Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Ermənistanın silah nümayişi mesaj xarakterlidir ŞƏRH

Ermənistanın silah nümayişi mesaj xarakterlidir ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dronları təkcə havada deyil, quruda da inkişaf etdirməliyik”

Azərbaycanla Ermənistan arasındakı sülh gündəmi fonunda İrəvanın atdığı hərbi addımlar diqqət çəkir. Ermənistan tərəfi Hindistandan aldığı silahları, ABŞ-ın tədarük etdiyi kəşfiyyat dronlarını və yeni inşa olunmuş bunkerləri nümayiş etdirməklə müəyyən mesajlar verir.

“Sherg.az” xəbər verir ki, bu sözləri hərbi ekspert Səxavət Məmməd deyib. 

44 günlük müharibədən artıq 5 il keçdiyini xatırladan ekspert bu müddət ərzində müasir müharibənin xüsusiyyətlərinin tamamilə dəyişdiyini bəyan edib. Onun sözlərinə görə, Azərbaycanın 5 il əvvəl tətbiq etdiyi taktika və strategiyanı bu gün "son model" hesab etmək olmaz: “ Eyni zamanda, informasiya və psixoloji müharibə metodları da təkamül edib. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində Rusiya-Ukrayna müharibəsini dərindən analiz etməli və nəticə çıxarmalıdır. Lakin görünən odur ki, bəziləri hələ də eyforiyadan ayılmayıb. Məsələn, Ermənistanın Hindistandan aldığı silahlarla bağlı reaksiyalara baxdım – yanaşma primitiv səviyyədədir. Bəzi iddialara görə, Hindistan cəmi 2-3 ölkəyə silah satır. Reallıq isə tam fərqlidir: Hindistan 100-dən çox ölkəyə silah ixrac edir, hərbi sənayesi isə Rusiya, ABŞ və İsraillə sıx əməkdaşlıq içindədir. Ermənistana satılan, İsrailin "Harop"una bənzər kamikadze dronlar barədə "bunu Hindistan oğurlayıb" deməklə təsəlli tapanlar var. Halbuki bu, oğurluq deyil, rəsmi texnoloji əməkdaşlığın nəticəsidir; yəni kim pulunu ödəyirsə, silahı da o alır.

Düşmənin silahlarını aşağılamaqla, onların "yararsız" olduğunu deməklə iş bitmir. Bu, ekspertiza yox, kütləyə oynamaqdır. Belə hallarda ən effektiv cavab – qarşı tərəfin silahlarına qarşı bizim arsenalımızda olan analoqları və cavab imkanlarını nümayiş etdirməkdir. ABŞ dronları ilə bağlı yazılan "heç nəyə yaramır" tipli şərhlər də eyni dərəcədə qeyri-ciddidir”.

Bunkerlər məsələsinə gəldikdə isə S. Məmməd bildirib ki, bu istehkamlar 44 günlük müharibədən sonra tikilməyə başlasa da, antiterror əməliyyatından sonra proses daha da sürətlənib:

“Bu barədə 2024-cü ildə yazmışam, TV-lərdə fikirlərimi bildirmişəm. Yəni, bunkerlər sürpriz deyil. Amma burada da yanaşma eynidir: "Müharibədə dağıtmışdıq, yenə dağıdarıq". Hətta bir yazıda "Kəlbəcərdəki, Xocavəntdəki bunkerləri dağıtmışıq" ifadəsinə rast gəldim. 44 günlük müharibədə Kəlbəcərdə döyüş olmadığını, rayonun siyasi yolla qaytarıldığını unudanlara nə demək olar?

Ermənistan hakimiyyəti bu nümayişlərlə iki məqsəd güdür. Birincisi daxili auditoriyaya ordunun bərpa olunduğu mesajı verilir. Paşinyanın ordu günü ilə bağlı müraciətində maaş və təminat məsələlərini qabartması da buna xidmət edir. Tarix göstərir ki, məğlub tərəflər revanş üçün daha sürətli inkişaf yolu seçir.

Digər isə Azərbaycana mesajdır. Təsadüfi deyil ki, bu bunkerlər məhz bizim istiqamətdə qurulur. Mesaj aydındır: "Bu gün sülh danışsaq da, sabah niyyətiniz dəyişsə, hazır olacağıq".

Azərbaycan tərəfi isə təkcə Ermənistanın aldığı silahların alternativlərini almaqla kifayətlənmir, həm də müdafiə qabiliyyətini daha geniş spektrdə artırır. Hesab edirəm ki, biz dron texnologiyasını təkcə havada deyil, quruda da inkişaf etdirməliyik. Bunkerlərin zərərsizləşdirilməsi üçün yerüstü dronlar (robot-texnika) gələcəyin əsas tələbidir.

Bəziləri bizim də bunkerləşməyə keçməyimizi təklif edir. Razı deyiləm. Bizim mövqelərimiz müdafiədən çox, hücum xarakterlidir. Bu 44 günlük müharibədən əvvəl də belə idi, indi də. Region hələ də müharibə riskindən sığortalanmayıb. Bu səbəbdən həm hərbi, həm də informasiya sahəsində ciddi islahatlar şərtdir. Təbliğatçılıq (propaganda) real nəticə vermir. Proseslər onu göstərir ki, orduda da kadrlarla bağlı müəyyən islahatlar həyata keçiriləcək. Hətta İran ABŞ gərginliyi olmasaydı, bu islahatların həyata keçdiyini indiyənə qədər görmüşdük. Müasir müharibə müasir yanaşma və kadr potensialı tələb edir”.

Ekspert qeyd edib ki, Ermənistan nə qədər silahlansa da, güc balansı hələ də dəyişməyib, Azərbaycanın xeyrinədir, ancaq bu, arxayınlıq yaratmamalıdır:

“Müharibədən sonra proqnoz edilirdi ki, Ermənistanın ən azı 2020-ci ilin 26 sentiyabr həddinə çatması üçün uzun illər və milyardlar lazım olacaq. Hazırkı proseslər onu göstərir ki, Ermənistan proqnozlaşdırılan illəri xeyli qabağa çəkə bilib. Yəni, dünənin igidi əsgər idisə, bu günün, sabahın "igidi" süni intellekt, "humanoid" olacaq. Düşünürəm ki, xüsusilə peşəkar kadrların qorunması və hərbi islahatların dərinləşməsi dövlətin prioritetinə çevrilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Fevral 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri