Icma.az
close
up
RU
Ərzaq qiymətlərində dalğalanmalar vətəndaşların alıcılıq qabiliyyətini zəiflədir ŞƏRH EDİLDİ

Ərzaq qiymətlərində dalğalanmalar vətəndaşların alıcılıq qabiliyyətini zəiflədir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırki qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində inflyasiyanın əhalinin real gəlirlərinə mənfi təsiri demək olar ki, bütün ölkələr üçün əsas çağırışlardan biridir. Qlobal enerji və ərzaq qiymətlərində dalğalanmalar, geosiyasi risklər, tədarük zəncirlərində fasilələr və maliyyə bazarlarında qeyri-sabitlik inflyasiya təzyiqlərini gücləndirərək vətəndaşların alıcılıq qabiliyyətini zəiflədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, bu şəraitdə dövlətin fiskal və monetar siyasəti bir-birini tamamlayan, məqsədli və balanslı şəkildə qurulmalıdır: "Dövlət büdcəsi vasitəsilə aşağı və orta gəlirli əhali qruplarının müdafiəsi gücləndirilməlidir. Sosial müavinətlərin, pensiyaların və minimum əməkhaqqının inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi real gəlirlərin qorunmasında mühüm rol oynayır. Eyni zamanda, əsas istehlak səbətinə daxil olan ərzaq və kommunal xidmətlər üzrə vergi və rüsumların optimallaşdırılması qiymət artımlarının əhali üzərindəki yükünü azalda bilər. Digər vacib fiskal istiqamət daxili istehsalın və məşğulluğun dəstəklənməsidir. Yerli istehsalçıların stimullaşdırılması, xüsusilə kənd təsərrüfatı və qeyri-neft sektorunda subsidiya və vergi güzəştlərinin tətbiqi idxaldan asılılığı azaldaraq inflyasiya risklərini yumşaldır. Bu yanaşma həm qiymət sabitliyinə, həm də əhalinin uzunmüddətli gəlir imkanlarının genişlənməsinə xidmət edir. Monetar siyasət baxımından isə əsas məqsəd inflyasiya gözləntilərinin idarə olunmasıdır. Mərkəzi Bank uçot dərəcəsini və likvidlik alətlərini iqtisadi aktivliyi boğmadan, lakin qiymət artımlarını cilovlayacaq səviyyədə tənzimləməlidir. Pul kütləsinin nəzarətsiz genişlənməsinin qarşısının alınması inflyasiyanın strukturlaşmasının qarşısını almaq üçün vacibdir. Eyni zamanda, bank sektorunda kreditlərin real sektora yönəldilməsi və istehlak kreditlərinin riskli artımının məhdudlaşdırılması monetar sabitliyə töhfə verə bilər. Valyuta siyasəti də bu kontekstdə mühüm rol oynayır. Kəskin məzənnə dəyişikliklərinin qarşısının alınması idxal inflyasiyasını zəiflədərək əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Bu baxımdan, valyuta bazarında sabitlik yaradan çevik və ehtiyatlı yanaşma dövlətin əsas prioritetlərindən biri olmalıdır. İnflyasiyanın əhalinin real gəlirlərinə təsirini azaltmaq üçün dövlət fiskal və monetar alətləri ayrı-ayrılıqda deyil, kompleks şəkildə tətbiq etməlidir. Sosial ədalət prinsiplərinə əsaslanan fiskal dəstək, istehsal yönümlü iqtisadi siyasət və etibarlı monetar çərçivə birlikdə həyata keçirildikdə həm qısa, həm də orta müddətdə əhalinin rifahının qorunmasına real zəmin yarada bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri