Icma.az
close
up
RU
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ VƏ ŞƏBƏKƏ MARKETLƏRİ Azərbaycanda dayanıqlı qida təchizatının aparıcı ünsürləri kimi (Araşdırma)

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ VƏ ŞƏBƏKƏ MARKETLƏRİ Azərbaycanda dayanıqlı qida təchizatının aparıcı ünsürləri kimi (Araşdırma)

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün ərzaq təhlükəsizliyi mövzusu bütün dünyada müasir dövrün ən aktual sosial-iqtisadi və strateji məsələlərindən biri kimi qəbul olunur. Bu anlayış yalnız əhalinin kifayət qədər və keyfiyyətli qida ilə təmin olunması ilə məhdudlaşmır, eyni zamanda məhsulların sağlam, bioloji və kimyəvi cəhətdən təhlükəsiz, mənşəyi məlum olan və gigiyenik baxımdan standartlara cavab verən şəkildə istehlakçıya çatdırılmasını da əhatə edir. 

Əlbəttə, qlobal iqlim dəyişiklikləri, pandemiyalar, tədarük zəncirindəki qırılmalar, regional münaqişələr və sürətlə artan urbanizasiya ərzaq təhlükəsizliyini daha da həssas mövzuya çevirib. Bu reallıqlar fonunda ərzağın istehsalından tutmuş son istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə ciddi nəzarət və koordinasiya tələb olunur. Məhz bu nöqtədə isə şəbəkə marketlərinin rolu ön plana çıxır. Müasir dövrdə şəbəkə marketləri təkcə ərzaq satış nöqtəsi deyil, həm də təhlükəsiz qida sisteminin əsas dayaqlarından biri hesab olunurlar.

Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində şəbəkə marketləri ərzaq təhlükəsizliyi sisteminin mərkəzi komponentinə çevrilib. Onlar məhsulun mənşəyindən başlayaraq daşınması, saxlanılması və satışı mərhələlərində müasir texnoloji həllərdən və ciddi gigiyenik standartlardan istifadə edirlər. Məsələn, Avropa İttifaqında fəaliyyət göstərən market şəbəkələri qida təhlükəsizliyi üzrə “HACCP” və “ISO 22000” sertifikatlarına sahib olmaqla yalnız standartlara cavab verən məhsulları satışa buraxırlar. ABŞ-da “Walmart”, “Whole Foods” kimi nəhənglər blockchain texnologiyası vasitəsilə məhsulun tarladan süfrəyə qədər olan bütün yolunu izləyir və şəffaflıq yaradır. Bu texnologiyalar sayəsində zərərli məhsulların yayılması və kütləvi zəhərlənmələr kimi risklər minimuma endirilir.


Azərbaycanda da son illər ərzaq təhlükəsizliyi məsələsinə dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə fəaliyyət göstərən əsas qurum olaraq həm istehsalçılara, həm idxalçılara, həm də pərakəndə satış subyektlərinə ciddi nəzarət həyata keçirir. Ancaq bütün bunlarla yanaşı, ərzaq təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə, nəzarət və inzibati tədbirlərin nəticəliliyini artırmaq üçün özəl sektorun iştirakı da vacibdir. Xüsusilə geniş şəbəkəyə malik supermarketlər bu prosesin ayrılmaz hissəsinə çevrilib. Onlar həm geniş çeşiddə məhsul təqdim etməklə, həm də bu məhsulların saxlanma şəraiti, mənşəyi və təhlükəsizlik meyarlarına uyğunluğu ilə bağlı ciddi öhdəlik daşıyırlar.

Qeyd edək ki, son 10 ildə ölkədə şəbəkə marketlərinin sayı dörd dəfə artmış və bu artım həm ərzaq çatdırılmasında coğrafi bərabərliyi, həm də təhlükəsiz qidanın regionlarda əlçatanlığını təmin etmişdir. “Veysəloğlu Şirkətlər Qrupu”nun da bu artımda payı mühümdür. Hal-hazırda VŞQ-yə daxil olan Araz, OBA və digər market brendləri gündəlik olaraq ölkənin 70%-dən çox ərzaq bazarına çıxış imkanı yaradır. Şirkət gündəlik 15.000-dən çox satış nöqtəsinə məhsul çatdırır və 40.000 m²-dən artıq anbar sahəsi ilə məhsulların düzgün saxlanmasına zəmanət verir. Bu logistika gücü, temperatur nəzarəti və elektron izləmə texnologiyaları ilə birləşərək, zəncirin heç bir halqasında məhsulun təhlükəsizlik meyarlarından kənara çıxmamasını təmin edir.


Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsində yalnız iri şəhərlər deyil, regionlar da önəmli yer tutur. Paytaxt Bakı və iri şəhərlərdə ərzaq təhlükəsizliyi təmin olunmuş olsa da, regionlarda bu sahədə müəyyən çətinliklər mövcuddur. Əhalinin sayca az olduğu bölgələrdə, xüsusilə dağlıq ərazilərdə ərzaq məhsullarının keyfiyyəti və düzgün saxlanması daha çətin olur. Şəbəkə marketləri bu sahədəki boşluqları doldurmaq və ərzaq məhsullarını regionlara daha təhlükəsiz şəkildə çatdırmaq üçün mühüm rol oynayır.

Məsələn, “Veysəloğlu Şirkətlər Qrupu”nun şəbəkə marketləri yalnız Bakı ilə məhdudlaşmır, eyni zamanda regionlara da genişlənərək bu bölgələrdə ərzaq təhlükəsizliyini təmin edir. Şirkət şəbəkə marketləri vasitəsilə Azərbaycanın hər bir bölgəsinə ərzaq məhsulları çatdırmaqla yanaşı, regionlardakı istehlakçılara daha yüksək keyfiyyətli və təhlükəsiz qida məhsulları təqdim edir. Bu, regionlarda ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi bir addımdır. Ən uzaq bölgələrdə belə müasir texnologiyalar vasitəsilə məhsulların saxlanma şəraiti yüksək standartlara cavab verir.

Bu kontekstdə qlobal və yerli statistikada şəbəkə marketlərinin ərzaq təhlükəsizliyindəki strateji rolunu vurğulamaq yerinə düşərdi. Məsələn, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada istehsal olunan bütün ərzaq məhsullarının təxminən 30%-i itkiyə gedir ki, bunun əhəmiyyətli hissəsi məhz pərakəndə satış mərhələsində baş verir. Bu isə hər il 931 milyon ton ərzaq tullantısı deməkdir. Şəbəkə marketlərinin logistika və saxlama şəraitini təkmilləşdirməsi bu tullantıların əhəmiyyətli dərəcədə azalmasına şərait yaradır. Digər tərəfdən, ABŞ və Avropa ölkələrində şəbəkə marketləri blockchain texnologiyasını tətbiq edərək məhsulun mənşəyini saniyələr içində müəyyənləşdirə bilirlər ki, bu da ərzaq təhlükəsizliyində şəffaflıq və çeviklik yaradır. Azərbaycanda da bu məsələ getdikcə daha aktual hala gəlir. Ölkədə fəaliyyət göstərən şəbəkə marketləri, xüsusilə “Veysəloğlu” qida israfını minimuma endirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Məsələn, son istifadə tarixinə yaxın məhsulların endirimli şəkildə satışa çıxarılması, artıq məhsulların yerli sosial müəssisələrə və ehtiyacı olan şəxslərə bağışlanması və bioenerji üçün istifadəsi bu tədbirlərdəndir. Həmçinin, marketlərdə məhsulların düzgün saxlanması, temperatur nəzarəti və müasir texnoloji izləmə sistemləri ilə bu cür israfın qarşısı alınır.

Təbii ki, ərzaq təhlükəsizliyi təkcə qida məhsullarının keyfiyyətinə və təhvil verilmə prosesinə nəzarət etməklə məhdudlaşmır. Eyni zamanda, yerli istehsalın təşviq edilməsi və bu istehsalın təminatlı şəkildə tədarük edilməsində şəbəkə marketlərinin rolu əvəzsizdir. Son illər ərzində Azərbaycan bazarında fəaliyyət göstərən böyük supermarket şəbəkələri, xüsusilə Araz və OBA kimi brendlər yerli istehsalçılarla sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq məhsulların tədarükü prosesini optimallaşdırmağa, keyfiyyətin artırılmasına və tədarük zəncirinin daha da effektivləşdirilməsinə imkan verir.


“Veysəloğlu” şirkətinin öz market şəbəkələrində yerli istehsalçıların məhsullarına xüsusi yer ayırması həm yerli iqtisadiyyatın inkişafına, həm də ərzaq təhlükəsizliyinə töhfə verir. Şirkət məhsulları təzə və keyfiyyətli şəkildə təmin edərək, kənd təsərrüfatı sahəsindəki istehsalçılarla uzunmüddətli müqavilələr bağlayır. Bunun sayəsində yerli istehsalçılar stabil bazar tapır, istehsal həcmlərini artırır və Azərbaycanın ərzaq təchizatı zəncirindəki boşluqları doldurur. Eyni zamanda bu cür əməkdaşlıq kənd təsərrüfatının inkişafına təkan verir. Beləliklə, həm əhalinin təhlükəsiz qidaya çıxışı artır, həm də yerli iqtisadiyyat daha dayanıqlı hala gəlir.

Nəticə olaraq deyə bilərik ki, bu gün şəbəkə marketləri qida təhlükəsizliyinin təminində sadəcə iştirakçı deyil, əsas təminatçı və nəzarətçi rolunu oynayırlar. Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası çərçivəsində belə marketlərin funksiyası yalnız iqtisadi deyil, həm də sosial və strateji əhəmiyyət kəsb edir. Bu modelin genişlənməsi, təkmilləşməsi və digər şəbəkələrə də nümunə olması Azərbaycanda davamlı ərzaq təhlükəsizliyinin əsas təminatlarından biri olacaq.

Elvin Bəyməmmədli
“AzPolitika.info”

Qeyd: Yazı “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see227

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see220

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see111

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri