Icma.az
close
up
RU
Ermənistanın gələcəyi Zəngəzur dəhlizinə bağlıdır

Ermənistanın gələcəyi Zəngəzur dəhlizinə bağlıdır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı deyib: 

“Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik”. 

Prezident vurğulayıb ki, Ermənistan da bundan ancaq fayda görər: 

“Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. 

Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”. 

Qeyd edək ki, Ermənistan uzun illərdir geosiyasi təcrid və nəqliyyat blokadası altındadır. Ölkənin əsas ticarət və nəqliyyat yolları ya bağlıdır, ya da məhdud imkanlarla fəaliyyət göstərir. Bu da faktiki olaraq Ermənistan iqtisadiyyatına mənfi təsir göstərərək, ölkəni dalana salır. 

Lakin Naxçıvan vasitəsilə İranın, Azərbaycan ərazisindən isə Rusiyanın dəmir yollarına çıxış əldə etmək imkanı rəsmi İrəvan üçün yeni perspektivlər açır. Bu bağlantılar Ermənistanı düşdüyü dalan vəziyyətindən çıxara və iqtisadi əlaqələrinin genişlənməsinə şərait yarada bilər. 

Bu baxımdan, Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Bu dəhlizin açılması Ermənistanın regional layihələrə inteqrasiyasını təmin edə və ticarət dövriyyəsinin artmasına da səbəb ola bilər. Yəni Ermənistan bu şansı dəyərləndirə bilsə, həm iqtisadi, həm də siyasi baxımdan qazanclı çıxacaq. Bu isə regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradar.
Politoloq Natiq Miri “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev növbəti dəfə gerçəkləri Ermənistan hakimiyyətinin diqqətinə çatdırdı: 

“Əvvəldən də deyildiyi kimi, Ermənistan işğalın başa çatmasından qazanclı çıxar. Zəngəzur dəhlizinin açılması da bu qazancı artıracaq. Zəngəzur dəhlizi açılandan sonra Ermənistan artıq Gürcüstan vasitəsilə dolayı yolla deyil, birbaşa Rusiyaya dəmir yolu xətti əldə edəcək. 

Yəni həm işlək avtomobil, həm də dəmir yolu xəttinə sahib olacaq. Kommunikasiya xəttinin əldə edilməsi İrəvanın geoiqtisadi maraqlarına uyğundur. 

Çünki Ermənistanın əsas bazarı üzvü olduğu Avrasiya İttifaqı dövlətləridir. Üstəlik, bu ticarətin 60 faizə qədəri Rusiya ilə aparılır. Rusiya ilə dəmir yolunun açılması Ermənistan üçün bazarın inkişafı və məhsulların çatdırılmasının tezləşdirilməsi imkanı yaradır”. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizi sayəsində Ermənistan özü də müəyyən mənada qovşağa çevrilir: 

“Çünki Sovet dönəmində mövcud olan SSRİ-İran dəmir yolu Ermənistandan keçməklə Naxçıvana gedirdi. Bu gün həmin dəmir yolunun bərpa edilməsi mümkündür. Bu isə o deməkdir ki, Ermənistan sadəcə Rusiyaya və MDB ölkələrinə dəmir yolu xətti qazanmır. Həmçinin, İrana, Hindistana və Cənub-Şərqi Asiyaya qədər yeni kommunikasiya sistemlərinə çıxış əldə edir”. 

Natiq Miri deyib ki, artıq Ermənistan üçün başqa yol qalmayıb: 

“Adıçəkilən ölkənin gələcəyi Zəngəzur dəhlizinə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də bu həqiqətləri söyləyir. Bu layihə faktiki olaraq Ermənistanın ərazi bütövlüyü, suverenliyi və iqtisadiyyatını dəstəkləyən layihədir. Ona görə də İrəvan hakimiyyəti İlham Əliyevin dedikləri həqiqətdən dərs çıxarmalıdır. 

Nəzərə almalıdırlar ki, Zəngəzur dəhlizi Ermənistanın gələcək inkişaf perspektivinə ciddi yol açır. Bundan sonra Ermənistanın hansısa bəhanələr gündəmə gətirməsi üçün yolu da qalmayacaq”.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Zəngəzur dəhlizi Azərbayan Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri