Icma.az
close
up
RU
Cənubi Qafqazda yeni tranzit xəritəsi: Ermənistanın təklifi nə qədər realdır?

Cənubi Qafqazda yeni tranzit xəritəsi: Ermənistanın təklifi nə qədər realdır?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

 “Ermənistan Milli Asambleyasının deputatı Mariya Karapetyanın "Ermənistan, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın əsas nəqliyyat qovşağı kimi rolunu gücləndirə bilər. Cənubi Qafqaz ölkələri bir-birini gücləndirə bilər və regionu Avropa, Qara dəniz, Türkiyə, Xəzər və Mərkəzi Asiyanı birləşdirən əsas tranzit mərkəzi kimi inkişaf etdirə bilər” fikri regionun gələcək siyasi və iqtisadi arxitekturasına dair maraqlı suallar doğurur. Bu yanaşma yalnız iqtisadi inteqrasiyanın deyil, həm də geosiyasi balansların dəyişməsi ehtimalının göstəricisidir”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini  Tamilla Qulami Moderator.az-a açıqlamasında  deyib.

O qeyd edib ki, Mariya Karapetyan qərbyönümlüdür, Ermənistanda Serj Sarkisyana qarşı çıxan aktivistlərdən biri olub:

“Belə ki, Karapetyanın bu fikrinin siyasi məntiqini araşdırsaq, bir daha bu qənaətə gəlmiş olarıq ki, Ermənistan uzun illər regional kommunikasiya layihələrindən kənarda qalıb. Rəsmi İrəvan son dövrdə beynəlxalq arenaya sülhün tərəfdarı, qonşu bölgə dövlətləri ilə inteqrasiyaya meylli dövlət kimi çıxmaqda maraqlıdır. Karapetyanın bu bəyanatı seçkiöncəsi Rusiyanın təsir dairəsindən çıxmaq istəyən həm Ermənistanın daxili auditoriyasına, həm Qərbə, həm də region ölkələrinə ünvanlanmış mesajdır. Erməni deputatın özünün də qeyd etdiyi kimi biz geri qalmaq yox, yeni regional düzənin bir parçası olmaq istəyirik. 

Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan üçün tranzit gəlirləri həyati əhəmiyyət kəsb edir. Belə ki, coğrafi olaraq əhatəyə alınmış ölkə olan Ermənistan üçün açıq sərhədlər, kommunikasiya xətləri və tranzit rüsumları daha az risklə iqtisadiyyatın diversifikasiyası üçün nadir imkanlardan biridir. 

Karapetyan Cənubi Qafqaz ölkələrindən biri olan Gürcüstanla da birlikdə addım atmağın əhəmiyyətini vurğulayıb. Gürcüstan Ermənistandan fərqli olaraq, uzun illərdir, regionun əsas tranzit ölkəsidir. Mariya Karapetyanın bu planı səsləndirməsi əlbəttə ki, Ermənistanla yanaşı Gürcüstan üçün də həm əlavə gəlir, həm də regional rolunu gücləndirmək imkanı deməkdir.

Rəsmi Tbilisinin Moskva ilə diplomatik əlaqələrinin olmamasına baxmayaraq, onlar Moskva, Brüssel (son dönəmlərdə gərginlik olmasına baxmayaraq) və Ankara arasında balanslı, ehtiyatlı siyasət aparır və görünən bu ki, əgər plan baş tutarsa, məhz Gürcüstanın da bölgədə vasitəçi ölkə rolu daha da artacaq”.

Tamilla Qulami regionun lider dövləti olan Azərbaycanla bağlı danışarkən vurğulayıb:

“Artıq Ermənistan da qəbul edib ki, Azərbaycan reallıqda regionun ən mühüm nəqliyyat layihələrinin mərkəzindədir. Belə ki, Bakı limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal–Cənub, Orta Dəhliz s. Ermənistanla sülh və etimad bərpa olunduğu halda, Azərbaycan Zəngəzurdan keçən marşrutlar, Mincivan–Ordubad xətti və digər kommunikasiyalar vasitəsilə öz mövqeyini daha da gücləndirəcək. Bunu Ermənistan çox gözəl dərk edir. Sadəcə bunların gerçəkləşməsi üçün İrəvanın real siyasi addım atması lazım, Azərbaycanın "Sülh müqaviləsi"nin imzalanması üçün tələbləri həyata keçirilməlidir. 

Biz illərlə Cənubi Qafqaz Birliyi layihəsindən danışırıq və bu layihənin gerçəkləşəcəyi təqdirdə, Rusiyanın regiondan təbii şəkildə uzaqlaşdırılacağının da mənzərəsini açıq təqdim etmişik. Xüsusilə də Türkiyə–Azərbaycan qardaşlığına dayanaraq, bu iki ölkənin birliyi regionun iqtisadi inteqrasiyası üçün ciddi bazis yaradır.

Həmçinin Avropa İttifaqı və ABŞ regionda alternativ enerji və tranzit yollarında maraqlıdır, bu da, regionun maliyyələşməsi və hər 3 dövlətə siyasi dəstək deməkdir.

Dünyanın iqtisadi inkişafda dayanmadan böyüyən dövləti olan Çinin “Bir Kəmər - Bir Yol” təşəbbüsü də Cənubi Qafqazı potensial strateji keçidə, dəhlizə çevirir. Yəni texniki, iqtisadi və maliyyə baxımından bizim regionun böyük tranzit mərkəzinə çevrilməsi zatən realdır.

Yuxarıda da qeyd etdiyim kimi Ermənistan-Azərbaycan münasibətlərində təəssüf ki, hələ də etimad, güvən boşluğu var”.

 Ekspert hesab edir ki, Ermənistanın Rusiya ilə təhlükəsizlik bağlılığı tam qırılmayıb, bu isə çoxaktorlu layihələrdə risk yaradır:

 “Sərhədlərimizin tam delimitasiya olunmaması uzunmüddətli tranzit xəttinə sərmayə üçün maneədir. Hələlik ölkələrin gömrük, logistika və təhlükəsizlik standartlarının fərqli olması texniki çətinlik yaradır. 

Rusiya tarixən Cənubi Qafqazı öz təsir zonası sayıb və regiondakı əsas kommunikasiya xətlərinin nəzarətdən çıxmasını əlbəttə ki, özü üçün strateji itki hesab edəcək. Bu səbəbdən Moskva siyasi təzyiq kimi hərbi vasitələr (Gümrüdəki baza), iqtisadi rıçaqlar, Ermənistana qarşı enerji və ticarət alətləri və s. Qəbul etmək lazımdır ki, Ermənistan hələ də ciddi şəkildə Rusiyadan asılıdır. Yəni Moskvanın müqavimət edə biləcəyi ehtimalı real faktordur. 

Ermənistan Rusiyadan qopa bilsə, - ki görünən bu ki, qopmağa çalışır -, Azərbaycanla Sülh Müqaviləsini imzalasa, ABŞ və Aİ üçün yeni regional tranzit yollarının açılacağı zaman Ermənistanın, region ölkələrinin Rusiyadan enerji və logistika asılılığını azalacaq, Orta Asiya və Xəzər resurslarını təhlükəsiz şəkildə Avropaya yönəltməyə imkan verəcək, Şərq–Qərb xəttini gücləndirəcək”.

Sonda Tamilla Qulami əlavə edib ki, məhz bu baxımdan Qərb də mütləq belə birlikdən yalnız qazanan tərəflərdən biri olacaq və buna görə də bu prosesə açıq dəstək verəcəyi göz önündədir:

“Əlbəttə ki, bütün bunları sadalayarkən şahidi oluruq ki, Cənubi Qafqazın vahid nəqliyyat mərkəzinə çevrilməsi texniki və iqtisadi olaraq mümkündür. Lakin bir daha təkrar edirəm ki, bütün bunlar Azərbaycan və Ermənistan arasında davamlı sülh və qarşılıqlı etimad formalaşandan, çoxaktorlu - Qərb, Türkiyə, Çin və regional dövlətlərin birgə iştirakı ilə zəmanət mexanizmləri yaradılandan, region ölkələri arasında gömrük, təhlükəsizlik və logistika standartları uyğunlaşandan, Rusiya faktoru balanslı şəkildə idarə olunandan sonra sonra reallaşa bilər. Əks təadirdə, bu plan hələlik yalnız diplomatik bəyanat səviyyəsində qalacaq”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri