Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Ərzurumda 44 günlük Vətən müharibəsinin Zəfər Tarixinin 5 ci il dönümünə həsr olunmuş tədbir keçirilib FOTO

Ərzurumda 44 günlük Vətən müharibəsinin Zəfər Tarixinin 5 ci il dönümünə həsr olunmuş tədbir keçirilib FOTO

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ərzurum Barosunun salonunda keçirilən tədbirdə Türk Ocağının sədri vəkil Nizam Işık, qısaca ER-VAK adlanan Ərzurum İnkişaf Vəqfinin sədri Dr. Erdal Güzel, Təhsil müdiri Fevzi Budak, ehtiyyatda olan zabit və Polkovniklər, Universitet müəllimləri, tələbələr və media nümayəndələri iştirak etdilər.

Sherg.az xəbər verir ki, Moderator Prof. Dr. Ali Kafkasyalı ilk sözü Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosen İlhamə Qəsəbovaya verdi. Qəsəbova çıxışı zamanı “Bu gün biz tariximizin ən şanlı səhifələrindən birini - 44 günlük Vətən müharibəsini böyük qürur və iftixarla yad edirik deyərək sevinc hissini bölüşdü.

O qeyd edib ki, bu müharibə yalnız vətən torpaqlarının azad edilməsi deyil, həm də milli ruhumuzun, milli iradəmizin və birliyimizin bayramıdır. Bu müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin Ermənistanın illərlə davam edən işğalçı siyasətinə ‘dayan’ deməsidir. Bu müharibə haqqın və ədalətin bərpasıdır. Bu müharibə Heydər Əliyevin “Azərbaycan xalqı Qarabağsız yaşaya bilməz” arzusunun həyata keçməsidir.”

Daha sonra Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin zabiti, ehtiyatda olan Polkovnik Eldəniz Namazova çıxış üçün  söz verilib. O qeyd edib ki, mən bu gün sizlərin qarşısında Azərbaycan zabiti, 44 günlük Vətən müharibəsinin iştirakçısı və Kəlbəcərdən başlayıb Lələtəpədən Şuşaya qədər döyüş yolu keçmiş bir döyüşçü kimi çıxış edirəm. Mənim üçün bu şəxsi xatirə deyil, həm də bir millətin tale yüklü tarixini danışmaq deməkdir. İstəyirəm öncə sizə bir uşağın taleyinin dəyişib necə döyüşçü olduğunu danışım.

Bəzən insanın həyatında elə bir an olur ki, o an hər şeyi dəyişir, gələcəyini başqa bir istiqamətə yönəldir. Mənim həyatımı dəyişən an da belə bir hadisə ilə başladı. 1990-cı ilin sükut dolu mart gecələrindən biri idi. Qazağın Abbasbəyli kəndində yaşayırdıq. Kəndimizin ortasından Bağanıs Ayrıma gedən yol keçirdi - bu yol təkcə torpağı birləşdirmirdi, insanların talelərini də bir-birinə calayırdı.

23 mart 1990-cı il gecəsi kəndə acı xəbər ildırım kimi yayıldı: “Bağanıs Ayrımda qətliam olub…” Hamının üzünə qorxu və dəhşət çökmüşdü. Kənd boyu qara xəbər kimi yayılan səs, sanki havanın nəfəsini kəsmişdi. Dedilər ki, yeddi nəfər öldürülüb, üç nəfər yaralanıb. Öldürülənlərin hamısı bir ailənin üzvləri imiş –nənə, baba, ana, ata və 39 günlük körpə... hamısı diri-diri yandırılmışdı.

Ertəsi gün, martın 24-də, böyük yük maşınları kəndin ortasında dayandı. Kuzalarına saman düzülmüş, üstünə ağ parçalar sərilmişdi. Heç unuda bilmirəm nənələr evlərindən şəhidlərin üstünə salmaq üçün qara kəlağayı gətirirdilər. Hamı yola çıxmışdı, kim ağlayır, kim susurdu, kim sadəcə baxırdı.

Mən isə o izdihamda qorxulu baxışlarla insanların fəryadını izləyən balaca bir uşaq idim. İçimdə həm qorxu vardı, həm maraq, həm də anlamadığım bir ağrı. Ayaqlarım öz-özünə məni maşına tərəf apardı. Yavaşca kuzanın üstünə çıxaraq içəri boylandım…

O anı heç vaxt unuda bilmədim. Tam yanmış, sanki kömürə dönmüş bir qadın meyidi-yanında isə balaca bir uşaq. Ölüm belə, onları bir-birindən ayıra bilməmişdi.

O mənzərə içimdə bir dünyanı dağıtdı, bir başqasını qurdu. O gündən bəri mənim içimdəki uşaq öldü-yerini Vətən uğrunda döyüşmək arzusu ilə yaşayan bir gənc aldı. Hər gün düşmənə nifrətim, torpağa sevgim kimi böyüyürdü.

İndi illər keçib. Hər dəfə o yolun adını eşidəndə, gözümün önünə o ağ parçalarla örtülmüş maşınlar gəlir. Düşünürəm ki, insanın taleyini bəzən bir an, bir baxış, bir alov dəyişir. Mənim taleyimi dəyişən alov isə bir qadının və 39 günlük körpənin sönmüş bədənindən qalxan alov idi-Bağanıs Ayrımın alovu.

Müharibənin əvvəlindən sonuna qədər cəbhədə olan və çoxsaylı çətinliklərdən keçən ehtiyatda olan polkovnik Namazov çıxışında qeyd edərək bildirib ki: “Bizim qələbəmiz təkcə hərbi uğurumuz deyil. Bu, xalqın birliyinin, qardaşlığının, inancının zəfəri idi. Azərbaycan xalqı Ordusunun və qardaş Türkiyənin mənəvi və praktik dəstəyinin nəticəsində bir yumruq kimi birləşməsi sayəsində bu qələbə mümkün oldu. Biz o günlərdə gördük ki, bir millətin iradəsi nə qədər güclüdür, qardaşlığın kökləri nə qədər dərin və möhkəmdir. Hər bir əsgər bilirdi və hiss edirdi ki, arxasında böyük bir xalq, bir qardaş ölkə dayanır. Bu inam bizi irəli apardı.

2020-ci ilin payızında biz yalnız torpaq uğrunda döyüşmədik. Biz tariximizin ədalətini tələb etdik. Kəlbəcərin dağlarında, Lələtəpənin sərt yamaclarında, Şuşanın daş küçələrində hər addım bir and, hər nəfəs bir ümid idi. Mən həmin günləri yaşadım, həmin görüntüləri gözlərimdə saxladım-döyüş yoldaşlarımın üzündəki qərarlılığı, atılan addımları, səngərdə verilən son sözü. Bu xatirələrdə həm itki var, həm qürur; həm şəhidlərin hüznü, həm onların amanətinə bağlılıq.

Bir zabit kimi deyirəm: döyüş meydanında taktika, texnika və intizam vacibdir -amma daha vacibi Ordunun ruhudur. Bizim ruhumuz isə türk dünyasının, xalqımızın, anaların göz yaşlarının, oğulları üçün dua edənlərin dualarının gücü ilə qidalanırdı. Mənə Qarabağ ordeni, 15 medalla, o cümlədən Şuşanın, Cəbrayılın, Füzulinin azad olunması medalları təqdim edildi. Doğrudur bu təltiflər mənim üçün şərəfdir-amma daha çox, onlar məni döyüş yoldaşlarıma, şəhidlərimizin ailələrinə və Vətənə borclu edir. Hər bir medalda bir tarixin, bir qəhrəmanlıq hekayəsinin izi var. Hər medalla mənim vətənə olan məsuliyyətim artdı-qorumaq, anlatmaq və gələcəyə ötürmək məsuliyyəti. Lələtəpədən Şuşaya olan yol təkcə coğrafi yol deyildi-o yol həm də bir millətin qürurunun, mədəniyyətinin və tarixinin bərpasıydı. Şuşa bizim musiqimizin, dilimizin, mədəniyyətimizin beşiyidir. Oranın azad edilməsi təkcə strateji uğur deyil, həm də mədəniyyətin, milli yaddaşımızın bərpası demək idi. Hər daşın, hər küçənin azadlığı bizim tarixi haqqımızın tanınmasıdır. Gələcəyə baxanda bizə düşən vəzifə yalnız zəfəri qeyd etmək deyil-zəfəri qorumaq və onun üzərində güclü bir gələcək qurmaqdır.

Ehtiyatda olan Polkovnik Eldəniz Namazov üzünü tələbə gənclərə tutaraq: hər biriniz öz sahənizdə bir döyüşçüsünüz. Silahımız kitab, təcrübəmiz elm, müdafiəmiz milli şüurdur. Bizim tarixi zəfərdən çıxardığımız dərs budur: birlik və bilik birləşəndə, nəticə məcburən qalib olur.

Əziz qardaşlar unutmayaq ki: Vətəni sevmək təkcə onu qorumaqdan ibarət deyil-Vətəni inkişaf etdirmək, qanunlarına hörmət etmək, mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək deməkdir. Hər birinizin üzərinə düşən məsuliyyət böyükdür. Tarix sizdən hesab soracaq-siz bu hesabda qürurla yer almalısınız.

Son olaraq, şəhidlərimizə minnətdarlığımı yenidən ifadə etmək istəyirəm. Onların hər biri bizim üçün əbədidir. Hər bir qazimiz və veteranımız bizim şərəfimizdir. Onların əməyi və fədakarlığı bizə bu günkü azadlığı bəxş etdi — onu saxlamaq isə bizim vəzifəmizdir. Sizlərə dərin hörmət və təşəkkürümü bildirirəm. Can sağlığı, uğurlar və Allah bizi vətənimizin yolunda qoyduğumuz əmanətdən ayırmasın.

Tədbirin sonunda ehtiyatda olan Polkovnik Eldəniz Namazov ona ünvanlanan  çoxsaylı sualları cavablandırıb.

Prof. Dr. Ali Kafkasyalıya ünvanlanan Zəngəzur dəhlizi ilə bağlı suala belə cavab verib: “Erməni problemi çox qədimlərə dayanır. 1725-ci ildə I Pyotrun “vasiyyət” adlandırılan təlimatı ilə başlamışdır. Avropalıların dəstəklədiyi bu rus planının mahiyyəti Türkiyə ilə Azərbaycan, eyni zamanda Türküstan arasındakı əlaqəni kəsmək idi.”

Kafkasyalı əlavə edərək bildirib ki: “Digər bir məqam budur ki, Qarabağ zəfərini böyük sərkərdə Mustafa Kamal Atatürkün başladığı Böyük Hücuma bənzədirəm. 1697-ci ildə Serbistanda Santa məğlubiyyətindən bəri davam edən uğursuz gedişə Böyük Hücumla ‘dayan’ deyilmiş, Mustafa Kamalın ifadəsi ilə desək, ‘Türkün bəxti dönmüşdür’.

Azərbaycan üçün də vəziyyət eyni idi. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən bəri davam edən uğursuz gedişə İlham Əliyevin iradəsi və Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə ilə ‘dayan’ deyilmiş və Azərbaycanın bəxti dönmüşdür. Proses artıq uğurlu istiqamətə yönəlmişdir.”

Kafkasyalı çıxışını belə bir metaforla tamamladı: “Türk dünyası ‘ox’ ilə ‘yay’a bənzəyir. Orta Asiya Türklüyü, yəni Türküstan ‘yay’dır. Azərbaycan bu yayın kirişidir. Türkiyə isə ‘ox’dur. Oxu kirşəyə qoyub yayı nə qədər gərsək, ox o qədər uzağa gedər. Arxasını Azərbaycana və Türküstana söykəməyən Türkiyə, Anadoluda belə rahat ola bilməz.”

Çıxış üçün söz alan Muammer Cindilli çıxışında bildirib ki: “Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır. Hər bir çətinlikdə bir-birinin yanında olmuşlar. Xüsusilə Birinci Dünya Müharibəsi illərində Erzuruma köməyə gələn və burada şəhid olan qəhrəman azərbaycanlıları və Azərbaycanın etdiyi yardımları unutmuruq, minnətdarlıq və hörmətlə xatırlayırıq.”

O, polkovnik Eldəniz Namazova və dosent İlhamə Qəsəbovaya Erzurumun tarixi məkanlarını əks etdirən tablolar hədiyyə etdi. Tədbirin sonunda Erzurumun tanınmış simalarından Muammer Cindilli qonaqlar üçün yüz nəfərlik ziyafət verib.

Böyük Türk bayrağının önündə xatirə fotosu çəkdirilərək proqram yekunlaşdırıldı.

Daha sonra Erzuruma böyük maraq göstərən polkovnik Eldəniz Namazov şəhərdən ayrılmadan öncə Abdurrahman Qazi və Nene Xatunun məzarlarını, həmçinin Ulu Cami’ni ziyarət etdi. Daha sonra Aziziye tabyalarını, Yakutiye və Çifte Minare mədrəsələrini gəzərək şəhərin tarixi məkanlarını seyr etdi.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see225

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see211

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see211

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see194

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see158

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see150

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see145

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see145

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see144

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see143

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see136

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see135

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see134

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see132

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see130

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see128

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see128

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see122

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri