Ersin Tatar: Seçki iki dövlət siyasəti ilə federasiya arasında referendumdur
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar oktyabrın 19-da keçiriləcək prezident seçkilərini iki dövlət siyasəti ilə federasiya modeli arasında referendum kimi qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, o, son 5 ildə iki dövlətli həll siyasətini beynəlxalq gündəmə gətirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə bu mövqeni möhkəmləndirdiyini bildirib.
Tatar seçiciləri səsvermədə iştirak etməyə çağıraraq deyib:
“Qalibiyyət sabitlik və inkişaf üçün düzgün zəmin yaradacaq".
Prezident həmçinin Türk Dövlətləri Təşkilatında KKTC-nin müşahidəçi qismində yer almasının mühüm nailiyyət olduğunu vurğulayıb.
Onun sözlərinə görə, iki dövlətli həll siyasəti Kipr türklərinin suverenliyini və Türkiyə ilə strateji əlaqələrin qorunmasını təmin edir.
Əli Hüseynov
Baxış sayı:55
Bu xəbər 17 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















