Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Ermənistanın “simvolik” adlandırdığı ərazi iddiaları gələcək münaqişələrə zəmin yaradır ŞƏRH

Ermənistanın “simvolik” adlandırdığı ərazi iddiaları gələcək münaqişələrə zəmin yaradır ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sülh üçün təhlükə yaranıb


“Bizim Ağrı dağında (Türkiyə ərazisində yerləşir – red.) gözümüz yoxdur”. Bu iddia ilə Ermənistanın sabiq Prezidenti Robert Köçəryan çıxış edib. Həmçinin Köçəryan iddia edib ki, prezident olduğu 10 il ərzində Türkiyə əleyhinə ehtiyatsız bəyanatlar verməyib: “Sizcə, kimsə ciddi şəkildə Ağrı dağında gözümüzün olduğunu düşünür? Bu, bizim üçün bir simvoldur. Bəs siz heç ağlı başında olan siyasətçinin "Gedək Araratı tutaq” dediyini eşitmisinizmi? Ciddi deyil. Bu, bizim üçün bir simvoldur. Bu o demək deyil ki, bizim belə planlarımız olub. Heç kim bu cür avantürizmdən əziyyət çəkməyib. Söhbət bizim Türkiyə ilə münasibətləri süni şəkildə gərginləşdirməyə çalışmağımızdan getmir. On il prezident olmuşam, Türkiyə ilə bağlı bir diqqətsiz açıqlamanı tapın. Xatırlamağa çalışın. On illik hakimiyyətimdə Türkiyəyə qarşı bir diqqətsiz bəyanatımı göstərin". Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi iddialara cavab verib. A.Hacızadə söyləyib ki, Ermənistan qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkməyib. 


Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, Ermənistan rəhbərliyi bilərəkdən beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə, manipulyasiya etmək niyyəti ilə qeyri-sağlam məntiqə sığınır. Professor vurğulayıb ki, Ermənistan daim qonşulara ərazi iddiası ilə çıxış edib: 


"Bugünkü Ermənistanın necə yarandığı sualına cavab verərkən görürük ki, Ermənistan dövlət quruculuğunda tarixi təcrübəsini unutmayıb. İndiki Ermənistan Azərbaycan və Gürcüstanın əraziləri hesabına formalaşıb. Ermənistanın paytaxtı - İrəvan Azərbaycanın tarixi torpağıdır. O  baxımdan Ermənistanın qonşuları ərazisinə iddiasının "simvolik" xarakter daşıdığını deməsi olduqca absurddur. Əksinə, həm Ermənistan Konstitusiyasında, digər mənbələrdə Türkiyənin, Azərbaycanın ərazilərinə iddialarının qalması saxta tarix formalaşdırılması prosesinin hələ davam etdiyini göstərir. Bu iddialarla gələcək nəsillərə şüuraltı mesajlar ötürür ki, onların gələcəkdə imkanları olacağı təqdirdə həmin ərazilər uğrunda mübarizəyə qalxsınlar. Biz bunu tarixən görmüşük. Azərbaycanın əzəli, tarixi torpaqlarına, Qarabağa XIX əsrin sonu, XX əsrinə əvvəllərində erməniləri köçürüblər. Orada ermənilər mövcud olmayıb. Buna baxmayaraq, sonradan həmin ərazilərə iddia etməyə başladılar. Eləcə də, bu gün Ermənistan Konstitusiyasında Qarabağa iddia qalmaqdadır. Ermənistan Konstitusiyasının Preambulasında 1991-ci ildə qəbul edilmiş Müstəqillik Aktına istinad var. Orada da Azərbaycan və Türkiyə ərazilərinə iddialar əksini tapıb. Bunlar heç bir halda simvolik xarakter daşıya bilməz. Əgər bu, sadəcə simvolikdirsə, o zaman Ermənistan tərəfi bunu rahatlıqla aradan götürsün. Ermənistanla hər vasitə ilə ərazi iddialarının qalmasında maraqlıdırsa, deməli, həmin iddialar saxta tarixlərinin ən mühüm elementini təşkil edir, gələcəkdə onların yeni ərazi iddialarına psixoloji hazırlamaq məqsədi güdür". 


E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan tərəfi öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra sülh sazişinin imzalanması üçün çox ədalətli 5 şərt irəli sürüb: 

"Bu şərtlərdən biri odur ki, Ermənistan ərazi iddialarından əl çəkməlidir. Paşinyan isə bu şərtlərə münasibət bildirərkən qeyd etmişdi ki, Ermənistanın heç kimə ərazi iddiası yoxdur. Bu, olduqca əsassız, absurd yanaşmadır. O zaman sual olunur ki, Ermənistanın Azərbaycana ərazi iddiası yox idisə, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan kim idi? Bu baxımdan sözsüz ki, Ermənistanın ərazi iddiaları ilə bağlı təkzibləri onların manipulyasiya cəhdlərindən biridir. Ermənistanın qonşu ölkələrə ərazi iddiaları bu gün də qalmaqdadır. Sadəcə olaraq Azərbaycanın malik olduğu güc mövqeyi Ermənistanı sülhə məcbur edir və edəcək. Ermənistan Konstitusiyasında yer alan ərazi iddiaları sülh sazişinin imzalanmasına imkan vermir. Paşinyanın İTV-yə açıqlaması bu reallıqları ortadan qaldırmır. Ermənistan Konstitusiyası digər beynəlxalq sənədlər üzərində hüquqi üstünlüyə sahibdir. Paşinyan hökumətinin imzalayacağı sənəd Konstitusiya ilə uyğunsuzluq, ziddiyyət təşkil edə bilməz. O baxımdan İrəvan hökumətinin Konstitusiyada dəyişiklik etmədən Azərbaycanla sülh imzalamağa çalışması bir daha onu göstərir ki, gələcəkdə bizə qarşı revanş imkanlarını saxlamaq istəyir. Paşinyan burada iki məqsəd güdür. Həm hakimiyyətini qorumaq istəyir, həm erməni xislətindən əl çəkmədiyini göstərir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15560

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see928

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see279

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see203

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see159

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see141

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see133

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see126

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri