Icma.az
close
up
RU
ŞƏBƏKƏ MARKETLƏRİ ÖLKƏ İQTİSADİYYATININ “GÜZGÜSÜ” ARAŞDIRMA

ŞƏBƏKƏ MARKETLƏRİ ÖLKƏ İQTİSADİYYATININ “GÜZGÜSÜ” ARAŞDIRMA

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azad rəqabət, müştəri məmnunluğu, çeşid bolluğu - iri marketlərimizdə nə çatışmır?

Uzun illərdir Azərbaycanın qeyri-neft sektorunun inkişafının vacibliyi barədə danışılır, hökumət tərəfindən bununla bağlı müxtəlif bəyanatlar verilir, proqramlar işlənir, layihələr həyata keçirilir və sair. Buna baxmayaraq, qeyri-neft soktorunun Azərbaycan iqtiasadiyyatının lokomotivi olan neft-qaz sektoru ilə rəqabət aparacaq vəziyyətə gəlməsinə hələ çox var…

Ancaq bununla yanaşı, xüsusilə də son illərdə qeyri-neft sektorunun aparıcı seqmentləri sırasında bir çox istiqamətlər özlərini daha qabarıq şəkildə göstərə bilib ki, onlardan biri də iri şəbəkə marketləridir. Bunu hər birimiz gündəlik həyatımızda görür, hiss edirik.

Təbii ki, bir ölkənin iqtisadiyyatının dayanıqlı inkişafı həmin iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafından asılıdır və bu baxımdan ticarət, xüsusilə də pərakəndə ticarət özünəməxsus yerə və əhəmiyyətə malikdir. Müqayisə üçün deyək ki, inkişaf etmiş ölkələrdə pərakəndə ticarətdən vergi daxilolmaları həmin dövlətlərin büdcəsində önəmli xüsusi çəkiyə malik olduğu halda, Azərbaycanda bu göstərici arzu ediləndən xeyli aşağıdır. Buna baxmayaraq, ilbəil pərakəndə ticarətdən büdcəyə vergi daxilolmaları artır və sözsüz ki, bunda iri şəbəkə marketlərinin xüsusi rolu var…

Eləcə də son illər şəbəkə marketlərində “iqtisadiyyatın ağardılması” prosesini, yəni, dövriyyənin leqallaşdırılmasını müşahidə edirik ki, bu da ümumilikdə “kölgə iqtisadiyyatı”ndan uzaqlaşmaq və büdcə daxilolmalarını artırmaq baxımından önəmlidir. Bir çox kiçik sahibkarlar öz mağazalarında dövriyyəni gizlətməyə, kassa çekləri vurmamaqla vergidən yayınmağa çlışarkən, şəbəkə marketlərinin böyük əksəriyyəti artıq uzun illərdir bu sahədə tam şəffaf fəaliyyət göstərir və “ƏDV-ni geri al” kimi kampaniyaların əsas “meydanı”nın bu cür marketlər olması da bunun bariz nümunəsidir…

Həmçinin, əmək qanunvericiliyinə riayət etməklə yeni iş yerlərinin açılması və bu iş yerlərinin leqal olması, eləcə də nə kollektiv sayının, nə də real əmək haqqının gizlədilməməsi şəbəkə marketlərinin ölkə iqtisadiyyatının “ağardılması”na töhfəsi sayıla bilər.

Eləcə də şəbəkə marketlərinin rəflərində yerli istehsalçıların mallarının getdikcə daha çox yer tutmağa başlaması olduqca müsbət haldır. Bu, təkcə gəlirin ölkə daxilində qalması baxımından deyil, həm də şəbəkə marketləri ilə işləyən istehsalçıların da “kölgə iqtisadiyyatı”ndan çıxması üçün önəmlidir. Belə ki, iri market şəbəkələri ilə işləyən sahibkarlar da öz maliyyə nizam-intizamını artırmalı olur, əks halda iri şəbəkələrlə işləyə bilmirlər. Bu da nəticədə büdcəyə vergi daxilolmalarını artır. Yəni, şəbəkə marketləri timsalında bir iri sahibkarlıq subyekti öz maliyyəsini, hesabatını leqal, şəffaf şəkildə sürdürməklə, onunla əməkdaşlıq edən digər sahibkarları da öz ardınca çəkib “kölgə iqtisadiyyatı”ndan çıxarır.

Ümumilikdə əhalinin şəbəkə marketlərinə üstünlük verməsini şərtləndirən xeyli amilləri sadalamaq olar ki, bu sıraya da həmin şəbəkələrdə ərzaq təhlükəsizliyinin kiçik sahibkarlara nisbətdə daha üst səviyyədə təmin olunmasından tutmuş qiymət, keyfiyyət, çeşid bolluğu, müxtəlif endirim kampaniyaları, müştərilərə münasibətə və s. qədər müxtəlif məsələlər aiddir.

Azərbaycanın keçmiş SSRİ - MDB məkanına aid ölkə olduğunu nəzərə alsaq, ölkəmizdəki şəbəkə marketlərini MDB ölkələri ilə müqayisə etmək daha doğru olar. Bizim iri market şəbəkələrinin digər ölkələrdəkilərlə müxtəlif, müsbət və mənfi mənada fərqləri var. Məsələn, şəxsi müşahidələrimizdən, eləcə də media və sosial şəbəkələrdən çıxış edərək, insafən deyə bilərik ki, müştəriyə xidmət baxımından Azərbaycandakı şəbəkə marketləri bir çox MDB ölkələrindən müsbət mənada fərqlənir.

Digər MDB ölkələrinin böyük əksəriyyətində şəbəkə marketlərində tez-tez kassa qarşısında uzun növbələrin şahidi ola bilərsiniz. Həmçinin, kassada işləyən satıcının məhsulları müştərinin zəmbilinə, paketinə qoymasını, yaxud bununla bağlı müştəriyə hər hansı köməklik göstərməsini görməzsiniz. Azərbaycanda isə əksər iri marketlərdə uzun növbələri nadir hallarda görmək olar. Kassada isə nəinki kassirlərin, bəzi hallarda onlara kömək edən personalın da müştərinin zəmbilini doldurmasını görürük.


Daha bir müsbət hal şəbəkə marketlərinin çoxluğu və bununla da ciddi, bəzən hətta amansız rəqabət yaratmasıdır. Doğrudur, bir çox iqtisadçılar şəbəkə marketlərinin çoxluğunun kiçik və mikro sahibklarlığı, nisbətən xırda mağazaları “vurmasından” gileylənirlər və bunda həqiqət payı da var. Ancaq hər halda, yalnız müştəri məmnunluğu baxımından yanaşsaq, iri marketlərin yaratdığı rəqabət qiymətlərə və müştəri üçün seçim imkanına müsbət təsir edir.

Bizim iri marketlərdə digər MDB ölkələri ilə müqayisədə nəzərə çarpan daha bir müsbət amil işçi sayının çoxluğudur. Digər MDB ölkələrindəki iri marketlərdə əksər hallarda bizdəki qədər satıcı, kassir, digər personal üzvlərinə rast gəlinmir. Təbii ki, onların çoxluğu həm ümumilikdə iş yeri və məşğulluq səviyyəsinə, həm də xidmətin keyfiyyətinə təsir edir. Ancaq o başqa məsələdir ki, Azərbaycandakı iri marketlərdə işçi çoxluğu həm də ümumilikdə ölkədə iş yeri seçiminin az olmasından, xüsusilə gənclərin məşğulluq problemindən irəli gəlir. Lakin bu, artıq başqa söhbətin mövzusudur…


Təbii ki, ölkəmizdəki iri marketlərin digər MDB ölkələrilə müqayisədə çatışmayan cəhətləri də var. Məsələn, Azərbaycanda, xüsusilə də Bakıda iri market şəbəkələrinə aid böyük mağazalar çox vaxt şəhərin nəqliyyat infrastrukturu nəzərə alınmadan açılır. Bu marketlər elə yerlərdə açılır, yaxud inşa edilir ki, onların fəaliyyəti nəticəsində həmin ərazilərdə xüsusilə də günün pik saatlarında böyük tıxaclar yaranır.

Həmçinin, digər ölkələrdəki mağaza rəflərində yerli məhsullara daha çox rast gəlinir. Məsələn, Ukraynada, Belarusda, Rusiyada ət, süd və digər yerli ərzaq məhsulları, eləcə də yerli sənaye məhsulları rəflərdə üstünlük təşkil edir. Təbii ki, burada günah iri şəbəkə mağazalarında yox, ölkə iqtisadiyyatının şaxələnmə səviyyəsinə görə geri qalmağımızdadır…

Bununla yanaşı, bilərəkdən, yaxud bilmədən, belə demək mümkünsə, “texniki qüsurlar” qalmaqdadır. Hələ də bir çox hallarda rəflərdəki qiymətlərlə kassa çekindəki qiymətlər uyğun gəlmir və əksər hallarda bu fərq alıcının ziyanına olur.

Daha bir məqam. Həm inkişaf etmiş Qərb ölkələrində, həm də bir çox MDB dövlətlərində bir praktika çoxdan adi hal alıb, bizdə isə buna demək olar, rast gəlinmir. Söhbət bank kartları ilə alış-veriş üçün ayrıca şöbənin mövcudluğundan gedir. Belə ki, digər ölkələrdə bütün böyük şəbəkə marketlərində kartla alver edənlər üçün kassadan kənar ayrıca aparatlar qoyulur. Orada müştəri özü aldığı məhsulu həmin aparatdan keçirərək, kartla ödənişini yerindəcə həyata keçirir və heç bir növbə-filan görmür. Yəqin ki, getdikcə nağdsız alış-verişin artması fonunda bizim iri marketlərin də hamısı həmin aparatlardan istifadəyə keçəcəklər.

Əlbəttə ki, hər şeyi müqayisədə daha obyektiv qiymətləndirmək olur və bu baxımdan bizim market şəbəkələrinin fərqli müsbət və mənfi cəhətlərilə bağlı mövzunu uzatdıqca uzatmaq olar. Lakin bir şey dəqiqdir ki, marketlər, xüsusilə də iri şəbəkələr iqtisadiyyatın güzgüsüdür. Bir ölkədə inhisarçılıq, “kölgə iqtisadiyyatı” və s. kimi neqativ, yaxud azad rəqabət, bol çeşid, şəffaflıq, yeni və yüksək maaşlı iş yerləri kimi müsbət məqamlar varsa, bunu mütləq iri şəbəkə marketlərinin rəflərində, orada işləyənlərin güzəranında və alıcıların məmnunluq səviyyəsində bir güzgü kimi görəcəksiniz. Hələ ki, bizdə bu güzgünün həm düz, həm də əyri tərəfləri var. Ümid edək ki, getdikcə düz tərəf əyri tərəfi nə vaxtsa tam üstələyib, bütünlüklə sıradan çıxaracaq…

Elxan Qüdrətoğlu

“AzPolitika.info” 

Qeyd: Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Aprel 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri