Icma.az
close
up
RU
Eroziyanın yandırılması

Eroziyanın yandırılması

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Uşaqlığın uşaqlıq yoluna açılan hissəsi "uşaqlıq boynu" adlandırılır. Uşaqlıq boynu qısa və ensiz borucuğa bənzəyir.

Uşaqlıq boynu qoruyucu funksiyanı yerinə yetirir. Onun içərisində olan hüceyrələr xüsusi selik ifraz edir ki, bu selik qatılaşaraq tıxac əmələ gətirir. Bu tıxac isə infeksiyaların, mikrobların, bakteriyaların və s. zərərli agentlərin uşaqlıq boşluğuna daxil olmasına mane olur.

Uşaqlıq boynu iç tərəfdən yastı epiteli ilə (toxuma) örtülüb. Yastı epitelidən bizim dərimiz də ibarətdir. Uşaqlıq boynunun iç tərəfi (servikal kanal) digər toxuma ilə örtülüb - ona "silindkir epiteli" deyilir. Silindrik epiteli yastı epitelilə müqayisədə daha zərifdir, boşdur və parlaq qırmızı rəngdədir. Yastı epiteli daha hamardır, parlaqdır və açıq çəhrayı rəngdədir.

Silindrik epiteli yalnız uşaqlıq boynunun iç tərəfində olmalı və buradan xaricə çıxmamalıdır. Lakin bu hər zaman belə olmur.

Bəzən silindrik epiteli servikal kanaldan çıxaraq uşaqlıq boynunun xarici tərəfinə bitişir. Bu zaman həkim-ginekoloq ginekoloji güzgü vasitəsilə uşaqlıq boynunu müayinə etdikdə uşaqlıq boynunun üzərində olan silindrik epitelini görə bilir. Tibbdə bu pozulma "ektopiya" adlandırılır.

Yastı epiteli ilə müqayisədə silindrik epiteli daha zərifdir və uşaqlığın turş mühitin, burada olan mikroorqanizmlərin təsirindən və həmçinin cinsi aktlar zamanı tez-tez zədələnir və onun üzərində eroziya (kiçik xora) əmələ gəlir. Bu çox təhlükəli vəziyyətdir. Məsələ burasındadır ki, tez-tez zədələnməyə məruz qalan hüceyrələr vaxt keçdikcə xərçəng hüceyrələrinə çevrilə bilərlər. Məhz buna görə ginekoloqlar qadınlara eroziyanı mütləq müalicə etməyi tövsiyə edirlər.

Müalicənin əsas məqsədi uşaqlıq boynunun üzərində olan silindrik epitelini məhv etməkdən ibarətdir. Daha sonra bunun yerində yastı epiteli bərpa olunur. Eroziya çox kiçik olduqda konservativ (dərmanlar vasitəsilə) müalicə istifadə oluna bilər. Bu məqsədlə xüsusi turşular əsasında olan preparatlar istifadə olunur. Belə preparatlar silindrik epitelini yandırır.

Daha böyük eroziyalar zamanı və həmçinin bundan əvvəl təyin olunmuş konservativ müalicə effekt vermədikdə, ginekoloq cərrahi üsullara keçir.

Cərrahi müalicə zamanı elektrik cərəyanı, maye azot, radio dalğalar, lazer istifadə oluna bilər. Bu vasitələrin köməyi ilə silindrik epiteli məhv edilir. Həkim çox ehtiyatlı olmalıdır ki, yalnız silindrik epiteli götürülsün, onun altında qalan hüceyrələr isə zədələnməsin. Əks halda uşaqlıq boynu öz elastikliyini itirə bilər ki, bunun nəticəsində doğuş zamanı uşaqlıq boynu normal açılmayacaq.

Cavan və gələcəkdə hamiləlik planlaşdıran qadınların müalicəsində adətən lazer və radio dalğalar istifadə olunur. Hal hazırda bu ən qoruyucu üsullar sayılır.

Elektric cərəyanla müalicə isə əksinə olaraq ən çox ağırlaşmalar verir.

Mənbə: www.polismed.com

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri