Icma.az
close
up
RU
“Ermənistanın KTMT dən tam olaraq çıxması hələ ki, mümkün deyil” Deputat

“Ermənistanın KTMT dən tam olaraq çıxması hələ ki, mümkün deyil” Deputat

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

@Ermənistan öz anlamında balanslaşdırılmış siyasət aparır. Əslində isə həm Avropa İttifaqı ilə münasibətlərini normal məcrada yürütmək istəyir, eyni zamanda, KTMT üzvüdür, Avrasiya İqtisadi İttifaqında təmsil olunur, Avropa İttifaqı ilə münasibətlərini normallaşdırmaq siyasəti aparır. Faktiki olaraq Rusiyaya bir şıltaqlıq nümayiş etdirməkdədir”.

Bu barədə 525.az-a Milli Məclsiin deputatı Arzuxan Əlizadə Ermənistanın KTMT ilə bağlı mövqeyini şərh edərkən bildirib.

Deputat deyib ki, vaxtilə Paşinyanı  hakimiyyətə gətirən Avropa və Qərb dairələri onun üzərinə Ermənistanı Rusiya təsirindən çıxartmaq öhdəliyini qoyub:

“Ermənistan bu istiqamətdə siyasət yürüdür. KTMT-dən birmənalı olaraq çıxmaq hələ ki, mümkün deyil. Ona görə də faktiki olaraq tədbirlərdə iştirak etməsə də, KTMT-nin üzvü olaraq qalmaqdadır. Görünür, Ermənistan əlverişli məqam axtarır ki, Rusiyaya arxa çevirib üzünü Qərbə doğru yönəltsin. Amma məsələ burasındadır ki, hələ də Rusiyadan asılılığı kifayət qədər yüksək səviyyədədir. Həm iqtisadiyyatı Rusiyadan asılıdır, eyni zamanda, Rusiyanın hərbi qüvvələri Ermənistan ərazisindədir. Məlum olduğu kimi, Rusiya ilə bununla bağlı 49 illik müqavilə var. Bütün bunlar Ermənistana tam olaraq KTMT-nın üzvlüyündən çıxmaq imkanlarını tanımır deyə, hələlik bu cür mövqe sərgilənir”.

Deputat xatırladıb ki, Emənistanın guya Rusiyadan, KTMT-dən incikliyi olduğu üçün belə davranır: “Söhbət 44 günlük müharibədən gedir. Amma əslində bu qurumda qayda belədir ki, üzv ölkələrdən birinin ərazisinə təcavüz edilərsə, digər ölkələr bu prosesə qoşulmuş olurlar. Ermənistan öz ərazisində müharibə aparmırdı. Müharibə Azərbaycan ərazisində gedirdi. Azərbaycan Ermənistan ərazisinə təcavüz etməmişdi. Ermənistan bizim ərazilərimizi işğal etmişdi və Azərbaycan öz ərazisində müharbə apararaq erməni qoşunlarını çıxarıb, işğala son qoydu. Ona görə də KTMT üzvləri heç bir halda bu prosesə qoşula bilməzdilər. Bu mənada Ermənistanın gətirdiyi bəhanə də əsassız idi”.

Ermənistanın KTMT-də qeyri-müəyyən fəaliyyətinin nə qədər davam edə biləcəyinə gəlincə, deputat xatırladıb ki, bu ölkə hələ də Rusiyanın təsiri altındadır, iqtisadiyyatı köklü sürətdə Moskvadan asılıdır:

“İstənilən halda Ermənistana Rusiyanın təsir etmək imkanları kifayət qədər yüksəkdir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracağı, Zəngəzur dəhlizinin açılacağı və artıq fəaliyyətə başlayacağı təqdirdə, bu asılılıqdan çox böyük ölçüdə qurtarmış olacaq. Görünür ki, o zamana qədər Ermənistanın hələ də ikili siyasət yürütməsi davam edəcək”.

Qeyd edək ki, Ermənistan noyabrın 27-də Bişkekdə keçirilən KTMT sammitində iştirakdan imtina edib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri