Icma.az
close
up
RU
Ermənistanın yalnız bir seçimi var, o da Azərbaycanla sülh müqaviləsini imzalamaqdır” Deputat

Ermənistanın yalnız bir seçimi var, o da Azərbaycanla sülh müqaviləsini imzalamaqdır” Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu gün regionda sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması üçün əsas əngəllərdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

Redaktor.az xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Millət vəkili bildirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb:

“Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində bütün zəruri addımları atıb, prinsiplər irəli sürüb. Lakin Ermənstan özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, əməldə heç bir addım atmır, sülh danışıqları ətrafında spekulasiya edir. Ermənistanın hələ də konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı dəyişiklik etməkdən yayınması bu ölkənin sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını aydın göstərir. Bir ölkənin konstitusiyasında digər bir ölkəyə qarşı ərazi iddialarının mövcud olması beynəlxalq praktikada yolverilməzdir. Azərbaycanın bu iddiaların aradan qaldırılması ilə bağlı tələbi beynəlxalq qanunvericiliyə tam uyğundur”.

Afət Həsənova bildirib ki, sülh müqaviləsinin imzalanmasında əngəllərdən biri də Minsk qrupunun hələ də ləğv olunmamasıdır:

“Minsk qrupu öz aktuallığını çoxdan itirib. Minsk qrupu yaradılarkən onun missiyası münaqişəni həll etmək idi. Lakin əfsuslar olsun ki, uzun müddət səmərəsiz fəaliyyət göstərməklə, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Minsk qrupu ona olan etimadı tam itirdi. Belə ki, Minsk qrupu öz missiyasının ziddinə fəaliyyət göstərərək münaqişəni həll etmək əvəzinə işğalçıya dəstək göstərdi, münaqişəni dondurulmuş münaqişəyə çevirməyə çalışdı. Lakin Azərbaycan onların bu məkrli niyyətinin baş tutmasına imkan vermədi, 44 günlük Vətən müharibəsində tarixi Zəfəri və antiterror tədbirləri ilə öz torpaqlarını işğaldan azad etdi, suverenliyini tam bərpa etdi. Bu gün isə reallıqlar tamamilə başqadır. Həmin ərazilərimiz sürətlə bərpa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu baxımdan Minsk qrupu ən qısa zamanda ləğv edilməli və tarixin arxivinə göndərilməlidir”.

Deputat əlavə edib ki, Ermənistan yaxşı düşünməli və sülh müqaviləsinin imzalanması yoluna olan əngəlləri aradan qaldırmalıdır:

“Çünki bu gün sülh Azərbaycandan çox Ermənistana lazımdır. Ermənistanı hazırkı düşdüyü çətin durumdan heç bir havadarı xilas edə bilməyəcək. Ermənistanın yalnız bir seçimi var, o da Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Yanvar 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri