Sözsüz ki, qiymət artımı alıcılıq qabiliyyətinə mənfi təsir göstərir ŞƏRH EDİLDİ
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Sözsüz ki, qiymət artımı alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Ümumiyyətlə iqtisadi qaydalara, qanunlara əsasən qiymət tələb və təklif arasında formalaşır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, bəzi hallarda qiymət artımı tələbin aşağı düşməsinə səbəb olur: "Çünki buna insanların gəlirləri daha da, imkan vermir bu tələbi qarşılamağa. Buna görədə istehlakçılar qənaət rejiminə uyğun davranır. Bu baxımdan əlbəətdə ki, süni qiymət artımının qarşısını almaq üçün hesab edirəm ki, rəqabət mühiti daha da şəffaflaşdırılmalıdır. Bazara digər təzyiqlər və təsirlər nəzarətə götürülməlidir. Burada əsasən qeyd etdiyim kimi, insharçıların təzyiqləri və təsirləri aradan qalxmalıdır. Onların bazar payına çox ciddi şəkildə nəzarət edilməlidir. Bu gün biz müşahidə edirik ki, bir neçə şəbəkə market ölkə boyu öz fəaliyyətlərini həyata keçirir və bunların hamısında qiymət bir məkəzdən idarə olunur. Buda bəzi hallarda süni qiymət artımına səbəb olur. Bu hallarla mən hesab edirəm ki, ciddi mübarizə aparılmalıdır. Monitorinqlər, içtimai nəzarət, həm dövlət qrumları tərəfindən də bu sahəyə çox ciddi nəzarət, digər tərəfdən də idxal yəni subyektlərində fəaliyyətinə nəzarət ciddiləşməli və şəffaflaşdırılmasına və rəqabətin artırılmasına ciddi imkan verilməlidir. Buda öz əsasında da ciddi rəqabət yaratsın. Bəzi hallarda biz müşahidə edirik ki, idxal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərq var və buda süni qiymət artımından əsassız daha çox gəlir əldə etmək niyyətindən bizə xəbər verir. Hesab edirəm ki bu cür halların qarşısı ciddi alınmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















