Icma.az
close
up
RU
Şəbəkə marketləri ərzaq təhlükəsizliyinin təminatında mühüm faktor kimi

Şəbəkə marketləri ərzaq təhlükəsizliyinin təminatında mühüm faktor kimi

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


1990-cı illərdən etibarən inkişaf etmiş ölkələrdə yeni trendlər meydana çıxmağa başladı. İnkişafa paralel olaraq təşkil edilən şəbəkə marketləri istehlakçının sahibkarın, iş adamının istehsal etdiyi məhsula daha əlçatan etməsini hədəfləyirdi. Getdikcə şəbəkə marketlərin sayı artır, bu da nəticə etibarilə azad rəqabət mühitinin formalaşmasına yol açırdı.
Müşahidə edilən müsbət tendensiya ondan ibarətdir ki, şəbəkə marketlərinin sayı mərhələli şəkildə artmaqdadır. Ölkəmizdə şəbəkə marketlərinin payının bundan sonra da sürətlə artacağı istisna deyil. Müxtəlif ölkələrdə şəbəkə marketlərinin payı iqtisadiyyatda, həmçinin ümumi bazar payında mühüm yer tutur. İsveçdə bu 91 faiz təşkil etdiyi halda, İngiltərədə 68 faiz, Almaniyada 67 faiz, Fransada isə 65 faiz təşkil edir. Azərbaycanda isə bu göstərici 15-20 faiz civarındadır. Şəbəkə marketlərin sayı və əhatə dairəsinin artması ənənəvi, kiçik dükan və marketlərin satış sektorundan sıxışdırılıb çıxarılması kimi mənfi tendensiyalara gətirib çıxarsa da, lakin mövcud reallıq ondan ibarətdir ki, burada söhbət rəqabət mühiti və kiçik satış mərkəzlərinin bu rəqabətə tab gətirə bilməməsindən gedir.

Bir xüsus da burada mütləq nəzərə alınmalıdır. Belə ki, şəbəkə marketlərin önə çıxmasının əsas səbəblərindən biri də adambaşına düşən milli gəlirin artması, demoqrafik struktur və kredit kartlarından istifadənin çoxalmasıdır. Çünki üçüncü səbəb, yəni kredit kartlarından istifadə daha çox şəbəkə marketlərindən mümkün görünür. Kiçik həcmli, ənənəvi dükan və marketlərdə kartla ödəniş, kredit kartlarından istifadə o qədər də mümkün olmur.
Şəbəkə marketlərinin həftənin yeddi günü, 24 saat boyunca işləməsi də onun müştəri sayının artmasına, nəticə etibarilə əhatə dairəsi və say etibarilə çoxalmasına təsir göstərən amillərdəndir.
İlk illərdə şəbəkə marketləri arasında meydana gələn rəqabət bir sıra hallarda onların istehlakçıya təqdim etdiyi mal və məhsullarda keyfiyyət indeksini aşağı salır, qida təhlükəsizliyindən daha çox müştəri qazanmaq strategiyasına üstünlük verilirdi. Marketlərin əsas hədəfi o illərdə daha çox mal satmaq və daha çox gəlir əldə etməkdən ibarət idi. Lakin zaman keçdikcə qida təhlükəsizliyinin əsas prioritetə çevrilməsi şəbəkə marketləri, ticarət obyektlərini də bu prinsipə diqqət yetirmələrini zəruri etdi.
Elə bu zərurətdəndir ki, qida təhlükəsizliyi, onun təminatı günümüzdə ən aktual məsələlərdən biridir. Qida təhlükəsizliyi təkcə bir dövlətin, cəmiyyətin deyil, ümumilikdə istehsalçıları, eyni zamanda istehlakçıları yaxından maraqlandıran və təsir edən qlobal problemdir. Çünki bu gün bir çox qida yoluxucu xəstəliklərin qida təhlükəsizliyinin təmin edilə bilməyəcəyi uyğun olmayan şəraitdə istehsal olunan məhsullardan qaynaqlandığını görürük. Bunun üçünsə qida məhsulları insan sağlamlığına təsir etməyəcək və ekoloji problemlər yaratmayacaq mühitlərdə əldə edilməli, emal olunmalı və qorunmalıdır. Ümumiyyətlə, minimum texniki və sağlamlıq meyarlarına cavab verən, razılaşdırılmış və beynəlxalq platformalarda qəbul edilmiş təşkilat tərəfindən təsdiq edilmiş məhsullar təhlükəsiz qida kimi qəbul edilir.

Təhlükəsiz qida, hər cür xarab və çirklənmə faktorlarından təmizlənmiş, insan sağlamlığına zərər verməyəcək şəkildə istehlaka yararlı hala gətirilən qidadır. Yəni qablaşdırılmış, etiketlənmiş, istehsalçısı və markası məlum olan qidalar qida təhlükəsizliyi standartlarına uyğun istehsal edildiyi üçün təhlükəsiz qidadır. Açıq yerdə, küçələrdə, bazarlarda topdan satılan, istehsalçısı və xüsusi xassələri məlum olmayan qidalar isə təhlükəsiz qidalar sayıla bilməz. Bu cür qidalar insan sağlamlığı üçün bir nömrəli düşmən rolunu oynayır desək yanılmarıq. Tam əminliklə deyə bilərik ki, bu gün qida yoluxucu xəstəliklərin böyük bir hissəsi qida təhlükəsizliyinin təmin olunmadığı şəraitdə və mühitlərdə istehsal olunan məhsullardan qaynaqlanır.
Ona görə də təhıükəsiz qida əldə etməyin əsas yolu şəbəkə marketləridir. Çünki marketlərdə istehlakçıya təqdim edilən qidalar, mal və məhsullar məhz onun saxlanılması vacib olan temperatiurda alıcıya təqdim edilir, orada bütün risk və təhlükələr qorunur.
Ancaq zaman-zaman aparılan müşahidələr və gündəmə gələn şikayətlər nəticəsində bəzi şəbəkə marketlərində qida təhlükəsizliyi ilə bağlı ciddi pozuntuların olduğu faktı ortaya çıxır. Şəbəkə marketləri istehlakçıya, ictimaiyyətə təzə və münasib qiymətə ərzağa çıxışı təmin etməklə yanaşı, həm də qida təhlükəsizliyi standartlarının ciddi şəkildə yerinə yetirilməli olduğu xidmət sahələridir. Aparılan araşdırmalar nəticəsində bəzi şəbəkə marketlərində rast gəlinən əsas qida təhlükəsizliyi pozuntularını qruplaşdırdıqda ilk yerdə gigiyena çatışmazlıqları qərarlaşmış olur. Bəzi hallarda satıcılar və ya vitrinlər gigiyena standartlarına uyğun gəlmir. Bəzən müvafiq əl yuma vasitələrinin olmaması da şəbəkə marketlərində qida təhlükəsi riskini artırır. Bir çox çəbəkə marketlərində dəniz məhsullarının satışı bölmələrində uyğun infrastruktur və gigiyena qaydaları yoxluğu üzə çıxır. Belə ki, dəniz məhsullarının saxlanılması üçün istifadə olunan avadanlıqların əksəriyyəti korroziyaya uğramış olur. Yaxud həmin avadanlıqlarda günlərlə təmizlik işləri aparılmır. Bu isə dəniz məhsulunun saxlanıldığı avadanlıqda olan suyun çirklənməsi və çirkli suyun məhsula qarışmasına gətirib çıxarır. Son nəticədə isə yaranmış qeyri-sağlam mühit, gigiyenik qaydanın pozulmasından əsas zərəri istehlakçı görür.

Şəbəkə marketlərində qida təhlükəsizliyinə necə əməl edildiyini aydınlaşdırmaq üçün müntəzəm olaraq müvafiq qurumlar tərəfindən yoxlamalar, auditlər həyata keçirilir ki, bu da qida təhlükəsizliyinin qorunması, istehlakçının sağlam qidaya əlçatanlığının təmin olunması baxımından olduqca əhəmiyyət kəsb edir. Belə audit və yoxlamalar zamanı öncəliklə müştəri məmnuniyyətinə diqqət yetirilir, bu istiqamət üzrə araşdırma aparılır. Müştərilərin alış-veriş təcrübəsini yaxşılaşdırmaq və təhlükəsiz mühiti təmin etmək üçün şəbəkə marketlərinin gigiyena və keyfiyyət standartlarına uyğunluğu yoxlanılır. Şəbəkə marketlərin diqqət yetirməli olduğu əsas xüsuslardan biri də məhz səliqə-səhmanın təmin edilməsidir. Qida təhlükəsizliyi ilə yanaşı, təmiz və səliqəli mağazalar da müştəri məmnuniyyətini artırır. Ona görə də adətən şəbəkə marketlərinə müştəri məmnuniyyəti, bol alıcı kütləsi hədəfinə çatmaq üçün 3 əsas məqam tövsiyə edilir. Səliqə, təmizlik və qida təhıükəsizliyi. Çünki ilk iki mühüm qaydaya əməl edilmədiyi təqdirdə şəbəkə marketlərində qida təhlükəsizliyindən danışmaq mənasız olar. Bir qədər də dəqiqləşdirsək, şəbəkə marketlərdə qida təhlükəsizliyi məhz həmin obyektin təmiz və səliqəli olmasından irəli gəlir.
Qida təhlükəsizliyi, şəbəkə marketlərində əməyin mühafizəsi və təhlükəsizliyi kimi məsələlərdə də önəmli rol oynayır, bu istiqamətdə qanuni qaydalara uyğunluğu təmin edir. Qanuni tələblərə uyğunluq isə potensial cərimələrin və hüquqi problemlərin qarşısını alır.

Bu tipli ticarət obyektlərində risklərin idarə edilməsi potensial sağlamlıq və təhlükəsizlik risklərini müəyyənləşdirir və bu risklərin minimuma endirilməsini təmin edir. Bu həm müştərilərin, həm də işçilərin sağlamlığını qoruyur. Məhsulların keyfiyyəti və təzəliyi isə keyfiyyətə nəzarət mexanizmasından təmin edilir. Qida məhsullarının müvafiq şəraitdə saxlanması və təqdim edilməsi keyfiyyət və müştəri etibarını artırır.
Şəbəkə marketlərində yoxlamalar gigiyena, keyfiyyət və əməliyyat standartlarını qorumaq üçün çox vacibdir. Bu auditlər müştəri məmnuniyyətini artırır, qanunlara uyğunluğu təmin edir, riskləri idarə edir və ümumi biznes səmərəliliyini dəstəkləyir. Daimi və sistemli audit prosesləri zəncir bazarlarının yüksək xidmət standartlarını təmin etməsini və uğurla fəaliyyət göstərməsini təmin edir.
Şəbəkə marketlərində ərzaq təhlükəsizliyi məsələsinə diqqət yetirərkən xüsusilə süd məhsullarının soyuducusuz piştaxtalarda saxlanmaması əsas vacib şərtdir. Bütün süd məhsulları, təzə qatıq, şor, kaşar, kəsmik və s. satış məntəqələrində 0-4 ℃ temperatur saxlamalıdır. Əks halda bu məhsulllar üzrə şəbəkə marketlərində ərzaq təhıükəsizliyindən danışmaq yersiz olar.
Satışa çıxarılan qablaşdırılmış qidaların etiketlərinin natamam olması və yerli qanunvericilikdə tələb olunan məlumatları ehtiva etmədiyi halları da bu tip ticarət obyektlərində ərzaq təhlükəsizliyini ciddi şübhələr altına alan hallardandır. Ona görə də istehlakçılar şəbəkə marketlərində təhlükəsiz qida üçün alış-veriş edərkən bəzi vacib məqamlara diqqət yetirməlidir. İlk növbədə məhsulların təzəliyi və görünüşünə fikir verilməlidir. Həmçinin, istehlakçı satıcıların gigiyena qaydalarına əməl edib etməməsinə də xüusis diqqət yetirməlidir. Əlcəkdən istifadə etməyən satıcılardan alış-veriş etmək istehlakçıya tövsiyə olunmur.

Ət və dəniz məhsullarının soyuducuda saxlandığı mütləq dəqiqləşdirilməli, məhz ondan sonra həmin məhsulları almaq barədə düşünmək lazımdır.
Ümumən götürəndə, şəbəkə marketləri sağlam və təhlükəsiz qidaya çıxışın təmin edilməsində mühüm rol oynasa da, bununla belə, ərzaq təhlükısizliyinin təmin olunması üçün zaman-zaman meydana çıxan qanun pozuntuları aradan qaldırılmalı, standartlar yüksəldilməli, yerli idarəetmə orqanlarında qida mühəndisləri işə götürülməlidir.
Ruhiyyə Mehdiyeva
Yazı “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see253

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see216

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see127

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see119

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see119

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see119

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see119

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see116

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see115

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see115

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see115

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see114

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri