu yaxınlarda üçüncü dəfə evlənən sabiq sədri Alen Simonyan toy etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazır.
Məqalədə qeyd olunduğu kimi, təntənəli mərasim sentyabrın 5-də İrəvandakı restoranlardan birində nəzərdə tutulub.
Nəşrdə bildirilir ki, parlamentin eks-spikeri toya bütün siyasi "bomond"u dəvət edib, lakin əsas intriqa Simonyanın hazırkı "qəzəbə gəlməsi"ni nəzərə alaraq, ziyafətdə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak edib-etməyəcəyidir.
Simonyanın nişanlısı – siyasətçidən 20 yaş kiçik olan 26 yaşlı model Anelya Qubryandır. Fevral ayında nişanlanan cütlük, bir neçə ay sonra nikahlarını rəsmən qeydiyyata alıblar.
Ötən ilin yayında Simonyan Mariam Markaryandan boşanıb. Hələ o vaxt mətbuat onun gənc modellə romanı haqqında yazırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 12 Avqust 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















