Icma.az
close
up
RU
Ərzaq təhlükəsi(zliyi) KÜNCDƏN BAXIŞ

Ərzaq təhlükəsi(zliyi) KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun inkişafı vacibdir. Xüsusilə də, aqrar sektorda perspektivli sahələrinin inkişafının ümumi daxili məhsulda və dövlət büdcəsinin gəlirlərində mühüm rol oynaya biləcəyi aydın məsələdir.

Aqrar sektorda əsas vacib sahə, ilk növbədə, ərzaq istehsalı ilə bağlıdır. Xüsusən də, taxılçılıq, heyvandarlıq, kartof, meyvə-tərəvəz, balıqçılıq, üzümçülük və s. kənd təsərrüfatı sahələrinə dövlət dəstəyinin göstərilməsi vacibdir. Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Üstəlik, bu sahədən yaxşı gəlir də əldə etmək olar.

Son illərdə dövlətin bu sahəyə böyük investisiyalar qoyduğu, müxtəlif dövlət proqramları vasitəsilə güzəştlər tətbiq etdiyi müşahidə olunur. Lakin hələlik, əldə olunan nəticəni qənaətbəxş adlandırmaq olmaz. Faktiki olaraq, əhalinin ərzağa olan tələbatının təxminən yarısı idxal hesabına ödənilir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına baxanda məlum olur ki, son illərdə ölkəyə ərzaq məhsullarının idxalında davamlı artım var. Bu, o deməkdir ki, daxili istehsal azalır. Nəticədə, yerli bazarda əsas tələbat mallarının qiyməti əhalisinin gəlirləri bizdən 5-10 dəfə yüksək olan ölkələrdəki ilə eynidir, bəzi hallarda daha bahadır.

Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici amillərin mümkün təsirlərindən maksimal sığortalanma mümkün olur. Belə ölkələrdə əsas tələbat malları ölkənin özündə istehsal olunur və bu da xarici amillərin təsirlərini minimuma endirir.

Məsələn, Rusiya, ABŞ, Belarus və Türkiyədə, həmçinin, əksər Avropa ölkələrində dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun, hətta bazar qiymətinə alınacağı haqda qabaqcadan müqavilə bağlanır.

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını və antiinhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə ərzaq qıtlığı və bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Kənd Təsərrüfatı Nazirliyi hər il bol məhsul haqda proqnoz vermək və sonradan bunun baş verməməsinin günahını iqlim proseslərinin üzərinə atmaqdansa, vaxtında strateji aqrar proqramlar hazırlanıb yerinə yetirsə, daha məqsədəuyğun olardı.

Qəribəsi odur ki, ölkə özünü meyvə-tərəvəzlə artıqlaması ilə təmin edir, lakin bazarlar bu məhsulların xarici analoqları- genetik modifikasiya olunmuş məhsullarla doldurulub. Belə məhsullar yerli məhsullardan xeyli ucuz satılır. Yerli meyvə-tərəvəz bazarlarda baha satılsa da, bundan kəndli yox, alverçilər qazanır.

Kəndli məhsulunu min bir əziyyətlə əkib-biçəndən sonra onu ucuz qiymətə alverçilərə verməyə məcbur olur. Çünki hərdən təşkil olunan və az sayda fermerin iştirak etdiyi yarmarkaları nəzərə almasaq, onların öz məhsulunu sərbəst satması üçün lazımi şərait yaradılmayıb. Bu səbəbdən də, hər hansı bir məhsulu kəndlidən 20-30 qəpiyə alan möhtəkirlər onu ən azı 1 manata satırlar.

Belədə, iki tərəf uduzur- alıcılar və fermer özü. Bir tərəf də udur ki, bunlar da möhtəkirlərdir. Bu prosesdən qazanan daha bir tərəf isə xaricdən ərzaq idxal edənlərdir.

Dövlət başçısının ölkə iqtisadiyyatının diversifikasiya edilməsi haqda hökumətin üzərinə qoyduğu vəzifələr düzgün yerinə yetirilsə, həm neftdən sonrakı dövr üçün böyük və gəlirli istehsal sahələri yaradılmış olar, həm də əhalimiz xaricdən gətirilən mənşəyi dəqiq aydın olmayan keyfiyyətsiz ərzaq məhsullarından azad olub, öz torpağımızın təbii və təmiz məhsulu ilə qidalanmış olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see313

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see291

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see274

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see270

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see224

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see223

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see199

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see197

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see195

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see193

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see191

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see191

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see191

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see187

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see186

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see185

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see185

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see185

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see182

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri