Icma.az
close
up
RU
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: Nə Qədər Dayanıqlı Olacaq?

Ermənistanın Qərb və Rusiya arasında yeni planı: Nə Qədər Dayanıqlı Olacaq?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın təhdidləri nəticə verdi. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmayacağını, Avropa İttifaqına üzvlük prosesini paralel aparacağını açıqladı. Ermənistanın iki masada oturmaq planı baş tutacaqmı? Ermənistan nəyə nail olmağa çalışır?

Bu barədə Moderator.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov qeyd edib ki,  Ermənistanın bir sıra siyasi qüvvələri gözləyirdilər ki, Rusiya Ermənistanın onun orbitindən tam çıxması ilə bağlı prosesə qarşı olduğunu ortaya qoyacaq:

“Ermənistan Rusiyanın orbitində faktiki həm dövlət olaraq, həm də Rusiyanın nəzarəti altında olan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə mövcuddur.  Ermənistandakı həm rəsmi şəxslərin, həm ayrı-ayı insanların Rusiayaya  qarşı açıq şəkildə mövqe sərgiləmələri onsuz da Moskvada qəzəb formalaşdırmışdı, amma Rusiya hərəkətə keçmirdi. Rusiya Ermənistanın Avropaya üzvlük məsələsini bağışlamayacaqdı. Ermənistan əgər  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı konkret addım atacaqdısa, o halda Rusiya hərəkətə keçəcəkdi. Yaxın Şərqdə Rusiyanın mövqeyinin zəifləməsindən istifadə edən Ermənistan aktivlik göstərməyə çalışır. Çünki Ermənistan ikili siyasəti artıq aşkar şəkildə ortaya qoyub. İki istiqamətdə siyasət yürütmək heç də dalan dövləti olan Ermənistan üçün o qədər də uğur gətirməyəcək. Çünki Ermənistan faktiki olaraq siyasi, iqtisadi, enerji və və təhlükəsizlik baxımından Rusiyadan tam asılı vəziyyətdə olan bir dövlətdir. Və günlərin birində bu vəziyyətdən çıxıb fərqli siyasət ortaya qoymaq Ermənistana heç də ucuz başa gəlməyəcək. Bunu Ermənistan özü də çox gözəl anlayır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq əvəzinə, həmin təşkilatın tədbirlərində iştirak etməməklə, eyni zamanda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu iddia edirdi. Əslində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində belə bir müddəa olmasa da, Ermənistan bu mövqeyi sərgiləyirdi ki, təşkilatdakı fəaliyyətini  dondurub. Ermənistanın bu addımı  Qərbə özünü göstərmək üçün hesablanmışdı. Ermənistan çox gözəl anlayır ki, o nə Ukrayna deyil, nə də  Moldova deyil. Çünki Ermənistan faktiki olaraq o dövlətlərdən fərqli şəkildə Rusiyadan asılıdır. Ermənistanın Rusiyanın nəzarətindən çıxıb Qərbin nəzarəti altında mövcud olmağa cəhd göstərməsi Ermənistan üçün qeyri -mümkün görünür”.

Politoloq vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın həm Rusiyaya, həm də Rusiya-Ukrayna müharibəsinə  münasibəti  əvvəlki prezident Cozef Baydenin mövqeyindən fərqlidir.

"Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ   Ermənistana  dəstək göstərməyəcək. Buna görə də Ermənistan aktivləşib. Təbii ki, Trampın bundan sonra seçki öncəsi vədlərə uyğun addımlar atacağından çox şey asılıdır və yəni bu il ərzində   özünü göstərəcək. Onda Ermənistanın tam fərqli bir siyasətin şahidi ola bilərik. Çünki Ermənistan forpost və satelit olmağa öyrəşmiş bir dövlətdir. Ona görə də onun atdığı addımlar, mövcud vəziyyətin kimin xeyirinə olması ilə əlaqədardır. Ermənistan ona uyğun addımlar atdıqlarına görə, gələcəkdə küləklərin fərqli istiqamətdə əsəcəyini görüb tam fərqli siyasət ortaya qoya bilərlər”,- deyə Xəyal Bəşirov şərh edib.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri