Icma.az
close
up
RU
Ermənistanın Rusiya ilə yolları ayrılırmı? DETALLAR

Ermənistanın Rusiya ilə yolları ayrılırmı? DETALLAR

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Ermənistanın Qərbə üz tutması Rusiyanı ciddi şəkildə narahat edir və İrəvanın bu cür ritorikası isə İkinci Qarabağ müharibəsindən sonra açıq fazaya keçdi”.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:

“Ermənistan Rusiyanı və onun söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) 2020-ci il müharibəsində dəstək göstərmədiklərinə görə tənqid etmişdi. Bundan sonra isə 2024-cü ilin fevralında Ermənistan KTMT-dəki iştirakını dondurduğunu bəyan edib, ardınca Qərbə doğru iki mühüm addım atdı: əvvəlcə İrəvan admnistrasiyası Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini təsdiqlədı, daha sonra Vaşinqtonda ABŞ-la strateji əməkdaşlıq haqqında sənəd imzalandı.

Ermənistan Qarabağdakı məğlubiyyətinədək xarici siyasətini Rusiya yönəldib, Moskvanı özünün əsas himayədarı və hərtərəfli dəstəkçisi hesab edirdi. Ermənistanın isə əsas məqsədi Qarabağı işğalda saxlayıb, prosesi dondurmaq olsa da, 44 günlük müharibə zamanı Azərbaycan öz ərazilərini işğaldan azad etdi. 2020-ci il müharibəsi zamanı isə Ermənistan yardım və Azərbaycana qarşı müharibədə iştirak etmək üçün Rusiyaya müraciət etmişdi. Lakin Rusiya müharibənin Ermənistan ərazisində getmədiyini əsas gətirərək, İrəvanın təklifini geri çevirdi. Bu səbəbdən də məğlubiyyətlərini Rusiyanın üzərinə yıxaraq, bunu tərəfdaşlıq əlaqələrinin ruhuna zidd olduğunu bəhanə edən Nikol Paşinyan bu fürsətdən həm Ermənistan cəmiyyəti arasında, həm də dövlətin xarici siyasət yanaşmasının dəyişməsində istifadə etməyə başladı.

Reallıq isə ondan ibarətdir ki, son illər Ermənistan Rusiyadan getdikcə uzaqlaşır. İrəvan faktiki olaraq Rusiyanın strateji maraqlarını qoruyan KTMT-yə aid hərbi təlimlərdə, iclaslarda iştirakını dayandırsa da, bunun əksinə olaraq ABŞ və Avropa ilə birgə təlimlərdə iştirak edir, onları müxtəlif adalarla öz ərazilərində yerləşdirir.

Ermənistan bu addımı ilə Qərbə hərtərəfli inteqrasiya olunmaq niyyətini açıq şəkildə nümayiş etdirir”.

Siyasi qeyd edib ki, Ermənistanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşması isə Cənubi Qafqazın geosiyasətindəki dəyişiklikləri qaçılmaz edir:

“Ermənistanın bu prosesi region ölkələrinin maraqlarını görməzdən gələrək həyata keçməsi mənfi tendensiya yaradır. Ona görə də Ermənistan Azərbaycan və Tükiyə ilə razılığa gəlib sülh sazişini imzalaya bilsə, bu, Rusiyadan uzaqlaşmaq və Qərbə istiqamətlənmək yolunda həlledici addım ola bilər.

Vaxtilə Rusiya ilə Ermənistan arasında güclü siyasi dialoq, iqtisadi və hərbi əməkdaşlıq olsa da, hazırda əsas nəzərəçarpan sahə iqtisadi-ticari əməkdaşlıqla bağlıdır. Nikol Paşinyan mütəmadi olaraq Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyindən danışsa da, Rusiya hələ də Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. Həmçinin Moskva İrəvanaın xarici ticarətinin təxminən 40 faizini təşkil etdiyi üçün Ermənistanın Rusiyanın təsirindən tamamilə çıxması o qədər də asan proses olmayacaq. Bundan əlavə, İrəvan Avrasiya İqtisadi Birliyinin üzvü kimi Moskvadan ucuz enerji resursları alır.

Bu baxımdan bütün riskləri göz önünə alan Ermənistan Aİ-yə üzvlük üçün çalışır. Buna baxmayaraq, müəyyən sərt bəyanatlar olsa da, lakin ölkələrarası münasibətlər pisləşmir. Transformasiyadan keçən bu münasibətlərin isə Nikol Paşinyanın tutduğu yolun davam etdiriləcəyi təqdirdə əvvəlki kimi olmayacağı aydındır. Lakin bu, Ermənistanın Rusiya ilə münasibətləri korlayacağı anlamına da gəlmir. İrəvan anlayır ki, Rusiya region ölkəsidir, buna görə də ona qarşı çıxa bilməyəcək.

Rusiyanın yanaşması isə belədir: Ermənistanın eyni zamanda Avrasiya İqtisadi Birliyinin və Aİ-nin iştirakçısı olması mümkün deyil. Ona görə də Rusiyadan uzaqlaşaraq ağır itkilər verməli olacaq Ermənistan mümkün qədər az zərərlə bu prosesi idarə etmək istəyir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri