Ermənistanın hakim partiyası konstitusiya dəyişikliyinə hazırlaşır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ermənistanda hakimiyyətdə olan Vətəndaş Müqaviləsi Partiyası 2026-cı il seçkisində dəstək qazandığı halda, ümummilli referendum yolu ilə yeni konstitusiyanın qəbul olunması prosesinə başlayacaq".
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.
O bildirib ki, bu məqsədlə Vətəndaş Müqaviləsi Partiyası 2026-cı ildə keçiriləcək növbəti parlament seçkisində xalqa müraciət edərək, Ermənistanın idarə olunması üçün mandatını daha beş il uzatmaq və konstitusiya çoxluğunu formalaşdırmaq üçün dəstək istəyəcək.
"Seçkidə xalqın etimad səsini qazandıqdan sonra partiya ümummilli referendum yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi prosesinə başlayacaq", - deyə Paşinyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















